Hikmət Xəzinəsi

Təqsir

 
(0 votes)

                                                                                                                             

                                                                                                              Təqsir  

Səfa və Mərva arasında səy etdikdən sonra dərhal «Təqsir»-i yerinə yetirməliyik, yəni bir az başımızın və ya üzümüzün tükündən və yaxud da dırnağımızdan qırxmalıyıq. Bu beş əməl (miqatda ehram bağlayıb ləbbeyk demək, təvaf, təvaf namazı, Səfa və Mərva arasında səy etmək, təqsir) ümrə adlanır.

«Ümrə»-illik (hər il keçirilən) mənasındadır[1] və bu kəlmə abadlıq, təmir, çoxaltmaq mənalarına da dəlalət edir. Çünki Allah evinin ziyarətinə gələn hər bir kəs oranın abadlaşmasına səbəb olur. Təbii ki, buranın təmirinin inkişafı və məntəqələrin abadlaşması zəvvarların gəlişinin çoxluğundan asılıdır. Və bütün bunlar o evin aşiqlərinin ziyarəti nəticəsindədir. Ümrə əməli sona yetdi.

Haci ehram libasını çıxarır və o şeylər ki, ehramda ona haram idi, halal olur.[2] Ərəfat gecəsinə qədər başqa əməllər artıq vacib deyil (10-cu günə qədər, yenidən ehram libasını geyinmək, özünü həcc əməllərinə hazırlamaq)

                                                                                                     Həcdə asudə vaxtlar

İnsan həcc vaxtı özünün vacib əməlləri ilə məşğul olur və başqa işləri icra edə bilmir, lakin Məkkəyə daxil olub bütün ümrə əmllərini bitirəndən sonra, vacib əməli olmadığından evi və yolu düşünməyə başlayır və çətin olsa da ehram libasını çıxarır. Həmçinin qayğıkeşli ehram günlərindən uzaqlaşır və yavaş-yavaş asudə olduğunu hiss edir. Bəziləri buradakı şəxslərin simasına baxış keçirir, məs; filan kəs necə qara idi, o biri necə ağ idi, filan dəstə hansı yeməklərdən yeyirdi. Bəziləri isə bazara baxış keçirir və oradakı bər-bəzəklərlə məşğul olur və özü-özünə qiymətlər barədə götür-qoy edir, malın qiymətini, faizini müqayisə edir. Bəziləri öz vətənində olan həmşəhərlilərini, dostlarını, rəfiqələrini və qohumlarını soraqlayır. Bəziləri isə məscidin yaxınlığına gedib Kəbə və Məscidul-hərama və camaata tamaşa edir. Bəzən məsciddə iki rükət namaz qılır və bəzən də Allahın evində Onun kəlamını tilavət edir. Bir dəstə də karvandakı dostları ilə söhbətə məşğul olur.

Bəziləri səfər yoldaşları ilə ittifaq olub Məkkənin görməli yerlərini, ətraf məscidlərini, Hera dağını, Sur dağını və s. tanınmış məkanları yaxından görməyə gedirlər. Bəziləri Məkkənin coğrafi mövqeyini araşdırır, dağ və dərəyə, məscidin sahəsinə, Kəbənin hündürlüyünə diqqət edir. Kəbədəki səs-küy və izdihamın necəliyinə, əyləncəli çıraqları, Kəbənin təməli olan hündür dağları və sütunları, hündür qapıları və pillələri və s. bütün bunları diqqətlə izləyirlər.

Bəziləri öz səfəri barəsində başqalarına məlumat verir. Hansı gündə gəldiyini və hansı saatda çatdığını, neçə gün qaldığını və hansı yeməklərdən yediyini və həmçinin haralara getdiyini dəqiqliklə tanıdıqlarına xəbər verir.

Bəzisi hələ getməmiş fikri telefon zəngində, həyat yoldaşı və övladlarının və ya öz şagirdinin, şərikinin yanında olur. Yaxud da bir məktub yazmaq qərarına gəlir.

