Hikmət Xəzinəsi

Həcc və imamət

 
(0 votes)

 

                                                                                                        Həcc və imamət 

Həccin şərtlərindən birində rəhbər məsələsinə işarə olunur. Bir rəvayətdə oxuyuruq, əgər insan Nuhun (ə) ömrü qədər yaşaya və bütün ömrü boyu Kəbənin yaxınlığında günlərlə oruc tutub gecədən sübhə qədər namaz qılsa, lakin vilayət rəhbərliyinin siyasi fikri xəttində olmasa, əməlinin heç bir dəyəri yoxdur. [1] Çünki, həccin dəyəri və kamilliyi imamın görüşünə bağlıdır. Onun rəhbərliyini qəbul etmək və xidmətində olmaq üçün bir bəyannamə hazırlanmalıdır.[2] Məkkə və Kəbənin dəyəri məsum imamın rəhbərliyinə xatirdir.[3]  

                                                                                                     وَأَنْتَ حِلٌّ بِهَذَا الْبَلَد لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ 

                                                                                                "And olsun bu şəhərə (Məkkəyə)"

"Sənin (ey Peyğəmbər (sənə halal olan) şəhərə. Məkkə Peyğəmbərsiz bütpərəstlərin şəhəri və Kəbə də rəhbərsiz bütxana olardı"

Yəni Kəbənin rəhbərliyi əgər vilayət xəttində olmasaydı Kəbə bütxanaya çevrilərdi və onun vəziyyəti elə bir həddə çatardı ki, Kəbənin kiliddarı olan Əbu Sufyan, Taifin eyş-işrət gecələrinin birində onu iki badəyə satardı. Və Kəbənin böyüklüyü, rəhbərliyi, şərabdan məst olan sərxoşların arasında, başqalarının da gözü qarşısında, Taifin digər sərxoşlarının hüzurunda şərab qiymətinə alınıb-satılardı.[4] 

Çox mühüm bir nöqtə

Bilirik ki, Əbrəhənin fil dəstəsinə süvar olmuş qoşunu Kəbəni dağıtmaq üçün Məkkəyə daxil olmuşdu, lakin Mütəal Allah ابابیل» «- (əbəbil) adlanan quşların dəstəsi vasitəsilə daşları leşkərin başına yağdırdı və onları məhv etdi. Onlar yaralandılar və Allah Kəbəni qorudu (bu hadisə »Fil« surəsində bəyan olunub). Lakin imamət məqamının müxaliflərindən »olan İbni Zübeyr bir vaxt Kəbəyə pənah aparmışdı. Hökümət məqamı Həccac ibni Yusifin əli ilə qəsb olundu və o, Kəbəni sapandla söküb dağıtdı. Amma Allah Təala Kəbənin qorunması üçün əbabil göndərmədi. Çünki Kəbə imamla müxalifətçilik edənlərin də pənah yeridir və belə olduqda Kəbə dağılsa da Allahdan qəzəb nazil olmaz.

Bəli, imama müxalif olan kəs əgər Kəbəyə pənah aparmışsa və Kəbə (əbabil nazil olmadan) dağılıbsa, burada həqiqi dəyər bir rəhbərin məqamıyladır[5] və imamın müxalifi üçün gərək heç bir məkan bu cür əmin olmasın.

Kəbənin dəyəri odur ki, ona baxmaq belə ibadətdir, onu bina edən İbrahim (ə), əmək verən İsmail (ə) və tovhid gülüstanının pərvanələri, ənbiya və övliyalar, möminlər Kəbənin əsl dəyəridirlər. Amma imamət məqamı burada bir qədər mühümdür və yer üzərində ən həssas bir nöqtədir. Çünki imamın dünyaya gəlişi və beşiyi burada olmuş, Kəbənin divarı təəccüblü şəkildə imamın anasına xatir yarılmış və həzrət Əli (ə) məhz bu evdə doğulmuşdur və hər bir dəyərin təməli, sütunu odur. İmamlar ziyarətnamələrdə "Şəhərin sütunu" kimi tanıtdırılmışdır.

Kəbənin sütunu imamdır, Məkkənin sütunu imamdır, aləmdəki mövcud olanlar imama xatirdir və həzrət Məhdidir [6] (şərafətli zühurunu Allah Təala tezləşdirsin). Əgər məsum imam olmasa yer öz əhlini batırar. Məkkədə həcci yerinə yetirənlər hər il həzrət Məhdidinin (ə.f.) hüzurundadırlar.[7] Və öz hərəkətlərini ona göstərməyə çalışırlar. İmam Səccad (ə) Şam məscidində bir minbərə qalxıb, Yəzidin qarşısında, özünü tanıtdırmaq üçün və həm də Bəni Üməyyənin cinayətlərinə məhkum edilməsi barədə bir xütbə dedi və o xütbədən bir parça qeyd edirik [8]           اَنَا ابنُ مَکَّة وَمِنی، اَنَا اِبنُ زَمزَمَ وَ صَفَا

»Mən Məkkənin oğluyam, ali tovhid evinin oğluyam, mən Zəm-zəm və Səfanın oğluyam, tovhid evinin rəhbəri gərək tək Allaha inanan rəhbər olsun. Mən Minanın oğluyam, biz əzizlərimizin qanını tovhidin yolunda veririk, İbrahim (ə) kimi bayram edirik. Mən Zəm-zəmin oğluyam, o su ki, hər bir dərdin dərmanıdır. Hər bir çətinliyin həlli üçün bizim yolumuz var, biz mənəviyyatla coşan bir çeşməyik. Mən Səfanın oğluyam, biz heç bir çirkin əməl və günah etməmişik, heç vaxt olmayıb və olmayacaq da«. Bəli, imam olmasa hərəmin hörməti olmaz.

