Dini Terminlər

Zikrin mənaları

Zikrin mənaları

Zikr - "diqqət", "yada salma", "xatırlama" mənasındadır.

Allaha diqqət etməyin təzahürləri:

1. Allahın ayələrinə, nişanə və məxluqatına diqqət - mərifətin çiçəklənməsinin amilidir.
2. Allahın sonsuz elminə diqqət - təqva, həya, səbr və çətinliklərin asan olmasının amilidir.
3. Allahın sonsuz qüdrətinə diqqət - insanın Allaha təvəkkül edib güvənməsinin amilidir.
4. Allahın lütfünə diqqət - Allaha məhəbbət, eşqin yaranması və möhkəmlənməsinin əsasıdır.
5. Nemətlərə, bəlaların dəf olunmasına, qeybi yardımlara diqqət - şükür ruhunun çiçəklənməsinə səbəb olur.
6. Allahın ədalətinə diqqət - müraqibət, xof və qorxunun yaranmasının əsasıdır.
7. Qiyamətə, ilahi ədalət məhkəməsinə, Allahın mükafat və cəzalarına diqqət - kamalımız üçün bir mühərrikdir.
8. Günahdan əvvəl Allahı yada salmaq - təqvanın, günahdan sonra yada salmaq - tövbənin əsasıdır.
Quran da gələn bütün bu xatırlamalar, insanın Allahla dəqiq və möhkəm irtibatını gücləndirir.
Quran  dastanlarında məsələn, həzrət Məryəm (s.ə), həzrət Yusif (ə) və Zəkəriyyə (ə) ilə bağlı və digər bu kimi dastanların hamısında diqqətimiz Allahın sonsuz qüdrətinə cəlb olunur. Ayələrdən məlum olur ki, Quran  baxımından insanda əsil olan - iman və diqqətdir. Qəflət, diqqət və imanın olmaması isə sonradan əmələ gəlmədir.
Quran buyurur:

فَاذْكُرُونِي أَذْكُرْكُمْ

"Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım" ("Bəqərə" surəsi, ayə 152).

İmam Baqir (ə) "Safi təfsiri"ndə bu ayə haqqında buyurur: "Allahın sizi yad etməsi sizin onu yad etmənizdən daha böyükdür" ("Safi təfsiri", c.2, səh.289).
Allahı yad etməyin nə xüsusi bir zamanı, nə müəyyən bir məkanı, nə ölçüsü, nə də ki məxsusi bir haləti vardır. Yəni, hər bir zaman və məkanda, ölçü və halətdə arzuolunandır. Əlbəttə ki, müəyyən zaman, məkan və hallarda xüsusilə sifariş olunmuşdur.
Allah Rəsulu (s) buyurur: "Qafillər arasında Allahı yad edən qurumuş otlar arasında yaşıl ağac kimidir".
"Qafillər arasında Allahı yad edən, qorxaq və fərarilər arasında şücaətlə vuruşan şəxs kimidir".
Qüdsi bir hədisdə Allah-təala buyurur: "Bəndəmiz nə zaman qəlbində bizi yada salsa, Biz də onu yada salarıq".
Bəli, zikrin həqiqəti qəlbdədir. İmam Sadiq (ə) buyurur ki: "Allahı həqiqi mənada yad edən kəs, Ona müti olar və günah ardınca getməz".

Zikrin amilləri

1.  Quran  - Allahın kitabı özünü "zikr" ("Hicr" surəsi, ayə 9) və "təzkirə" ("Əbəsə" surəsi, ayə 11) olaraq təqdim edir. Onda olan dastanlar, xatırlamalar, məsəllər, nemətlər, nümunə və bəyanların hamısı insanın diqqəti üçündür.
2.  Peyğəmbər - Quran  Peyğəmbəri (s) "muzəkkir" və xatırladan olaraq tanıtdırır ("Ğaşiyə" surəsi, ayə 21).
3.  Namaz - Namaz ən yaxşı zikrdir. Allah Həzrət Musaya (ə) buyurur: "Məni yada salmaq üçün namaz qıl".
4.  Alim və dost - Zikrin amillərindəndir. Həzrət İsa (ə) tövsiyə edir ki: "O kəslərlə dost olun ki, onlarla oturub durmaq sizi qəflətdən diqqətə yönəltsin".
5.  Hadisələr - Həyatın acı və şirin hadisələri insanın Allahı yada salmasına səbəb olan məsələlərdəndir. Quran  bu barədə buyurur:

وَلَقَدْ أَرْسَلْنَا إِلَى أُمَمٍ مِنْ قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

"Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar" ("Ənam" surəsi, ayə 42).

6. Tarixə diqqət - Tarixi yerləri görmək, yer üzərindən seyr etmək, ilahi övliyalarla görüşmək, şəhidlərin məzarını ziyarət etmək - bunların hər biri zikrin amili ola bilər.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 5655, 

Dostların veb səhifələri

15655565
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3969
7422
51112
15456216
130704
160067
15655565

sizin IP ünvanınız: 18.225.55.42
2024-12-22 12:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!