Daimi düşmən

Şeytanın vəsvəsələri müqabilində nicat yolu

 

Şeytanın vəsvəsələri müqabilində nicat yolu

 

Şeytanın hakimiyyət altında olan hüdudları bəşər övladının vücuduna daim təsir edir. Vücuduna, yəni zahiri cisminə deyil, birbaşa insanın əql və düşüncəsinə nüfuz edir. Şeytanın insan zehninə nüfuzu bir növ monopoliya xarakteri daşıyır. Belə ki, batil bir işi öncə insanın nəzərində cilvələndirib gözəl formada vəsvəsə edir və nəticədə insan özü o işi icra edir. Qurani-Kərim bu vəsvəsələri zinətləndirmənin yolunu təbir edərək misallarla bəyan edir. Amma bir halda ki, cahanın nizamı Yaradanın hakimiyyəti altındadır və ya Onun hökmranlığı bəşərin üzərindədir, insan Onun qüdrətinə sığınıb pis işlərdən uzaq ola bilər. Çünki Yaradanın qüdrəti qarşısında Şeytanın insanları pis işlərə məcbur etməsi onun qüdrətindən xaricdir.

Qurani-Kərim məntiqə uyğun olaraq rəzil Şeytanın insanları yolundan azdırmasını belə yozur. Şeytanın hökmranlığı məna və məfhum baxımından insanları pis işlərə dəvət etməsi ona görədir ki, günah etsinlər. Belə ki Şeytan günaha sövq olunana qədər cilvəli vəsvəsələri ilə insandan əl çəkmir. Şeytan heç kəsi məcbur edib yoldan çıxarmır, yalnız vəsvəsə ilə dəvət edir. Onun bütün səyi, hökmranlığı vəsvəsə üzərində qurulub. Allah-taala «Nur» surəsinin 21-ci ayəsində belə buyurur:

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ وَمَنْ يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنْكَرِ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَى مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللَّهَ يُزَكِّي مَنْ يَشَاءُ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ 

«Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!»

Yəni insan iman və ağılı ilə bəla, təhlükə yollarını ayırd edə bilər və yaxud günah, pislikdən çəkinib yalnız Rəbbinə sığına bilər. Əgər desək ki, biz Şeytanı tanımırıq və onu görmürük, bəs necə anlaya bilərik ki, onun yoluna qədəm qoymuşuq?Güman etməyin ki, Şeytanı nə vaxtsa görəcəksiniz, çünki o, yalnız vəsvəsələr ilə qəlbinizdə məskən salır və pis əməllərdə özünü göstərir. Şeytanın gözə görünmə tərzi belədir. Elə isə onu yalnız etdiyi vəsvəsələri ilə tanıyın. Hər vaxt qəlbinizdə bəyənilməyən, kin-küdurət, həsəd və s. bu kimi sizə əziyyət verən fikirlər baş qaldırsa, bilin ki, Şeytanın sizə doğru yürüşüdür. O sizin qarşınızda durub deyir: «Gəl», bu çağırışın Şeytan tərəfindən olmasını işin pisliyindən anlayacaqsınız. Şeytanı görmək üçün qəlbinizə baxmağınız kifayət edər. Çünki mübarək ayədən məlum olur ki, Şeytanın addımlarını pis dəvətindən anlamaq olar. Allah-taala «Əraf» surəsinin 200-201-ci ayəsində buyurur:

وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ

إِنَّ الَّذِينَ اتَّقَوْا إِذَا مَسَّهُمْ طَائِفٌ مِنَ الشَّيْطَانِ تَذَكَّرُوا فَإِذَا هُمْ مُبْصِرُونَ

«Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar».

 

Şeytanı tanımağın mərhələləri

Bu məsələylə bağlı ilk öncə belə fikir meydana gəlir, görəsən, Şeytanı tanımağın bir mərhələsi var və ya bir  neçə mərhələdən ibarətdir? Əgər bir neçədirsə, hansından başlamaq lazımdır? Bəzi mənbələrə uyğun olaraq bu nəzəri söyləmək olar. Məsələn, Kəsaninin nəzəri ilə desək, o yalnız əqli tanımanın mənşəyi hesab edib və hisslərə aid etməyib. Məlumdur ki, tanımaq bir mərhələdədir və o əqlin mərhələsidir. Bəziləri isə bu nəzəriyyənin tam əksini deyib, tanımanın mahiyyətini məxsusən hisslərə şamil edib və bu əqli cəhətdən qəbul olunmazdır. Çünki insan hər hansı bir işi hisslərə görə məqsədə uyğun bilsə, nəticədə onu aciz edər. Filosoflar və məntiqçilər də bunu təsdiqləyiblər. Biz yalnız elmə əsaslanaraq mərifət yollarını axtarmalıyıq və elə bir mərifət ki, hiss  qapılarından uzaqlaşıb zehnə daxil olsun. Jan Layk belə bir ifadə işlədib: «İnsanın əqlində heç bir xətər mövcud deyil, əgər ora hisslərin yolu ilə bir şey daxil olmasa...»

