Daimi düşmən

Səbri aradan aparan səbəblər

 
(0 votes)

Səbrin bəlaları

Bir neçə amillər var ki, insanın səbrini əlindən alır və onu uçuruma aparır. Səbr etmək hər nə qədər çətin olsa da Allah-Taala onu əldə etməyin yollarını bizə tanıtdırıb. İnsani xüsusiyyətlərdən hesab olunan səbrin ümumilikdə bütün növlərini tanısaq ona hakim olmaq bizim üçün bir qədər asan olar. 

Quranın səbr barəsində olan bəlaları bunlardan ibarətdir.   1) Tələsmək. 2) Qəzəb. 3) Ürəksıxılma və süstlük. 4) Ümüdsizlik.     

Tələsmək 

 İnsan təbiətən tələsgəndir. (Ənbiya-37) Elə buna əsasən də ürəyinin xahişinin tez həyata keçməsini istəyir, səbr kasası tez dolur və dözə bilmir. Bu halda o bir şeyi unudur ki, dünya və aləmin yaradılmasında nizam-intizam var, hər bir işin əmələ gəlməsinin öz vaxtı və öz yeri məhduddur. Yetişməmiş meyvəni necə ağacdan kal dərmək olar? Əgər bir kəs ağacın altında dura və tez-tez təkrarlaya, deyəki, səbrim yoxdu meyvənin yetişməsini gözləyəm. Bu yolla ağac heç vaxt onun tələbinə cavab verə bilməz. Ağac üçün zəruri olan təbiətin tələbinə cavab verməkdir. (uyğun bir vaxta meyvəni yetişdirməkdir)  Əhqaf-35 Peyğəmbər bu ayədən sonra səbrlə ilahi fərmanı gözləyirdi, amma müşriklər ardı-arası kəsilmədən elə hey öz dediklərini təkrarlayır, peyğəmbərə deyirdilər; - Niyə bizim üçün əzab gəlmir?! Onların bu israrlı      tələblərinə Ənkəbut-53 ayə cavab olaraq gəldi. Həmçinin Həcc-47

Hələ heç kəs tələsməkdən xeyir görməmiş, əslində camaatı tələskənlik məhvə sürükləmişdir. Camaat səbr edib tələskənlikdən uzaq olsaydı, heç kəs məhv olmazdı. Peyğəmbərimiz (s) buyurur: “Sakitlik Allahdan (sifətlərindən), tələskənlik isə şeytandandır (sifətlərdəndir).

Qəzəb 

İnsanlar qəzəbləndiyi vaxt səbr və hövsələni tamamilə unudurlar. Bu hər yerdə rast olunası haldır. Əsasən də səbirsizliklərinin səbəbi sülh bağlamamalarındadır. Amma əgər insan sülh naminə qəzəbini boğsa və yalnız bunu başqalarının hidayəti üçün icra etsə, nəticədə özünə tərəfdar qazanar. Əks halda, özünü qəzəbdən uzaqlaşdırmasa, daşqəlbli və sərt insana çevrilər. Bu mövzuyla əlaqədar Quranda həzrəti Yunis (ə) barəsində qeyd olunur. Yunis (ə) camaatı hidayət etmək üçün Neynəva şəhərinə məmur oldu. Amma orada nə qədər çalışdısa heç bir nəticə vermədi, camaat ondan kənarlaşdı və dəvəti cavabsız qaldı. Onun səbri tükəndi və təngə gəldi. Vücudunu qəzəb və həyəcan bürüdü. Əsəbi halda şəhəri tərk etdi və düşündü ki, Allahın yer kürəsi genişdir, yəni bu böyük aləmdə onun dəvətinə cavab verən tapılmayacaqmı? Şəhərdən bir qədər uzaqlaşmışdı ki, dənizin kənarına yetişdi. Orada sərnişin gəmisini görəndə, yaxınlaşıb gəmiyə oturdu. Gəmi ağır olduğundan batmaq təhlükəsi vardı. Gəminin sürücüsü dedi: - Sizlərdən bir nəfər özünü suya atsın ki, digərlərinin canı xilas olsun. Hamılıqla öz aralarında püşk atdılar və püşkdə Yunisin adı çıxdı. Onu dənizə atan kimi böyük bir balıq Yunisi uddu. Balığın qarnı olduqca dar və qaranlıq idi, bundan başqa iri dalğalar başının üstündən tökülürdü və qaranlığın dərinliyindən güclə başını yuxarı qaldırır, öz səhvini başa düşüb, Allahın dərgahına üz tutaraq deyirdi;

"Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi".

- Ənbiya-87

Ürəksıxılma və süstlük

Güclü qəmginlik, süstlük, hövsələsizlik və s. Bu qəbildən olan xüsusiyyətlər heç də səbrlə bir araya gələn deyil, bir növ insanın tədricən batmasına gətirib çıxarır. Öz səbrini əldən vermək istəməyən şəxs, bu xüsusiyyətləri vücudundan uzaqlaşdırana qədər çalışıb, mübarizə aparmalıdır. Allah-təala İslam Petğəmbərinə səbrin arxasınca getməyi tövsiyyə edərək buyurur: (Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir”. Nəhl-127

Ümidsizlik

Ümidsizlik səbrin viran edici bəlalarından sayılır. Ümüdsizlik iki növdür: Əvvəlcədən yaranan ümüdsizlik, o biri isə ümüdvar olduqdan sonra ümüdin üzülməsi. Hər halda, Allah lütvünə ümüdvarlıq hər şeydən üstündür. Naümid insan heç vaxt səbri tanımaz. Məs: əkinçi əkin vaxtı nə qədər çətinlik çəksə də yenə həvəslə şalışır və bu ağırlığa tab gətirir. Bil ki, onu müqavimətli edən təkcə gücü yox, həmdə ümüdlü olmasıdır, çünki, çox böyük ümid edir ki, ağır olsa da bir müddətdən sonra əkdiyi bəhrə verəcək. Amma əgər ümidsizlik onun qəlbinə hakim olsa, ümüd şöləsini söndürəcək, belə olduqda səbr edə bilərmi və yaxud işini axıra çatdırarmı? Əsasən də bu zəminə ictimai fəaliyətdə daha çoxdur. Elə buna görə də Quran ardıcıl öyüd-nəsihət ayələrini bildirməklə çalışır ki, müsəlmanları bu xəstəlikdən xilas etsin və onlara zorla olsa belə ümüdlü olmalarını tövsiyyə edir. Çünki ümidsiz olmaq insanın uçuruma getməsidir.

“Əgər möminsinizsə, süst və qəmgin olmayın. Çünki siz üstünsünüz”-Ali İmran 139

(Həmçinin Qital 35) 

Əddurul-Mənsur-Siyuti c.3 səh-327 (İran nəşri)

Biharul-ənvar   c.11 səh.331

Təfsiri Əyyaşi c.1   səh-144 hədis 19

Təfsiri Mizan –Seyyid Muhəmməd Hüseyn Təbətəbai

Təfsiri Nur- Möhsin Qiraəti

İbni Məsud - Əhyau-ulumuddin cild4 səh66.

Mütərcim; ilahiyyatçı; Sara Əmirzadə

 

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur

 


 136, 

Dostların veb səhifələri

15662935
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3063
8276
11339
15493342
138074
160067
15662935

sizin IP ünvanınız: 18.191.195.180
2024-12-23 11:11

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!