Özünə İnan və Çalış

Pul və vəzifə insanı dəyişdirirmi?

 
(2 votes)

 

 

Pul və vəzifə insanı dəyişdirirmi?

Psixoloqlar belə bir ümumi гəуə gəliblər ki, pulun, vəzifənin və hakimiyyətin insanın həyatında köklü dəyişikliklər etməsi təbiidir. Yəni, yaşayış və iş şəraiti dəyişildiyindən, həmin şəxs yeni şəraitə uyğun davranmağa məcburdur. Burada artıq bir çox məsələlər pullanmış və yaxud vəzifəyə keçmiş şəxsdən asılı olmur. Deməli, ümumi гəуə gəlmək olar ki, vəzifə və pul insanı məcburi olaraq da dəyişdirə bilir.

 

Nесə və hansı formalarda?

Bu artıq məsələnin ikinci, sonrakı tərəfıdir. Yəni, insanlar pulun və vəzifənin insanı dəyişdirməsinə adi, bir təbii hal kimi baxmalıdırlar. Çünki artıq pullu və yaxud vəzifəli şəxs də öz yaşayışını, fəaliyyətini tənzimləmək, yaxşılaşdırmaq üçün qohum, dost ya tanışlar arasındakı münasibətlərində qismən dəyişikliklər etməyə məcbur olur.

 

Kim və nесə?

Pulun, vəzifənin, hakimiyyətin gücü hamımıza bəllidir. Bunların dəyişdirici və başfırladıcı keyfıyyətə malik olmasını tarixi təcrübə də sübut edir. Pula və hakimiyyətə görə, hətta oğul atasını, qardaş qardaşını öldürə bilir. Çünki insan nəfsi dünyanın ən sonsuz və tükənməyən qüvvələrindən biridir. Lakin bu, о demək deyildir ki, pul və hakimiyyət nəfsimizlə birləşərək, bizim hamımızı acınacaqlı vəziyyətə sala bilər. Pulu, vəzifəni, hakimiyyəti baxır kim və nесə qarşılayır. Bu problemdə ən incə məsələ də məhz, budur.

Deməli, pullanmış və yaxud vəzifəyə keçmiş şəxsi ilk növbədə nесə və hansı formalarda dəyişilməsi baxımından qiymətləndirmək gərəkdir. Burada fərdi psixologiya və xarakterik xüsusiyyətlər mühüm rol oynayır. Məsələn, əgər pul və vəzifə hər hansı bir "şöhrətpərəstin" və yaxud "kreslo xəstəsinin" əlinə keçərsə, onun tezliklə dəyişilib, hətta, "sosial manyaka" çevrilməsi də təbii proses olacaq.

 

Bəs, sən edəcəksən?

Bəs, sən nесə, gələcəkdə pul və vəzifə sahibi olduqda dəyişilməkdən, dost-tanışların, qohumların söz-söhbətlərindən qorxmursanmı? Əlbəttə, məsuliyyət hiss edirsən, lakin düşünürsən ki, birtəhər edib münasibətləri tənzimləyərəm. Bu işdə biz sənə sadə davranış üsullarını və məsləhətləri sadalamaqla kömək edə bilərik:

  • vəzifə, pul əldə etdikdən sonra imicinə və şəxsiyyətinə xələl gətirmək istəmirsənsə, sənə yaxın olan qohumlarla, dost-tanışlarla əvvəlki səmimi münasibətləri pozmamalısan;
  • haqqında yaranmış söz-söhbətlərə birdən reaksiya vermə, onların həqiqiliyini hökmən dəqiqləşdir;
  • haqqında deyilənləri həmişə özün üçün təhlil et, aydınlaşdır (hətta, tərifləri belə) və nəticə çıxar;
  • qarşılıqlı münasibətlərdə sadəlövh və qeyri-ciddi olma. Sadəlövhlük, məsuliyyətsizlik vəzifənin, pulun və hakimiyyətin düşmənləridir;
  • hər hansı bir qohum və ya tanışla yaranmış problemi onunla birgə səbirlə təhlil et. Öz imkanlarını və düşdüyün şəraiti ona başa sal;
  • vəzifəyə hücuma keçib, onu adi iş kimi qəbul etmək lazımdır. Vəzifəyə gəldiyiniz ilk günlərdən bunu nəzərə alın. Öz şəxsi həyatınızı tam şəkildə vəzifəyə uyğun qurmayın. Vərdiş edib psixoloji cəhətdən xəstələnə bilərsiniz;
  • vəzifə xəstəliyi çox pis şeydir. Ona görə də, şəxsi həyatınızı, məişətinizi vəzifəyə yox, vazifəni şəxsi həyatınıza, məişətinizə, ailənizə uyğunlaşdırın. Vəzifədən gedəndə də, elə həmin formada öz şəxsi həyatınızdan vəzifəni, hakimiyyəti çıxarın. Bu zaman sizə əsəb sistemi xəstəliyi, əzablar yox, yalnız sağlam həyat və vəzifə həyatınızdakı xoş xatirələr qalacaq.

 

 

Şükran Dədəyev “ Psixologiya və fəlsəfə ” kitabından

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 4979, 

Dostların veb səhifələri

15660144
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
272
8276
8548
15493342
135283
160067
15660144

sizin IP ünvanınız: 3.141.47.139
2024-12-23 01:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!