Daimi düşmən

İnsanın həyatında şeytan

 

İnsanın həyatında şeytan

 

Əgər biz şeytanı tanısaq, nə etdiyini, necə və nə məqsədlə etdiyini bilsək, özümüzü onun qəfil və ya gözlənilən zərbələrindən qoruya bilərik. Buna görə də Qurani-kərim bir çox ayələrdə bu haqda danışır, keçmiş insanların bu düşmənlə təcrübələrindən misal çəkir:

“Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən” (“Əraf” surəsi, ayə 17).

Şeytanın çox böyük rolu var və onun insanla düşmənçiliyi xüsusi bir təbəqə və ya qrupa aid olmayıb, hətta peyğəmbərləri də əhatə edir:

“Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla” (“Ənam” surəsi, ayə 112).

“Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir” (“Həcc” surəsi, ayə 52).

 

Şeytanın əməliyyat yolları

 

  1. Vəsvəsə etmək:

“Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: “Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir” (“Əraf” surəsi, ayə 20).

“Beləliklə, Şeytan ona vəsvəsə edərək dedi: “Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?” (“Taha” surəsi, ayə 120)

 

  1. Yaxşı işləri unutmaq və qəflətə salmaq:

“Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma” (“Ənam” surəsi, ayə 68).

 

  1. Düşmənçilik və kin-küdurət yaratmaq:

“Həqiqətən, Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?” (“Maidə” surəsi, ayə 91)

 

  1. Pis və çirkin işlərə əmr etmək:

“O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir” (“Bəqərə” surəsi, ayə 169).

 

“Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir” (“Nur” surəsi, ayə 21).

 

  1. Aldadıcı vədlər vermək:

“Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir” (“Nisa” surəsi, ayə 120).

“Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir” (“İsra” surəsi, ayə 64).

 

  1. Qorxutmaq:

“Həqiqətən, öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!” (“Ali-İmran” surəsi, ayə 175)

 

  1. Mənasız dava-dalaşlar:

“Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir” (“Bəqərə” surəsi, ayə 208).

 

  1. Fəqirlik qorxusu yaratmaq:

“Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir” (“Bəqərə” surəsi, ayə 268).

 

  1. Azğınlığa sürükləmək:

“Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir” (“Nisa” surəsi, ayə 60).

 

  1. Pis işləri yaxşı, yaxşı işləri isə pis cilvələndirmək:

“Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi” (“Ənam” surəsi, ayə 43).

 

  1. Şərab və qumar da şeytanın alətlərindəndir:

“Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən, Allah ağır cəzalandırandır” (“Maidə” surəsi, ayə 2).

 

  1. Şeytanın vəsvəsəsi insanın libasını əldən verməsinə səbəb olub:

“Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı – belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı – kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik” (“Əraf” surəsi, ayə 27).

 

Şeytanın mənfi təsirləri

 

  1. Şeytanın il gördüyü iş insanı xar etməkdir:

 “Həqiqətən, o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Quranın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qurandan) yayındırdı. Şeytan insanı həmişə xar edib və (indi də) edir” (“Furqan” surəsi, ayə 29).

  1. Pis işlərə gözəl don geydirər:

“Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər” (“Nəml” surəsi, ayə 24).

 

  1. Aldatmaq:

“Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: “(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir)” (“Bəqərə” surəsi, ayə 36).

 

  1. Fitnəkarlıq etmək:

“Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı – belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı – kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik” (“Əraf” surəsi, ayə 27).

 

  1. Şeytan insanların qəlbinə vəsvəsə salır:

“Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir” (“Əraf” surəsi, ayə 200).

 

“Beləliklə, Şeytan ona vəsvəsə edərək dedi: “Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?” (“Taha” surəsi, ayə 120)

 

  1. Çox azdırmaq:

“Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir” (“Nisa” surəsi, ayə 60).

 

  1. Fəqirlik və əxlaqsızlığa dəvət:

“Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir” (“Bəqərə” surəsi, ayə 268).

 

  1. Yoldan çıxarmaq və azdırmaq:

“Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir” (“Ali-İmran” surəsi, ayə 155)

 

  1. Yaxşı işlərdən qorxutmaq:  

 “Həqiqətən, öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!” (“Ali-İmran” surəsi, ayə 175)   

 

  1. İnsanda qürur hissi yaradır:

 “Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir” (“Nisa” surəsi, ayə 120).

 

  1. Unutqanlığa saleh əməllərə qarşı etinasızlığa və başqalarına ehtiram etməməyə səbəb olur:

 “Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma” (“Ənam” surəsi, ayə 68).

 

  1. Ailədə və qardaşlar arasında ixtilaf salır:

 “Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. Və (Yusuf) dedi: “Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi. Doğrudan da O, məni zindandan çıxardan zaman və Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi. Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən və hər bir çətin işi öz dəqiq və mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən, (hər şeyi) bilən və hikmət sahibi yalnız Odur” (“Yusif” surəsi, ayə 100).

 

İnsanla şeytanın rəftarı

 

  1. Şeytanla həmnişin olmaq:

“Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq” (“Zuxruf” surəsi, ayə 36).

 

  1. Yoldan azdırmaq və azğınlığa razı olmaq:

“Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər” (“Zuxruf” surəsi, ayə 37).

 

  1. Şeytan və onun dost və köməkçiləri ilə həmrah olmaq:

“(Allah) buyurdu: “(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!” (“İsra” surəsi, ayə 63)

 

  1. Hər şeyi unudub şeytanın dəstəsinə daxil olmaq:

“Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır” (“Mucadilə” surəsi, ayə 19).

 

  1. Öz ardıcıllarını zillət və alçaqlığa salmaq:

“(İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: “Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)” (“Hicr” surəsi, ayə 41).

 

“Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!” (“Hicr” surəsi, ayə 42)

 

  1. Aşkar və ağır ziyanlara salmaq:

“Və şübhəsiz, onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər; Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür” (“Nisa” surəsi, ayə 119).

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4427, 

Dostların veb səhifələri

15665578
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5706
8276
13982
15493342
140717
160067
15665578

sizin IP ünvanınız: 3.137.214.16
2024-12-23 18:55

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!