Ərafatda imam olmasa bu çölün mərifəti yoxdur və əgər Məşərdə imam olmasa, onu dərk etmək mümkun deyil. Minada imam olmasa həqiqi şeytana daş atılmaz. Əgər Zəm-zəm suyunun yaxınlığında imam olmasa, o suda həyat nişanəsi bəlli olmaz və ilğıma bənzəyər. Baxmayaraq ki, bütün həyatın diriliyi, yaşamı suya bağlıdır مِنَ المَاء کُلُّ شَیءٍ حَیُّ - lakin hər bir insanın mənəvi həyatı bir rəhbər imamdır.

دَعَاکُم لِمَایُحییکُم

Peyğəmbəri-Əkrəm (s) sizə həqiqi həyatı və insanlığı başa salır. Əsasən də həcc faydalı və dünyagörüşlü, İslami yaşam proqramlarından ibarət elə zəngin bir lövhədir ki, onda iman, hicrət, infaq, səbr, namaz, ibadət, qan, paklıq, vəhdət, məad, tovhid və imamət, bütün bunlar o lövhədə gizli qalmışdır. Bu mənada ki, yəni imamət olmasaydı Peyğəmbərin (s) bütün zəhmətləri və təbliği təsirsiz olardı.

وَاِن لَم تَفعَل فَمَا بَلَّغتَ رِسَالَتَهُ

Yəni, əgər imamın rəhbərlik məqamı xəbərini camaata çatdırmasan Allahın risalətini tamamlamış olmayacaqsan və sənin 23 illik zəhmətin faydasız olacaq. Əgər İslamın bu səpkidə düzənlənməsi, (həcc əməlləri) imamət məsələsi və İslam ümmətinin rəhbəri diqqətdən kənarda qalsa həcc əməlləri təsirsizdir.

Məgər görmürsən bizim milyonlarla namazlarımız Məscidul-həramda təsirsizdir və pislikləri inkar edib qarşısını almaq olmur. Müsəlmanları heç bir qüvvə hökümətin zillətindən azad edə bilmir. Məgər bütün bu qüvvələrdən aldığımız zərbələr kiçik düşmənlərimizdən olan İsrail kimi deyilmi? Bunlar ona görədir ki, Həcdə haqq olan rəhbər məsələsində hələ də qəflətdədirlər. Həcdə imam olmayınca həmin zillətlər, məzlumiyyət, əsarət şərqdən-qərbə ardıcıl olaraq hər tərəfi əhatə edəcək. İndiki həcdə imamın rolunun əmiyyətinə işarə olundu, daha bu sualları vermək olmaz; nə üçün "Məqami-İbrahim"- dən (ə) uzaq durmaq olmaz? Və nə üçün təvaf namazını "Məqami-İbrahim" in (ə) arxa tərəfində qılırıq? Bütün bunlar rəmzdir və həm də, ibadət və təvaf etməklə yanaşı asimani bir rəhbərin məqamını mülahizə etməyi bizə öyrədir. Həmçinin namazda "Məqami-İbrahim"-dən (ə) qabaqda dayanma, nəinki Məkkədə, hətta imamların hərəmlərində də bizə fərman verilib ki, namaz vaxtı imamın mütəhhər qəbrinin qarşısında dayanmaq olmaz, bu bir ədəbdir və onu bizə İslam təlim etmişdir. Iki rükət təvaf namazı "Məqami-İbrahim"-in (ə) arxasında qılırıq və bu əməl Allah evinin zəvvarlarının icra etdikləri təməttö ümrə həccinin üçüncü əməlidir. Əvvəlcə miqatda ehram libasını geyinirik və ləbbeyk deyirik, sonra Məkkəyə gəlirik və təvaf edib namaz qılırıq. İmam Sadiq (ə) təvaf namazından sonra alnını səcdəyə qoyub elə münacat edərdi və səcdədən sonra o qədər ağlayardı ki, mübarək üzünün çöhrəsi göz yaşlarına qərq olardı.[9]

 

[1] »Mən lə yəhdur«

[2] Bihar, cild-99, səh-374

[3] Bələd surəsi, 1 və 2-ci ayələr

[4] Ayətullah Cavadi Amulinin məqaləsi

[5] Mən lə yəhdur, cild-2, səh-249

[6] قالَ الصَّادِق (ع):«لَوبَقِیَتِ الارضُ بِغَیرِ اِمَامٍ لَسَاخَت» Səh-72 Usuli-kafi, »Kitabul-hiccə«, bab: «أَنَّ الاَرضَ لاَ تَخلُوا مِن حُجَّةٍ»

[7] Biharul-ənvar, cild-52, səh-152

[8] Biharul-ənvar, cild-45, səh-138

[9] Bihar, cild-99, səh-214

 

"Həccin sirri" Möhsün Qiraəti

Hazırladı: Sara Zahidqızı

                                                                                  Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2521, 

Dostların veb səhifələri

15659689
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8093
7422
55236
15456216
134828
160067
15659689

sizin IP ünvanınız: 3.137.189.236
2024-12-22 23:17

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!