Dini Terminlər

"Nəsx" nədir?

 
(0 votes)

                                                                                              Nəsx-in mənası

Nəsxin lüğəvi mənası

Nəsx Nəsxin lüğəvi mənası yazılı mətnin üzərindən köçürmək, olduğu kimi yazmaqdır. “İntisax”“intinsax” kəlmələri də məhz bu kökdən götürülmüşdür. Nəsx lüğətdə “dəyişmək”, “nəql etmək” mənalarında da işlənmişdir. Beləki el arasında işlənən atalar sözündə deyilir: “Tənəsəxəl məvarisu vədduhuru”. Yəni, zaman və var-dövlət dəyişilmişdir. Bütün bunlarla yanaşı biz nəsxin lüğətdə “məhv olub aradan getmək” mənasında işləndiyinin də şahidi oluruq. Başqa bir atalar məsəlində deyilir: “Nəsəxtişşəmsuz-zillə” – yəni, gün kölgəni aradan apardı. Nəsx, Peyğmbərin (s) səhabələrinin zamanında və sonrakı dövrlərdə də məhz bu mənada işlənmişdir. Onlar adətən kulliyat və ümumi bir məhfumdan ayrılan və ya istisna olan hər bir şeyə “nasix” (aradan aparan) deyərdilər. Çünki sonradan yaranmış əlavə və istisnalar əvvəlki hökmləri ya əvəz etmiş və ya aradan aparmışdır.

Bundan başka Qurani-kərimdə bir neçə mənada işlənmişdir – ləğv etmək, bir yazını digər bir yazının üzərinə yerləşdirmək, dətişkənlik və batil etmək. Həmçinin çevirmək, əvəz etmək mənasında da işlənir. Nəsx, bir şeyin özündən sonra gələn şey vasitəsilə aradan aparılmasıdır.

Quranda nəsx

Qurani-kərimin nəsxi, sonradan gələn ayənin vasitəsi ilə öncəki ayənin hökümdən düşməsidir.

مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا ۗ أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?! Bəqər-106

Nəsxin istilahi mənaları

Din alimləri və Quran elmləri mütəxəssisləri bu ifadədən lüğəvi mənada istifadə etmişlər. Nəsxin tərifində deyilir: Nəsx hər hansı sabit bir şəri hökmün dövr və zamanı dəyişilməklə yəni hökmlə əvəz olunmasına deyilir. Tərifdə “sabit” ifadəsindən istifadə etməkdən məqsəd budur ki, əgər sadir olunan hökm sabit olmazsa və mövzu dəyişilməklə əvəz olunarsa artıq nəsx adlandırılmır. Məsələn, ramazan ayı başa çatdıqdan sonra əgər bu ayda oruc tutmasının vacibliyi aradan götürülərsə, artıq biz bunu nəsx adlandıra bilmərik. Çünki orucun vacibliyi həmişəlik deyil, yalnız Ramazan ayına aiddir. Belə ki, Ramazan ayı sona çatdıqdan sonra orucun vacibliyinə dair sadir olunmuş hökmün vacibliyi də əvəz olunur. Həmçinin vaxtı keçdikdən sonra var-dövlətə aid olunan malikiyyət də nəsx adlandırılmır. Çünki bütün hallarda əvəz olunzn hökmün özü deyil, mövzu və şəraitidir və mövzu dəyişilməklə hökmün aradan götürülməsi də nə nəsx adlanır, nə də şəriət alimləri arasında fikir ayrılığına və ixtilafa səbəb olur.

İzah: Nəsxin mahiyyətinin nədən ibarət olduğunu daha da aydınlaşdırmaq üçün oxucunun nəzərini verdiyimiz izahata cəlb edirik.

Şəriət və İslam qanunları tərəfindən verilən hər bir hökm və hər hansı bir həqiqi qanunvericilik orqanı tərəfindən qüvvəyə minən hər bir qanun, sübut və isbat baxımından iki mərhələdən ibarətdir:

1- Hökmün reallaşmasında olan sübut mərhələsi:

Buradan həmin qanunvericilik mərhələsi nəzərdə tutulur. Bu mərhələdə hökm və qanun ümumi şəkildə hər hansı bir mətləb nəzərdə tutulmadan qüvvəyə minir. Məsələn, şərabın haram olduğuna dair hökm verilir. Belə bir qanunvericiliyin mənası bundan ibarətdir ki, hər zaman hər yerdə şərab olsa ondan istifadə (alıb-satmaq, içmək, hədiyyə etmək və s.) haram və yolverilməzdir.

Nəsx olunmadan belə bir hökmün aradan götürülməsi qeyri-mümkündür. Çünki bu qanunvericilikdə nə zahiri, nə də batini mətləb nəzərdə tutulur.

2- Hökmün zahiri isbat mərhələsi:

Bu mərhələdə ilk növbədə sadir olunmuş hökmün xaricdə qüvvəyə minməsi nəzərdə tutulur və hökm bu mərhələyə yalnız o zaman çata bilər, başka sözlə desək, yalnız elə bir şəraitdə qüvvəyə minə bilər ki, nəzərdə tutulan mətləb xaricdə həyata keçmiş olsun. Məsələn, şərab meydana gəldiyi gündən onun haramlığına dair qəti hökm sadir olundu. Yəni, nə qədər ki, şərab mövcuddur, onun haramlığına dair sadir olunmuş hökm də qüvvədə olacaqdır. Lakin mövzu aradan götürüldükdə (yəni xaricdə mövcud olmadıqda) hətta əgər şərab sirkəyə çevrilsə belə haramlığına dair sadir olunmuş hökm də qüvvədən düşəcəkdir. Amma diqqət yetirmək lazımdır ki, belə bir hökmün qüvvədən düşməsinin nəsxlə heç bir əlaqəsi yoxdur. Artıq bizə nəsxin və mövzunun əvəz olunmasının nə olduğu bəlli oldu. Haqqında söhbət açmaq istədiyimiz mövzu Quran mütəxəssisləri arasında ixtilafa səbəb olmuş nəsx məsələsidir. Belə ki, qüvvədə olan sabit hökm, xaricdə mövzunun olmasına baxmayaraq (zəmanənin tələbatını ödəmədiyi üçün) ya aradan götürülür və ya tam ayrı bir hökm ilə əvəz olunur.

“Lisanul-Mizan”, 3-cü cild, 218-219-cu səh

“Səhihi-Müslüm”, 4-cü cild, 141-ci səh

“Əl-Bəyan fi təfsiril-Quran”, 2-ci cild                      

   İlahiyyatçı: Sara. Ə.

                                                                            Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Məxsusdur


 3000, 

Dostların veb səhifələri

15657774
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6178
7422
53321
15456216
132913
160067
15657774

sizin IP ünvanınız: 3.145.35.234
2024-12-22 18:31

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!