Hikmət Xəzinəsi

Quranda intizar. İmam Məhdinin (ə) gəlişi

 Quranda intizar.

     İmam Məhdinin (ə) gəlişi

Tarix boyu müsəlmanların, xüsusəndə şiələrin fəxr etdiyi mühüm məsələlərdən biri də İmam Məhdinin (ə) gəlişidir. Zəiflərin zalimlərə qaləbə çalması Allahın vədələrindən biridir. İslamın ilk çağlarından xüsusəndə İslam Peyğəmbərin (s) gəlişindən, insanların gözəl gələcəyi barəsində vədə verilmişdir. Bu baxımdan bu günə qədər müsəlmanlar xüsusəndə şiələr bu məsələyə ciddi yanaşıb, inanmışlar. Quranın açıq – aşkar ayələri, mötəbər hədislər bunu sübut edir ki, dünyanın sonunda ilahi rəhbərin gələcəyi və haqq - ədalətlə dünyanı bərpa edib, insanlara firavanliq verəcəyi bildirilir. O cəhətdən Allahın vədəsinə inanaraq müsəlmanlar da onu qəbul etmiş və həmin günü həsrətlə gozləyib İslam Dininin qələbəsinə inanırlar. Bu qədər aşkar dəlillərdən sonra, mövzu barəsində heç bir şəkk ola bilməz.

Mövzu barədə Quran ayələri:

1) Müşriklər İslam Dinini qəbul etməsələr də bu din dünyada yeqanə din olaraq bütün dinlərə qalib gələcək. (Tövbə - 33)

2) Düşmənlər istəyirlər ki, ağızları ilə Allahın nurunu söndürsünlər. Amma Allah nurunu tamamlamaq istəyir. Baxmayaraq ki, kafirlərin bundan acıqı gəıir. (Nur - 32)

3) Allah sizlərdən iman gətirib, saleh əməl edənlərə yer üzərində onun xəlifəsi olmasını vədə vermişdir. Necə ki, sizlərdən öncəkilərə bu mərhəməti etmişdir. Öz bəyəndiyi dini yayacaq. Qorxunu əmin – amanlığa çevirəcək. Necə ki, mənə ibadər edəsiniz və heç nəyi mənə şərik qoşmayasınız. Kafir olanlar ziyankarlardan olacaqlar. (Nur – 55)

4) Biz öz elçi və göndərdiklərimizə yardım edəcəyik. (Ğafir – 51)

5) Tövratdan sonra İncildə yazdıq ki, saleh və paklar yer üzünün varisləri olacaq. (Ənbiya 105 – 106)

Müsəlmanlar bilirər ki, batil aradan gedəcək. Gec ya tez. Çətinlik ya asanlıqla. Haqq dünyaya hakim kəsiləcək. Batilin ardicıllarıda məhvə məhkum olaraq, məğlub olacaqlar. Çünki ədalətin hakim olması ilahi qanundur. Allahın da heç bir qanununda səhv yoxdu.

6) Zəifləri yer üzərinə rəhbər təyin edərək, onları varis qərar verəcəyik. (Qəsəs – 4)

7) Qiymət gününü inkar edənlər, əgər düz deyirsinizsə qələbə günü nə vaxt olacaq, deyə, peyğəmbərə sual etdilər. De ki, əvvəl iman gətirmədiyiniz üçün o gündə iman gətirməyinizin sizə bir xeyri yoxdur. Onlara heç bir fürsət verilməyəcək. (Səcdə 29 - 28)

8) Bizim elçilərimiz qələbə çalacaqlar. (Saffat 171 – 173)

Qeyd olunmuş ayələrdən belə məlum olur ki, dünyaya bir gün saleh bir şəxs Allah tərəfindən hakim kəsiləcək. Zülmlər dolan dünyanı ədalətlə dolduracaq. Sədəqə verməyə bir imkansız tapılmaz. Şərqdən bir nəfər qərbə qədər piyada getsə ona heç bir zərər toxunmaz. Bütün hüquqlar qorunar. Heç bir şəxsin hüququ tapdalanmaz. Bəzi hədislərə əsasən bütün peyğəmbərlər həmin gün orda olarlar. İmam Məhdinin (ə) intizarı, axşam narahat yatan və səhərin açilmasını intizarla gözləyən xəstəyə bənzər. İnsanlar islamdan əvvəl belə dünyanın xilaskarı barədə nələrsə eşitmişdilər. O xilaskara Novruz (yəni yeni gün. Onun gəlişi ilə dünya yeni və gözəl bir günə çıxacaq), Piruz (yəni qələbə. Onun gəlişi ilə zalimə qalib gələrək, xoşbəxt bir günə yetişicəklərinə inanıblar) və Xosrov adı vermişlər.

Üç iddia və cavab

İddia 1: Rəvayətlərə əsasən İmamın 313 nəfər xüsusi səhabəsi olacaq. Onun 50 nəfəri qadındır. Qadınların 9 nəfəri qədim ümmətlərdəndir. Fironun yoldaşı Asiya kimi və s... . Düzdür. Amma bəzən belə bir fikirlə qarşılaşırıq ki, 313 nəfər imanlı şəxs olmadığı üçün İmam gəlmir. Bu düşüncə səhvdir. Cünki tarix və əsrlər boyu bu qədər imanlı şəxslər, səhabələr, alimlər, şəhidlər olduğu təqdirdə niyə 313 səhabə formalaşmasın? Bu onların haqqına haqqsızlıq olmazmı? Təbii ki, 313 səhabə var. Sadəcə olaraq ilahi təqdir və məsləhət nə vaxt olarsa, onda da imam gələr.

İddia 2: Rəvayətlərə əsasən günah o qədər çoxalar ki, imam gələr. Düzdür. Bu hədis var. Amma kimlərsə belə düşünür ki, biz imamın gəlişı üçün gərək çoxlu günah edək. Yoxsa imam gəlməyəcək. Bu səhv düşüncədir. Çünki Quranda bu qədər günahın pislənməsi mənasız olardı. Allah həm günahdan uzaq olmağa həmdə günah etməyə təşviq edə bilər? “ Hədisdə deyilir ki, intizari gözləmək ibadətdir “ . Məgər imamın tez gəlməsi üçün günah etmək ibadətdir ? Başqa sözlə desək nəvaxtdan günah ibadət sayılıb?

İddia 3: İmam gəlişi ilahi təqdirdir. Biz dua etməsək də o gələcək. Dua etməli deyilik. Amma bu səhv bir iddiadır. Belə olsa, gərək “ İntizari gözləmək ibadətdir “ hədisini səhv bilək. Bir halda ki, hədis mötəbərdir. Sadə bir misal və sualla yazını tamamlamaq istərdim. Axşam gün batarkən niyə evdə işığı yandırırıq? Qaranlıq olmasın deyə? Bəlkə yandırmayaq? Axı sabah gün cıxacaq....  Allah İmamim gəlişini tezləşdirsin. Amin!

      Mütərcim və əlavələrlə İlahiyyatçı: Muhəmməd Nicat.

 

 Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Məxsusdur


 3025, 

Dostların veb səhifələri

15657517
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5921
7422
53064
15456216
132656
160067
15657517

sizin IP ünvanınız: 18.227.183.161
2024-12-22 18:14

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!