Hikmət Xəzinəsi

Səltənət qüruru

Səltənət qüruru

Əbdül Məlik ibn Mərvan (Əməvilərin beşinci xəlifəsi) xəlifəlikdən öncə məsciddə oturub daim Quran və dua oxumaqla məşğul olardı. O, məsciddə o qədər oturardı ki, ona "həmmamətul-məscid" (yəni "məscid göyərçini") deyərdilər. Bir gün məsciddə Quran oxuduğu halda xəlifə atasının ölüm xəbərini ona çatdırırlar. Artıq Əbdül Məlik xəlifə olmuşdu. Bu zaman o, Quranı büküb əlinə aldı və ona belə xitab etdi: "Xudahafiz! Artıq sən ilə mənim aramda ayrılıq zamanı gəlib çatdı". 
Əbdül Məlik çox zalım bir xəlifə olur. Onun xilafəti zamanında saysız-hesabsız günahsız insanların qanı axıdılır, yoxsulluq baş alıb gedirdi. Əvvəllər daim Quran oxuyan Əbdül Məlik indi azğınlığın son həddinə enərək şərab içməkdən belə çəkinmirdi. Səltənətin qüruru onu elə hala salmışdı ki, gözü heç nəyi görmürdü. Əbdül Məlik özü haqqında belə deyirdi: "Xəlifəlikdən əvvəl bir qarışqanı belə öldürməzdim. İndi isə Həccac (şəhər başçılarından biri) mənə minlərlə müsəlman qanı tökdüyünü yazır. Buna baxmayaraq, bu xəbər mənə zərrə qədər də təsir etmir".
Bir gün o dövrün alimlərindən biri ona deyir: "Eşitmişəm, şərab içirsən". O, belə cavab verir: "Bəli, camaatın qanını belə içirəm". 
Bəli, bir zaman Qurandan əl çəkməyən bir şəxs indi bir qatilə çevrilmişdi. Yaddan çıxarmamalıyıq ki, bu müqəddəs kitabı yalnız oxumaqla insani keyfiyyətlərə malik olmaq mümkün deyil. İnsan yalnız o vaxt İlahi əxlaqla zinətlənə bilər ki, Allahın göndərdiyi bu həyat proqramına əməl etsin. Onun bütün göstərişlərini yerinə yetirsin. 
Bu tabeçilik ömrü boyu davam etməlidir. Sanki insan hidayətin ipindən yapışmış kimidir. Onu nə vaxt buraxsa, məhv olar, qürur onu uçuruma endirər. Vəzifə və mənsəbindən asılı olmayaraq, hamı Quranın kölgəsi altında olmalı, ondan ayrılmamalıdır. Çünki bu kölgə Allah kölgəsidir. 
Quran sənin əlində yanar bir məşəldir. Onu tərk etsən, özünü zülmətlərin qoynunda azmış bil. 

 

Hikmət-xəzinəsi2.jpg

Dilin əzabı

Allah Rəsulu (s) buyurmuşdur: "Allah (Qiyamətdə) dilə elə bir əzab verər ki, başqa üzvlərə o cür əzab verməz. Dil belə deyər: "Ey mənim Allahım, nə üçün mənim əzabımı digər üzvlərdən artıq etdin?" Allah dilə buyurar: "Səndən çıxan bir söz Şərqdən Qərbə çatdı, nahaq qan töküb qarət və xalqın namusunun tapdalanmasına səbəb oldu. Öz izzət cəlalıma and olsun, sənə elə bir cəza verəcəm ki, heç bir əzanı o cür cəzalandırmamışam". 
Loğman isə öz oğluna etdiyi vəsiyyətlərdə belə deyir: "Ey oğlum! Əgər danışmağı gümüş bilirsənsə, susmağı (dilə nəzarət etməyi) qızıl bil".
Peyğəmbər (s) buyurub:  

به من کثر کلامه کثرسقطه و من کثر سقطه کثرت ذنوبه و من کثرت ذنوبه کا نت النار اولی

"Hər kəs çox danışsa, səhvi çoxalar. Hər kəsin səhvi çoxalsa, günahı artar və hər kəsin günahı artsa, oda (cəhənnəmin oduna) layiq olar". 

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 5604, 

Dostların veb səhifələri

15656095
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4499
7422
51642
15456216
131234
160067
15656095

sizin IP ünvanınız: 18.119.166.141
2024-12-22 13:34

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!