Özünə İnan və Çalış

Hansı yuxulara inanmaq olar

 
(0 votes)

Hansı yuxulara inanmaq olar

 

Yuxunun növləri

İmam Sadiq (ə) buyurur: “Yuxu üç qismə bölünür; möhkəm (hökmü, göstəriş və xəbərdarlığı aydın olan) yuxu, mütəşabih (göstəriş və xəbərdarlığı aydın olmayan) yuxu, mənasız və qarmaqarışıq yuxu. Mənasız və qarmaqarışıq yuxuları dörd qisim insanlar görürlər. 1) təbiəti korlayanlar, 2) sərxoş halda yuxuya gedənlər, 3) yuxudan əvvəl badımcan, duz, mərcimək və turşular kimi ağır qidalarla qidalananlar, 4) həddi-buluğa çatmayan azyaşlı uşaqlar.

İbn Sirin deyir: Yuxu iki növə ayrılır; birincisinə möhkəm (hökmü, göstəriş və xəbərdarlığı aydın olan) yuxu, ikincisinə isə mənasız qarmaqarışıq yuxular deyilir. Sonuncu qisim təşkil edən müxtəlif növ tikiş məhsulları və bitkilərin görüldüyü qarışıq yuxulara ərəb dilində “əzğas” deyilir. Çünki belə yuxularda istənilən növ – quru, sulu, yaşıl, sarı, qırmızı və s. rəngli bitkiləri görmək mümkündür. Bu qisim yuxuların da özü üç növə bölünür; birincisi təbiətin təsirindən, ikincisi şeytanın vəsvəsəsindən, üçüncüsü isə vicdanın səsindən qaynaqlanır.

Kirmani deyir: Yuxu üç qisimdir; 1) İzzət və Cəlal sahibi olan Allah tərəfindən müjdə mahiyyəti daşıyan yuxu, 2) şeytanın insanı vəsvəsəyə saldığı yuxu, 3) insanların özləri ilə danışıqlarını əks etdirən yuxu. Doğru yuxuya gəlincə, onu müqərrəb mələklərdən biri Lövhi-məhfuzdan əxz edərək insana gördüyü və ya görəcəyi xeyirli bir əməl barəsində müjdə ünvanı ilə, yaxud işlədiyi və ya işləyəcəyi bir günahla bağlı qoxutmaq məqsədilə göstərər ki, bəndə uca Allaha sığınaraq Ondan qorxsun və beləliklə, yuxuda gördüyü şərdən (xoşagəlməz hadisə və ya aqibətdən) uzaqlaşsın, yaxud gördüyü xeyirə tezliklə nail olsun. Məhz bu səbəbdən, gördüyü yuxunu unudan insanlara tövbə etmələri tövsiyyə olunur. Çünki yuxunu (əlbətdə, ilahi və doğru yuxular nəzərdə tutulur) unutmaq bir növ günah hesab edilir. Axı yuxunu göstərən onu Lövhi-məhfuzdan əxz edən mələkdir.

Cabir deyir: “Yuxu iki növdür; Çin və yalançı yuxular. Çin yuxular da öz növbəsində üç qismə bölünür; müjdələyici, çəkindirici (xəbərdarlıq) və ilham-verici yuxular. Müjdələyici yuxu isə Allah tərəfindən Lövhi-məhfuzda yuxu görənə dair məlumatların öz əksini tapdığı bölməyə vəkil edilmiş mələyin həmin bəndəni qarşılayacağı hadisələrdən agah etdiyi yuxudur. Beləliklə, dünya və axirət həyatı ilə bağlı müjdə və ya xəbərdarlıq alan şəxslərə sözügedən mələyin Allahın hökmü, əmri əsasında yuxuda həmin müjdəni (xəbərdarlığı) çatdırılması iki məqsəd daşıyır. 1) müsəlman (mömin bəndə) üçün öyüd-nəsihət, 2) kafirlər üçün isə Qiyamət günü bəhanə yeri buraxmayan dəlil-sübutun bəyan edilməsi.

Çəkindirici (xəbərdaredici) yuxu isə Rəbbinin yuxu mələyinə yuxuda bəndəsinə onu günaha sürükləyən yolu göstərməyi və bu yoldan çəkindirməyi əmr etdiyi yuxudur. İlhamverici yuxuya gəlincə, bu qisim yuxular da uca Yaradanın yuxu mələyinə bəndəsini xeyirli işlər, itaət və ibadətin yollarından, zülmün, haqsızlığın fəsadlarından, günahdan çəkinməyə və tövbə etməyə zəmin yaradan hallardan agah etməyi tapşırığı yuxulardır. Uca Allah buyurur: “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız”. (Nur-31)

Yalançı yuxular da öz növbəsində üç qismə bölünür; 1) qayğılardan irəli gələn yuxular, 2) ağrılardan dolayı görülən yuxular, 3) şeytani (qarmaqarışıq) yuxular. Qayğılardan irəli gələn yuxular deyərkən insanları gündəlik həyatda düşündürən problemlərlə əlaqədar görülən yuxular nəzərdə tutulur. Bu qisim yuxular əsilsiz və təbirsizdir. Ağrılardan dolayı görülən yuxu bədənin bu və ya digər üzvünün ağrıması, xəstəliyi ilə əlaqədar görülən yuxudur. Bu qəbildən olan yuxular da əsilsizdir və təbiri yoxdur.