Əflatunun nəzərlərində də bütün tanımanın ağılla bağlılığını aşkar görmək olar. Bunu unutmamalıyıq ki, Şeytanın ilahi dərgahdan qovulmasının əsas mənşəyi hisslərinə tabe olmasındadır. Şeytanın insanı pis işlərə təhrik etməsi ölənə qədərdir və elə ki insan ömrü başa çatar,onu tərk edər, çünki Şeytan bilir ki, oradan artıq dönüş yoxdur.

İnsan Şeytanın onu azdırmasını hiss edə bilmir, çünki Şeytan insanı bir işi görməyə məcbur etmir, yalnız dəvət edir. Digər dəvətlərdən fərqli olaraq pis bir işi insanın nəzərində gözəl göstərir. Buna görə də Adəm övladı ayırd edə bilmir. Yeganə yolu Allahın əmrlərini tanımaqdır. Şeytanın insanın gözündə cilvələndirdiyi bütün pis işlər Tanrının qadağan etdiyi işlərdir. Ümumiyyətlə, hər kəs ömrünün müxtəlif yaşında imanı ilə üz-üzə qala bilər və hətta Şeytanın vəsvəsələrinə giriftar olması da mümkündür. Həmin anda vücudunun dərinliyində bu vəsvəsəni hiss edir. Adətən bu hiss cavan yaşlarında daha çox müşahidə olunur. Nicat yolu ilk öncə özünü bu aludəlikdən xilas etməkdir ki, bu da öz növbəsində güclü iradə və təqva tələb edir.

Allah-taalamübarək ayədə («Ənfal» surəsi, ayə 48) Şeytanın müşriklərə xitabını zikr edir:

وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَى عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ إِنِّي أَرَى مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ 

«O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: «Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!» Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: «Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!» – demişdi».

Ayədən məlumdur ki, Şeytanın hökmranlığı şərri nisbidir, yəni həqiqi deyil. Şeytanözü kafir idi və insanları Qiyamət gününə qədər doğru yoldan azdırmaq üçün Tanrıdan möhlət istəmişdi.

قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ

قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ

إِلَى يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

«(İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən, (Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!” (İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam» («Sad» surəsi, ayə 79-82).

Amma bununla belə o, Allahın izzətini, elmini çox yaxşı tanıyırdı. Bilirdi ki, hər nə qədər insanları şər işlərə həvəsləndirsə, bu, bir müddətə qədərdir. Lakin Allahın qüdrət və hakimiyyəti isə əbədidir.

 

وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

«(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!»(«Nəml» surəsi, ayə 14)

Bu ayəyə görə insan gərək özünü və həqiqəti tanısın. Əgər həqiqəti tanıdıqdan sonra onu inkar etsək,Şeytandan heç fərqimiz qalmaz. Çünki o da həqiqəti tanıdıqdan sonra onu inkar etmişdi. Birdə təkəbbürlüyü onu yalan deməyə vadar etdi. Belə ki İblis demişdi: Adəmi torpaqdan, məni isə oddan yaratmısan, od torpaqdan üstün olduğu üçün mən ona səcdə etmərəm. Şeytanın torpağı oddan üstün deməsi ən böyük səhv idi və bu yalanı təkəbbüründən dedi. Əslində isə onun həsədi insaniyyətin ruh, rəhbərlik və xilafətinə görə idi. Bir zamanlar onun da digər mələklər kimi məqamı vardı, amma özünü üstün bilməsi nəinki onu Allahın nəzərindən saldı, hətta dərgahından da qovuldu. Çünki artıq onun mələklərin arasında qalmağa haqqı yox idi. Kaş insan dərk edə bilsə ki, Şeytan niyə və hansıəməlinə görə dərgahdan qovulub? Elə həmin əməli tanımaq kifayət edər. Çünki Şeytan həmin əməldə surət tapır. Hər nə qədər məqama çatsaqda,ani diqqətsizlik üzündən onu itirə bilərik. Odur ki, insan həyatında daimi düşmənə çevrilən Şeytandan uzaq olmaq üçün nicat yollarını yaxşı tanımalıyıq.

 

İlahiyyatçı, islamşünas: Vəsilə Zahidqızı

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 


 4638, 

Dostların veb səhifələri

15665577
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5705
8276
13981
15493342
140716
160067
15665577

sizin IP ünvanınız: 3.137.185.202
2024-12-23 18:55

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!