Hikmət Xəzinəsi

Səfa və Mərva arasında səy etməyin hikməti

 
(0 votes)

                                                                                      Səfa və Mərva arasında səy etmək

Səfanın mənası möhkəm daş deməkdir. Burada torpaq və qum qarışığından olan kələ-kötür daş nəzərdə tutulur. Daş dedikdə əsas məqsəd möhkəm və yöntəmsiz bir daşa işarə olunur. Səfa və Mərva adı iki dağa məxsusdur və bu iki dağ təxminən 420 m aralıqda, bir-birinin bərabərində yerləşir. Hal-hazırda həmin ara məsafə böyük küçədir. Həci miqatda ehramdan sonra Kəbəni təvaf etməyə hazırlaşır və "Məqami-İbrahim" in (ə) arxasında namaz qılır və sonra dördüncü əməl ki, Səfa və Mərva arasında səy etməlidir, həmin iki dağ arasında olan hərəkətdir və bu tərtiblə icra olunur: Əvvəlcə Səfadan başlayır Mərvaya qədər, sonra Mərvadan Səfaya qədər bu əməli yeddi dəfə yerinə yetirir. Quranda buyurulur:

إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ [1]

"Həqiqətən Səfa və Mərva Allahın əlamətlərindəndir(İbadət nişanələrindəndir)".

                                                                                   Səfa və Mərva Həzrəti İsmailin (ə) qədəmi ilə bərəkət tapdı 

Bu macəraya aydınlıq gətirmək üçün tarixi mənbələrə nəzər salaq:

Həzrət İbrahim (ə) qocalıq əyyamına qədər övlada sahib olmamışdır, çoxlu dualardan sonra[2] Allah Təala ona kənizi Hacərin tərəfindən bir oğlan bəxş etdi və adını İsmail (ə) qoymasını buyurdu. Sara (həzrəti İbrahimin (ə) birinci xanımı) bu hadisədən narahat oldu.

Həzrət İbrahim (ə) Allahın fərmanı ilə bu ana və uşağı dağlar arasında quru çöllükdə və susuz Məkkəddə qoydu və dedi:

İlahi, mən əhli-əyalımdan bəzisini (İsmail və anası Hacəri) sənin Beytul-həramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim ki, [3] onlar (vaxtı-vaxtında, lazımınca) ibadət etsinlər. Sonra İbrahim (ə) Məkkədən xaric oldu. Ana və uşağın yeməyi, suyu qurtarmışdı. Yavaş-yavaş ananın südü də qurudu, uşaq susuzluqdan əl-ayağını çırpırdı. Ana çaşqın bir halda Səfa dağına gəldi, amma orada su tapmadı, sonra dərhal Mərva dağına getdi, yenə sudan xəbər olmadı, dübarə Səfaya qayıtdı ki, bəlkə bir ağac tapa bilsin və ya hansısa quşun izi ilə su tapa bilsin, lakin heç nə tapmadı və bu əməli yeddi dəfə təkrar etdi, sonunda gördü ki, uşağın barmaqlarının altından su çıxır!! «Zəm-zəm» suyu.[4]

Bəli, həqiqətən də Allah Öz lütfünü insana bəxş edir, lakin bu lütf əziyyətlə çalışıb səy etməkdən sonra baş veir. Biz gərək səy göstərək ki, Allah da müxtəlif yollarla, vasitələrlə Öz lütf, inayətini bizə çatdırsın. Ana uzaqda suyun intizarında idi, amma Allah onu uşağın barmaqlarının altından qərar verdi.

Hədisdə oxuyuruq ki, Zəm-zəm suyu ən yaxşı sudur[5] və Allah Təala onu xəstəliklərin dərmanı kimi qərar vermişdir. Allah Rəsulunun (s) Mədinədə olduğu zamanda onun dostları Zəm-zəm suyunu Məkkədən hədiyyə olaraq gətirirdilər.

Və Peyğəmbər (s) üz ağlığı ilə bu hədiyyəni qəbul edirdi.[6]

Hazırkı zəmanəmizdə də hər bir həci gərək iki dağ arasında yeddi dəfə yol gedib-gəlsin və Səfadan başlayıb Mərvada bitirsin.

İmam Sadiq (ə) buyurur: "Bu torpaqda Səfa və Mərva arasında olan məsafə kimi ən mühüm yer yoxdur. Çünki, hər bir təkəbbürlü orada zəlil olur".[7]

O kəslər ki, adi şəraitdə cəm olmağa hazır deyillər, orada ayaqyalın, başaçıq, kəfən geyinmiş halda, camaatla bir arada gah sürətlə qaçmalı və gah da yeriməlidirlər.

İmam Sadiq (ə) buyurur: "Allahın Rəsulu (s) Səfa dağının üstündə çox qalardı. O vaxta qədər qalardı ki, Bəqərə surəsini aramla tilavət edə bilirdi".[8]

Səfa dağı bir zamanlar Peyğəmbərin (s) minbəri idi və həzrət (s) oradan camaatı tovhidə dəvət edirdi, amma heç kəs ona qulaq asmırdı. Səfa dağı o zamanda bütpərəstlərin mərkəzi idi. Lakin Peyğəmbərin (s) təbliğatlarının və çəkdiyi əziyyətlərinin sayəsində hamı ora axışdı.

İmam Baqir (ə) buyurur: "Heç elə bir yaxşı və pis insan yoxdur ki, bu dağlara getsin və ona lütf olunmasın. Onların duaları müstəcəb olur, lakin yaxşı əməl sahiblərinin duaları axirətdə, pis əməl sahiblərinin duaları isə bu dünyada qəbul olur".[9]

Yazmaq məndən, oxumaq sizdən, hər bir söz deyən adam dediyinə əməl etməyi bacarmır və söylədiyi sözü əməldə göstərə bilmir. Allah Təala mərifət və ixlasımızı artırsın və mərhəmətini bizdən əskik etməsin və bütün arzusu olanlara istəklərini nəsib etsin inşəAllah!

Diqqət edək ki, burada İlahi övliyalar hansı səyi göstərmişlər və Allah necə bir kənizin xatirəsini həyat güzgüsündə həmişəlik tanıtdı. Tovhidin ətrafa yayılması və namazın yaşaması üçün, uşaq və ana tənhalıqda əziyyət çəkdilər və bu iş daimi diqqət mərkəzində oldu.

 

[1] Bəqərə surəsi, ayə-158

[2] Saffat surəsi, ayə-100

[3] İbrahim surəsi, 37-ci ayə

[4] Bihar, cild-99, səh-244

[5] Səfinətul-bihar (Həcc)

[6] Vəsail, cild-9, səh-518

[7] Təfsiri-nümunə, cild-1, yeni nəşr, səh-542, Furuğ-əbədiyyət, cild (ümumi dəvət)

[8] Bihar, cild-99, səh-235

[9] Muhəccətul-bəyda, cild-2, səh-148

 

"Həccin sirri" Möhsün Qiraəti

Hazırladı: Sara Zahidqızı

                                                                                  Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 3068, 

Dostların veb səhifələri

15657904
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6308
7422
53451
15456216
133043
160067
15657904

sizin IP ünvanınız: 3.144.248.150
2024-12-22 18:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!