Özünə İnan və Çalış

Yaşayışın yaxşılığa doğru dəyişməsi üçün 40 sadə və faydalı iş

 

Yaşayışın yaxşılığa doğru dəyişməsi üçün 40 sadə və faydalı iş

 

İnsan həyatının faydalı və sağlam olması üçün ariflər 40 əməli tövsiyə etmişlər. Bunlar aşağıdakılardan ibarətdir:

  1. Dişlərinizi fırçalayın.
  2. Bir qədər piyada yol gedin.
  3. Təmiz yerdə oturun.
  4. Bir alma yeyin.
  5. Sağlamlığınızla bağlı qəzetlərin başlıqlarını oxuyun.
  6. Ayaqüstə olarkən bədəninizi əyməyin.
  7. Əlinizlə yük götürərkən çalışın ağırlıq hər iki tərəfə eyni düşsün.
  8. Bir stəkan su için.
  9. Gülümsəməyi unutmayın.
  10. Ruhiyyənizə xoş təsir bağışlayan yaxşı bir mövzu oxuyun.
  11. Dərindən nəfəs alın.
  12. Yuxudan 10 dəqiqə əvvəl oyanın.
  13. Belinizə kəmər bağlayın.
  14. Əllərinizi tez-tez yuyun.
  15. Ananıza zəng  vurun.
  16. Yaxşı yazı yazmayan qələmi saxlamayın.
  17. Vaxtınız olduqda dostlarınız üçün yaxşı yemək hazırlayın.
  18. Televizorda xəbərlərlə tanış olun.
  19. Salatlarınıza bir az bibər əlavə edin.
  20. Televizoru nəzarətdəsaxlayın, uzun-uzadı eyni kanala baxmayın, yerlərini dəyişin.
  21. Bir pəncərəni açıq saxlayın.
  22. Nəzərləriniz bir bloknota qeyd edin.
  23. Övladlarınızı qucaqlayın.
  24. Əllərinizə yumşaldıcı krem çəkin.
  25. Ləyaqətli şəxslərə təşəkkür edin.
  26. Sabah üçün geyəcəyiniz libasınızı hazırlayın.
  27. Çayın yerinə bir dəfə qəhvə için.
  28. Açarlarınız üçün bir yer təyin edin.
  29. Dostlarınızdan birinə məktub və ya imeyl göndərin.
  30. Bir qədər aram musiqi dinləyin və zehninizi azad buraxın.
  31. On dəqiqə istirahət edin.
  32. İş masanızı və yazı ləvazimatlarınızı səliqəli saxlayın.
  33. Bir az çərəz yeyin.
  34. Dostlarınızdan birini şam yeməyinə dəvət edin.
  35. Bir fəqir üçün yemək hazırlayın.
  36. Gözlərinizi bağlayın və həyatınızın gözəl anlarını düşünün.
  37. Bu mətləbi dostlarınıza da deyin.
  38. Əllərinizi, üzünüzü yuyun və üç dəqiqə pəncərədən uzağıseyr edin.
  39. Quşlara dən tökün.
  40. Üstün sayılan işlərdən birini görün.

 

Qeyd olunan faydaların cismə çox gözəl təsiri var. Bunlardan hər hansı birini yerinə yetirmək cəmi on dəqiqəni alır.

Elə isə tənbəlliyi bir kənara qoyub bu faydaların icrasına başlayın. İlk öncə qeyd olunduğu kimi, gülümsəyin, sonra bir stəkan su için və daha sonra pəncərədən çölü seyr etdiyiniz vaxt bir almanı yeməyi unutmayın.

 

İlahiyyatçı, Sara Zahidqızı    

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5051, 

Dostların veb səhifələri

15660085
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
213
8276
8489
15493342
135224
160067
15660085

sizin IP ünvanınız: 18.222.167.85
2024-12-23 00:49

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!