Daimi düşmən

Şeytanla Həzrəti Yəhyanın söhbəti

 

Şeytanla Həzrəti Yəhyanın söhbəti

Şeytanın tələləri

 

Bəşərin atası həzrəti Adəmin (ə) zamanından  Məryəmin oğlu həzrəti İsa (ə) nümayəndə olanadək lənətlənmiş şeytan sual-cavab etməyə görə peyğəmbərlərin yanına gələr, onlarla söhbət edərdi. Peyğəmbərlər arasında hər kəsdən çox həzrəti Yəhya (ə) ilə görüşmüş və onunla ünsiyyət qurmuşdu.

Bir gün şeytan həzrəti Yəhyanın görüşünə gəldi. Həzrət ona dedi: “Ey Əbu Mərrə səndən bir istəyim var ”.

Şeytan dedi: “Ey Yəhya, sənin o qədər böyük məqam və mənzilətin var ki, istəsəm də sənin  sözünü rədd edə bilmərəm. Odur ki, göstəriş ver suallarını cavablandırım.”

Həzrəti buyurdu: “İstəyim budur ki, Adəmin övladlarını ovlayıb, günaha saldığın tələ vasitələrini mənə göstərəsən.”

Şeytan qəbul edərək dedi: "Sabah əsl simamı sənə göstərəcəm."

Səhərisi gün Yəhya (ə) evində oturduğu vaxt birdən qarşısında bir şəxs gördü ki, xüsusi bir görünüşü vardı. Cürəbəcür rəng və hallarda daxil oldu. Belə ki, üzü meymun üzü kimi, bədəni donuz bədəni kimi, uzun gözləri uzunan ağzı qədər idi. Üzündə çənə və saqqalı yox idi. Qırx əli vardı ki, iki əli sinəsində və iki əli çiynindən asılı vəziyyətdə sallanmışdı. Onun dabanı qarşıda və ayağının barmaqları arxada idi. Uzun bir paltar geymişdi və üzərinə kəmər bağlamışdı. Həmin kəmərə rəngbərəng müxtəlif saplar asmışdı və əlində böyük bir zəng, başına isə dəbilqə qoymuş və o dəbilqəyə bir qarmaq asmışdı.

Həzrəti Yəhya şeytanı bu şəkildə görüncə təəccüblə ondan soruşdu: “Bu bağladığın kəmər nə üçündür?”

Dedi: “Bu bütpərəstlik, günəşpərəstlik, atəşpərəstlikdir ki, bununla mən camaat üçün yaratmış və zinət vermişəm. ”

Soruşdu: “Bu rəngbərəng saplar nə üçündür?”

Dedi: “ Bu qadınların hiyləsidir. Öz müxtəlif rəngləri ilə və xüsusi qarışıq rəngilə camaatın ürəyini ovsunlayır. ”

Soruşdu: “ Əlindəki bu zəng nədir? ”

Dedi: "Bu bir məcmuədir (toplu), bütün ləzzətlər buradadır. Tar, gitara (tənbur), təbil (baraban), ney (tütək), zurna və sairə . Bir vaxt şərab içməyə məşğul olanlardan bir dəstə ki, ləzzətləri kamil olar, mən bunlar üçün saza-avaza, oxumağa məşğul olduqları vaxt çalaram və zəngin səsini eşidən kimi zövqü-şövqün şiddətindən yerlərindən qalxaraq, saza, kefə qoşularlar. Biri oynayar, biri çırtma çalar, digərləri isə paltarları bədənlərindən çıxana qədər atlanıb, düşməyə məşğul olarlar."

Həzrəti Yəhya(ə) soruşdu: “Danışdıqlarından ən çox səni sevindirən, şadlandıran və gözünü işıqlandıran nədir?”

Dedi: “Qadınlar, çünki onlar mənim tələlərimdir. Elə ki, salehlər, yaxşı əməl sahibləri mənə nifrin edərlər, mən qadınların yanına gedərək onların vasitəsilə öz istəyimə çataram və rahat olaram.”

Soruşdu: “Bu başında olan dəbilqə nədir?”

