İlahi möcüzələr

Kəhkəşan

Kəhkəşan

 

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

“Bir şeyin var olmasını istədiyi zaman Onun əmri ona ancaq: “Ol!” – deməkdir. O da dərhal olar” (“Yasin” surəsi, ayə 82).

Son zamanlar iki yüz bəhsə səbəb olan mövzulardan biri də kainatın yaranması və onun mahiyyəti bəhsidir. Bu barədə ən məhşur nəzər kainatın qaz yığımından yaranması nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən, başlanğıcda aləm böyük qaz kütləsindən, qatı və isti tüstüdən təşkil olunmuşdur. Milyardlarla kəhkəşanlar və müxtəlif göy cisimləri qaz kütləsi formasında bir-birinə bitişik halda idi. Onlar böyük bir partlayış nəticəsində bir-birindən ayrılmış, soyumuş və göy cisimlərinə çevrilmişlər. Bu kəhkəşanlar və göy cisimləri hələ də inkişaf etməkdədirlər. Amma bu elmi və böyük məsələdən 14 əsr bundan əvvəl Qurani-Kərimdə bəhs edilmişdir. Quran çox bədii bir ibarə ilə buyurur:

 

ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلأرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ

“Sonra Allah tüstü (duman) halında olan göyə üz tutdu (Göyü yaratmaq qərarına gəldi). O, göyə və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin. Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!”– deyə cavab verdilər” (“Fussilət” surəsi, ayə 11).

 

Məgər bəşərin keçmiş mədəniyyət tarixində qaz yığıntısını ifadə edə bilmək üçün “duxan”dan (tüstü) da gözəl bir kəlmə tapmaq olarmı?!

Başqa bir ayədə belə buyurulur:

 

أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالأرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ أَفَلا يُؤْمِنُونَ

“Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq” (“Ənbiya” surəsi, ayə 30).

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4822, 

Dostların veb səhifələri

15665748
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5876
8276
14152
15493342
140887
160067
15665748

sizin IP ünvanınız: 18.116.37.200
2024-12-23 19:42

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!