Hikmət Xəzinəsi

Quranla söhbət

Quranla söhbət

 

Allahın Rəsulu (s): “Hər kəs Allahla söhbət etmək istəsə Quran oxusun”.

Ondan soruşdum:

Sən kimsən?

Dedi: قُرْآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَعَلَّهُمْ يَتَّقُونَ

“(Kəlmə və mənalarında) heç bir əyrilik olmayan ərəbcə bir Quran!” (“Zumər” surəsi, ayə 28)

 

Kimin tərəfindən gəlmisən?

Dedi: مِنْ لَدُنْ حَكِيمٍ عَلِيمٍ

“...Hikmətli olan və (hər şeyi) bilən Allah tərəfindən...” (“Nəml” surəsi, ayə 6)

 

Nə üçün nazil olunmusan?

Dedi: يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ

“Ey insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət, sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir” (“Yunus” surəsi, ayə 57).

 

Mənim üçün ən yaxşı nümunə kimdir?

Dedi: لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

“Sizin üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır” (“Əhzab” surəsi, ayə 21).

 

Bizim Allah Rəsulu (s) qarşısında vəzifəmiz nədir?

Dedi: وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا

“Rəsul sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin” (“Həşr” surəsi, ayə 7).

 

Dedim: Mənə Allahın əzəməti haqqında danış.

Dedi: هُوَ الأوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

“O əvvəl və axır, aşkar və gizlindir. O, hər şeyi biləndir” (“Hədid” surəsi, ayə 3).

 

Dedim: O, haradadır?

Dedi: وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ

“Harada olsanız O, sizinlədir” (“Hədid” surəsi, ayə 4).

 

Bəs onu necə isbat edim?

Dedi: فَانْظُرْ إِلَى آثَارِ رَحْمَةِ اللَّهِ

“Allahın rəhmətindən əsər-əlamətinə bax” (“Rum” surəsi, ayə 50).

 

Onunla necə söhbət edim?

Dedi: وَأَقِمِ الصَّلاةَ لِذِكْرِي

“Məni anmaq üçün namaz qıl” (“Ta-Ha” surəsi, ayə 14).

 

Dedim: Bizim xilqətimizin hədəfi nədir?

Dedi: وَمَا خَلَقْتُ الْجِنَّ وَالإنْسَ إِلا لِيَعْبُدُونِ

“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam” (“Zariyat” surəsi, ayə 56).

 

İbadətin hədəfi nədir?

Dedi: وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ

“Və o yəqin iş (ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et” (“Hicr” surəsi, ayə 99).

 

Mənim düşmənim kimdir?

Dedi:  إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ

“Həqiqətən, şeytan sizin düşməninizdir” (“Fatir” surəsi, ayə 6).

 

Onun vəsvəsələri qarşısında nə etmək lazımdır?

Dedi: وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

“Əgər şeytan tərəfindən bir vəsvəsə səni təhrik etsə, onda Allaha pənah apar. Çünki eşidən və bilən odur” (“Fussilət” surəsi, ayə 36).

 

Mənim gizli düşmənim kimdir?

Dedi: إِنَّ النَّفْسَ لأمَّارَةٌ بِالسُّوءِ إِلا مَا رَحِمَ رَبِّي

“Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir” (“Yusif” surəsi, ayə 53).

 

Nəfslə necə davranaq?

Dedi: قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا

“Nəfsini təkamülə çatdıran və onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır” (“Şəms” surəsi, ayə 9).

 

Bilmək istəyirəm yolun harayadır?

Dedi: يَا أَيُّهَا الإنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحًا فَمُلاقِيهِ

“Ey insan, şübhəsiz, sən öz Rəbbinə doğru böyük bir səylə çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan” (“İnşiqaq” surəsi, ayə 6).

 

Bu yolda azuqəyə ehtiyac varmı?

Dedi: وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى

“Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır” (“Bəqərə” surəsi, ayə 197).

 

Təqvanın faydası nədir?

Dedi: وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا *  وَيَرْزُقْهُ مِنْ حَيْثُ لا يَحْتَسِبُ

“Kim Allahdan qorxsa, onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər” (“Talaq” surəsi, ayə 2-3).


 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4415, 

Dostların veb səhifələri

15657745
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6149
7422
53292
15456216
132884
160067
15657745

sizin IP ünvanınız: 3.147.56.125
2024-12-22 18:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!