Dini Terminlər

Ecaz və möcüzə

 
(0 votes)

                                                                                       

                                                                                                            Ecaz və möcüzə

 

«Ecaz»ın lüğəvi mənası

Lüğətdə «ecaz» kəlməsi ilə bağlı üç məna zikr olunmuşdur:            

  1. «Əcəzəhuş-şəyu» – bir şey ondan fövt oldu və ya əldən verdi.
  2. «Vəcədəhu əcizən» – onu aciz bildi.
  3. «Sayyərahu əcizən» – onu aciz etdi.

Ecaz sözünün mənası bir şəxsdən bacarığını, gücünü almaq, qarşı tərəfi heç bir gücdən istifadə etmədən susdurmaqdır. Qurani-Kərimin ecazkarlığı dedikdə həmin mənaya dəlalət edir. Yəni, Allah-Təala Quranı nazil edən zaman zor-güc tətbiq etmədən bütün bəşəri onun qarşısında aciz qoymuş və Ona itaət etməyə çağırmışdır.

«Ecaz»ın kəlamda mənası

«Ecaz»ın kəlamda mənası mətləbləri tam aydın və açıq bəyan etməkdir.

Rağib İsfəhani «Müfrədat» kitabında yazır: «Əcz» sözünün kökü bir şeydən geri qalmaq mənasındadır. Ürfdə isə bir işi əmələ gətirmək üçün aciz olmağa deyirlər.

«Ecaz» və «möcüzə»nin istilahi mənası

İstilahda ecaz peyğəmbərlik iddiası edən bir şəxsin əmələ gətirdiyi işə deyilir ki, başqaları o işi etməkdə acizdirlər. Bu işə möcüzə deyilir və bu, peyğəmbərlik iddiası edən şəxsin peyğəmbər olub-olmamasına sübutdur. Çünki, möcüzə yalnız peyğəmbərlərə məxsus olub. Bəşər isə buna oxşar bir sübut gətirməkdə acizdir. Hər bir peyğəmbərin özünəməxsus möcüzəsi olmuşdur ki, tarixi kitablarda geniş şəkildə qeyd olunur.

                                                                                            Möcüzənin xüsusiyyətləri

“Möcüzə” yalnız peyğəmbərliyini sübut etmək istəyən bir şəxsin tərəfindən olmalıdır. Bundan başqa ondan başqası həmin işin bənzərini belə gətirməkdə aciz olmalıdır. Möcüzə həm də müqabilindəkini mübarizəyə çağırmaq gücündə olmalıdır. Möcüzə qarşı tərəfi mübarizəyə çağırmaqla onu zəif edə bilən bir xüsusiyyətə malik olmalıdır. Necə ki, Musa (ə) peyğəmbər Misir sehrbazlarının qarşısında yenilmədi və o da Rəbbindən cadugərləri susdurmaq üçün kömək istədi. Allah onun əsasını əjdahaya çevirməklə möcüzəsini göstərdi və hamı heyrətdən donub qaldılar. Beləliklə, Musanın (ə) Rəbbinin möcüzəsi sehrbazların əməllərinin zəif olduğunu sübut etdi.

Əllamə Şeyx Muhəmməd Hadi Mərifəti deyir:

“Möcüzə ilahi peyğəmbərlərdən hər hansı birinin peyğəmbərliyini sübut edən bənzərsiz və qeyri-adi işə deyilir”.

                                                                                      Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2700, 

Dostların veb səhifələri

15659896
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
24
8276
8300
15493342
135035
160067
15659896

sizin IP ünvanınız: 18.227.46.54
2024-12-23 00:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!