Hikmət Xəzinəsi

ZÜLFÜQAR QILINCI

 
(2 votes)

 

Zülfəqar qılıncı


Bu qılınc əslində hansı formada olub?
*Qılıncın mənbəyi haqqında müxtəlif fikirlər

Ərəb qılınclarından fərqli olaraq, bu qılıncın hər iki tərəfi kəsən olub. Nəinki iki başlı!


Qılıncın mənbəyi haqqında müxtəlif fikirlər:

1) Bədr döyüşündə İmam Əli (ə) tərəfindən öldürülən Munbət ibn Həccacın yaxud As ibn Munbətin qılıncı idi. İmam Əli (ə) o qılıncı peyğəmbərə verdi. Ühüd döyüşündə İmam Əlinin (ə) qılıncı sınır. Peyğəmbərdə o qılıncı İmam Əliyə (ə) verdi.
Bəharul-ənvar. Cild 42, səhifə 58.

2) Abdullah ibn Abbas qeyd edir ki, Həccac ibn Əlat onu peyğəmbərə hədiyyə etmişdir.
Məarif. Cild 5, səhifə 557. Müəllf: Seyyid Mustəfa Huseyni Dəşti.

3) İmam Əli (ə) buyurub: “Cəbrail peyğəmbərə nazil olaraq buyurur ki, Yəməndə daşdan düzəldilən bir büt vardır ki, onu dəmir qabda saxlayırlar. Onu gətirmək üçün peyğəmbər məni göndərdi. Dəmiri gətirib, dəmirçiyə verdim və ondan “zülfəqar” və mixzəm” (kəsən qılınc) adlı iki qılınc düzəltdirdim. Peyğəmbər mixzəmi götürdü, mənə isə zülfəqarı verdi. Peyğəmbər vəfat edəndən sonra, mixzəm qılıncıda mənə qaldı.
Məarif. Cild 5, səhifə 557. Müəllf: Seyyid Mustəfa Huseyni Dəşti.

4) İmam Rza (ə) buyurub: “Zülfüqar qılıncını, Cəbrail asimandan gətirmişdir. Onun halqaları gümüşdəndir. O, indi məndədir”.
Usuli kafi. Cild 8, səhifə 267. Qəməri ilinin 1407-ci il çapı:
Əmali. Müəllif: Şeyx Səduq. Səhifə 289. Qəməri ilinin 1400-cü il çapı.

5) ”Göydən dəmir endirdik” (Hədid 25) ayəsindəki dəmir, hələ bu qılıncdır.
Əlmənaqib.

6) Cəbrail onu asimandan gətirib.
Mustədrakul-vəsail. Cild 3, səhifə 309.

7) Yəmən padişahı Bulqeys, Süleyman peyğəmbərə hədiyyə etmişdir. Zaman ötdükcə İmam Əliyə (ə) çatmışdır.
Bəharul-ənvar. Cild 42, səhifə 58.

8) Qılınc hal hazırda on ikinci imamdadır.
Əlğaybəh. Cild 2, səhifə 307.
Mən la yəhzuruhul fəqih. Cild 2, səhifə 418.
Xisal. Cild 2, səhifə 2, 528.
Mənaqib. Cild 1, səhifə 312.

Qılıncın adının mənası və forması​

1) Bu qılınc, şəkillərdə və filmlərdəki formada deyil. Əslində *iki tərəfi kəsən bir qılınc olub, nəinki iki başlı qılınc*.

Lüğət kitabı - Dehxoda.

2) Peyğəmbərin (s) hədisində “zülfəqar” işlədilmişdir. Ərəb dilində “zu” sözünün mənası, “sahib, malik” deməkdir. “Fəqar” isə, “fəqərələr” deməkdir. Yəni “fəqərələr sahibi”. Qılıncın arxa tərəfində, fəqərə sütunlarına oxşar dəliklər var idi. Ərəb dilində əşya ilə kəlmə arasında bağlılıq olur. Hər bir adı hər bir əşyaya təyin etməzlər. Hər hansı bir kəlmənin mənası ilə, əşyadakı xüsusiyyət yaxud funksiya uyğun gələrsə, o kəlməni o əşyaya ad ünvanında təyin edərlər. Qılıncdakı dəliklərlə və “fəqar” sözünün mənası bir birini tamamladığı üçün, bu qılınca bu ad təyin olunmuşdur.

3) Yalniz Şəhri Aşub öz kitabında bu qılıncın iki başlı qılınc kimi qəbul edib.
Əlmənaqib. Cild 3, səhifə 290.

4) İmam Sadiq (ə) buyurur: “Fəqərə sümüklərinə oxşadığı üçün, “zulfəqar” deyilib.
İləluş-şədaye. Cild 1, səhifə 160.

5) Bəziləri bu qılnlcı, ikinci xəlifə Ömərin qatili Əbululuəyə aid biliblər.

6) *Fuqar* və *fəqar*-ın mənası, fəqərələr deməkdir.
*Fiqar*-ın mənası, muncuq və fəqərələr deməkdir.
Yəni *f* hərfindən sonra ə, i, u saitləri gəlməsindən aslı olmayaraq, hər üçüdə eyni mənadadı. 

 

 Hazırladı: Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 

 

 


 6557, 

Dostların veb səhifələri

15657975
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6379
7422
53522
15456216
133114
160067
15657975

sizin IP ünvanınız: 3.22.242.169
2024-12-22 18:57

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!