Əli ibni Əbutalib (ə) buyurur: “Aləmlərin Rəbbinin yaradılış möcüzələrindən biri də yuxu və onun vasitəsilə xeyir və şər hadisələrin öncədən görülməsidir”.

İbn Sirin: Yuxu ilə bağlı əsrarəngizliklərdən biri də insanın yuxuda gördüyü xeyirli bir hadisə, asudəlik, yaxud şər hadisə, fəlakətdə daha sonra gerçək həyatda da qarşılaşmasıdır. Digər bir maraq doğuran məqam isə insanı yuxusunda ziyarət edən şəxsin ayıldıqdan sonra real həyatda da onun ziyarətinə gəlməsidir. Bəzi insanlar isə özlərinin yuxuda heç bir alimin söyləyə bilməyəcəyi müdrikanə, hikmətamiz sözlər söylədiklərini görürlər və ən qəribəsi budur ki, oyandıqdan sonra həmin sözləri xatırlayırlar.

Kirmani: Yuxunun qəribəliklərindən biri də insanların yuxuda özləri ilə əlaqədar gördükləri bir qisim hadisələrin gerçək həyatda övladlarının, yaxud qardaşlarının başına gəlməsidir. Məsələn, bir kəs yuxusunda Əbu Cəhlin İslamı qəbul etdiyini görmüş, çox keçmədən onun oğlu İkrimə müsəlman olmuşdu. Yaxud başqa bir kəs Əsidin Məkkə əmiri olduğunu görmüş, bir müddət sonra oğlu Əttab (İslam Peyğəmbəri (s) tərəfindən) vali təyin edilmişdi. Uşaqların gördükləri yuxular anaları, yaxud qardaşları barəsində, kölələrin yuxuları isə ağaları barəsində yozulur (onların həyatında gerçəkləşir).

Doğru yuxuları necə tanımalı?

Kirmani: Kim yuxusunun doğru olun-olmadığından (çin çıxıb-çıxmayacağından) dəli və əlamətlərdə agah olmaq istəyirsə, dəstnamazlı, pak halda sağ böyrü üstə yatmağa çalışsın. Yatmazdan əvvəl Allahı zikr etsin və çox yeməkdən çəkinsin. Nə həddən ziyadə tox, nə də ac halda yatmasın. İnsan bu qaydalara riayət edərək yatarsa, gördüyü yuxu çin çıxacaq və ayıldıqdan sonra yuxusunu unutmayacaqdır.

Salman Farsi nəql edir: Bir bədəvi Allahın elçisinin (s) yanına gələrək gecə bir yuxu gördüyünü deyir və qarmaqarışıq bir yuxu danışır. Peyğəmbər (s) ondan dünən axşam nə yediyini soruşur. Bədəvi cavabında bişmiş xurmadan hazırlanmış bir yeməkdən doyunca və hətta daha artıq yediyini söylədikdə isə Peyğəmbər (s) onun yuxusunun təbiri olmadığını, çünki gördüyü qarmaqarışıq yuxunun səbəbinin qarınqululuq olduğunu açıqlayır. Təbirçilərin yozduğu bir çox yuxuların təbiri doğru çıxmır. Bunun səbəbi isə yuxu ilə bağlı nəzərə alınmalı olan dəqiq məqamlara yetərincə diqqət yetirilməməsidir. Beləliklə, təbirçi təbirinin doğru olması üçün yaxşı yozma ilə bağlı dəqiq məqamları nəzərdən qaçırmamalı, ondan yuxusunun yozmağını xahiş edən kəsdən lazımı məlumatları almalı və yalnız bundan sonra yuxunu yozmağa çalışmalıdır.

İbn Sirin: Bəzi insanların gördükləri yuxunun təbirinin onların özləri ilə deyil, yaxınlarından biri ilə əlaqəli olması da mümkündür. Məsələn, yetişkənlik yaşına çatmayan uşaqların gördükləri yuxular adətən valideynləri ilə bağlı olur. Qadının yuxusu isə əri barəsində (ərinin həyatında) çin çıxa bilər. Uca Allah buyurur: “Allaha tərəf qaçın! (Allahın qəzəbindən, düşmənlərin şərindən Onun mərhəmətinə sığının, yaxud küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudub xəbərdar edənəm!” Zariat-50

Yuxuda padşahın qorxusundan (şərindən) qaçmaq yuxu görənin həyatda Haqq-Təalanın amanında olacağı və Onun tərəfindən qorunacağı deməkdir. Digər bir ayədə Allah-Təala buyurur: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə... onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur”. Nur-55. Bu ayə bir çox yozumu özündə ehtiva edir. Təfsir mənbələrində bu məqamların hər birinə aydınlıq gətirilir.    

 

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 133, 

Dostların veb səhifələri

15659950
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
78
8276
8354
15493342
135089
160067
15659950

sizin IP ünvanınız: 3.144.224.116
2024-12-23 00:19

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!