Bəzisi sovqat almaq fikrinə düşür və aldığı malı dostunun aldığı malla müqayisə edib bazarda o qədər çənə vurur ki, ya malı alır, ya da onu geri qaytarır.

Bəziləri isə bu fikirdədirlər ki, bir neçə gündən sonra öz vətənimizə qayıdacağıq və öz şəhərimizdə, kəndimizdə, yaxud da məhəlləmizdə hacı olacağıq. Ayaqlarımızın qabağında gərək bir qoyun qurban kəsilsin. Gərək qayıdandan sonra təntənəli surətdə məclis təşkil edək, yaxşı xərc çəkib süfrə açaq və s.

Bəziləri isə dua, ziyarət və namazla məşğuldur və bu əməl yəqin ki, ibadi şəxslərin gördüyü işdir. Onlar camaat namazında iştirak edirlər. Hər bir şəxs bu bir neçə gündə həcc və ümrə əməlləri arasındakı fasilədən bu cür istifadə etsə əməlləri tamamlamış olar. Bununla belə, hər kəs ümrə və həcc arasında olan bu bir neçə gündə boş vaxtlarını səmərəli keçirə bilsə həcc səfərindən faydalanmışdır.

Asudə günlərdən faydalanaraq istifadə etmək hər kəsin təfəkkür tərzinə bağlıdır və bununla hacının səfəri tanınır. Bir sıra işlər adətən hacıları özünə məşğul edir və onların ən çox vaxtını alır. Əlbətdə həmin işlər özlüyündə haram sayılmır, lakin həccin əsl hədəfindən bizi uzaqlaşdıran amilləri gərək yaxşı tanıyaq. Həccin ali məqsədindən üstün heç bir iş ola bilməz və biz ilahi işləri digər işlərdən daha üstün bilməliyik. Bu mətləbi söyləməyimiz sizi dostlarınızla əlaqə saxlayıb onlarla söhbətləşməyə qadağa qoymaq anlamına gəlməsin, məqsədimiz sizi onlardan uzaqlaşdırmaq deyil və təbii ki, həmşəhərlilərinizin görüşünə getmək, hədiyyə almaq, vətənə telefon etmək və s. həyatınızı əhatə edən bu kimi işlər də yerinə yetirilməlidir. Bütün bu işləri Məscidin və Kəbənin binasına nisbət verməklə heç diqqət etmisiniz ki, onlardan hansı birinə daha çox həqiqi ehtiyac var? Bəlkə da o işlərdən bəzisi özü-özlüyündə yaxşıdır amma baxır ən mühüm olanı hansı işdir? O, kəs ki, öz ölkəsindən gedib və minlərcə şəhidlərin, əlillərin, müharibədə itgin düşmüşlərin yanından gedib və o hansısa bir xəbəri çatdırmalıdır, əziz şəhidlərimizin ruhları və millətinin bu müqəddəs ziyarətdə iştirak edə bilmədiyi fərlərinin gözləri ona dikilmiş və o şəxsə nəzər edirlər, həmin şəxs başqa ölkələrin müsəlmanları üçün hamıya nümunədir. Həmçinin o adam digər ölkələr üçün də bir nümayəndə kimidir. Gözlər və qulaqlar ona tərəf yönəlmiş, danışdığı sözlərdən, rəftarından xəbərdardırlar və belə bir hacıdan çox şey gözlənilir. Belə bir ruhiyədə olan hacının hərəkətləri dost və düşmənin iti baxışlarından yayınmır. Dost həmişə ondan örnək götürüb ilham alar, düşmən isə həmişə ona zəif nöqtədən toxunub nüfuzunu zəiflətmək istəyir və daim çalışır irad dolu bir mövzu hazırlasın. Elə isə yaxşı işlərin sorağında olaq.

                        

 

[1] Nəhayə ibni Əsir (ümrə)

[2] Başın tükündən başqa yerləri ehramda təraş etmək haramdır.

 

                                                                                   Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir



 2369, 

Dostların veb səhifələri

15659685
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8089
7422
55232
15456216
134824
160067
15659685

sizin IP ünvanınız: 18.227.134.165
2024-12-22 23:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!