Dedi: "Bu dəbilqə ilə mən özümü salehlərin nifrinlərindən qoruyuram."

Soruşdu: "Ora asdığın bu qarmaq nədir?"

Dedi: "Onun vasitəsilə salehlərin ürək və qəlbini istilah edirəm ( onları haqq yoldan azdıraraq, öz tərəfimə çəkirəm )".

Soruşdu: "Heç cür qüvvətli olub mənə yol taparaq, qalib gələ bilmirsən?"

Şeytan dedi: "Yox, amma səndə bir xüsusiyyət var ki, mən onu sevirəm."

Həzrət buyurdu: "O xüsusiyyət nədir?"

Dedi: "Sən yemək yeməyə başladığın vaxt azacıq sarımsaq yeyirsən. Həmin bir sarımsaq sənin qarnında ağırlaşdırır. İbadətə gec qalxmağına bais olur. Namazın bir hissəsinə münacata, gecə oyaq qalmaya mane olur, namazı ağırlıq və tənbəlliklə qılırsan. Elə bu vəziyyət də mənim sevincim və şadlığımdır."

Həzrət bu sözü eşidərək, buyurdu: "Bu saatdan öz Allahımla əhd bağlayıram ki, daha Pərvərdigarımla ünsiyyət yaratdığım vaxt yemək yeyəndə sarımsaq yeməyəcəm."

Şeytan da dedi: "Mən də Allahla əhd edirəm ki, bundan  sonra Allahla görüşməyənədək heç bir müsəlmanı nəsihət etməyəcəm."

Bu söhbətdən sonra  şeytan getdi və bir daha Həzrəti Yəhyanın yanına gəlmədi.

 

Şeytani fikirlər

 Allahın vücudu  

Şeytanın tələləri, fırıldaq və hiyləsi boldur. Gah insanın fikir, düşüncə və zehnində vəsvəsə edir və adama deyir: "Səni kim yaratmışdır?"

Sən cavabında deyirsən: "Allah".

Deyir: "Yaxşı, Allahı kim yaratmışdır?"

Lənətlənmiş şeytan sənin fikir və zehnində bir neçə yolla vəsvəsəli bir sual yaratmış. O səni batil yola azdırmaq istəyir. Sonra sizlərdən biri bir neçə fikiri onun fikrinə yoluxdu, bir yol üçün bu batil fikir və şeytani məsləhətlərdən desə, Allaha və onun peyğəmbərinə inamım var.

Nəticədə bu danışıqla ki, Allahı və onun haqq olan höccətini iqrar edərək, söykənir. Əqli azğınlıqdan və imanda fikirləşərək azadlaşır. ( Nəhcül-fəsahə səh.127 h.639; Vəhcül-fəsahə h.637 səh.352 )

İmam Əli İbn Hüseyn (ə) buyurur:

"Hər kəsdən öyrənməyə və get-gəl etməyə icazə verilmir çünki, Allah buyurmuşdur:

"Hər vaxt bir kəsi görsən ki, bəhanə üçün bizim ayələrimizə sığınır və mübahisəyə girir, onlardan uzaqlaşın ki, başqa bir mətləbə keçıb, ayrı söhbət etsinlər."( İləluş-şərai c.2 səh.332, bab 385)

Şeytan bir neçə yoldan qəflət və unutqanlıqla sənə varid olar, bu vaxt Allah kəlamını zikr et və başqa bir söhbətlər etmə.

 

وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ

 

 (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (Ənam surəsi, ayə - 68)

Heç münasib deyil ki, ürəyində olanı dilinə gətirəsən, çünki Allah buyurubdur:

Heç vaxt yəqinliyin və elmin olmayan şeyin dalınca getmə (tabe olma), (təhqiqsiz) araşdırmadan sözün ardınca getmə.

 

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولًا

 (Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. ( İsra surəsi, ayə - 36 )

   

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 5048, 

Dostların veb səhifələri

15664156
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4284
8276
12560
15493342
139295
160067
15664156

sizin IP ünvanınız: 3.145.58.141
2024-12-23 14:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!