İlahi möcüzələr

Yağışda torpaq qurdunun çölə çıxma səbəbi

 

Yağışda torpaq qurdunun çölə çıxma səbəbi

 

Bəlkə, siz də görmüsünüz ki, şiddətli yağışlar zamanı torpaq altına dolan su oradakı qurdları çölə çıxarar. Səki və ya asfalt üstündə sərgərdan qalırlar. Niyə belə olur? Bunun səbəbi qurdların islanmaq istəmələrinə görə deyil. Əksinə onlar torpaq altında yağış yağan zaman su içində nəfəs ala bilmədikləri üçün torpağın üstə çıxarlar. Torpaq qurdlarının ağciyərləri yoxdur. Amma onlar dəriləri vasitəsi ilə nəfəs alırlar. Oksigen qurdun dərisinin üzərində selikli qişanın örtüyündə həll olur. Sonra dəri vasitəsi ilə qan damarlarına ötürülür.

Dəri gərək yaş olsun ki, oksigenə keçmək üçün şərait yaratsın. Xüsusi vəzlər qurdun bədənində  selikli qişalı ifrazat əmələ gətirir ki, qurdun dərisini həmişə yapışqan saxlayır. Mühüm məsələ müvazinəti qorumaqdır. Həddindən artıq quruluq pisdir. Əgər qurdlar quru olsalar, ölərlər. Həmçinin həddindən artıq nəmlikdə yaxşı deyil. Qurdlar iki həftə suyun içərisində sağ qala bilirlər. Amma bu müddətdə onlar kifayət qədər sudan oksigen çəkəbilmirlər.

Nəticədə boğunuq vəziyyətinə düşürlər. Sel və axın vaxtı bütün qurdlar səki və asfaltın üstündə görünür. Bundan başqa mümkündür ki, torpaq altında milyonlarla qurd yaşasın. Öz addımlarımıza diqqət edək!

 

Həşəratların yapışma səbəbi kəşf olundu

 

Yapışan həşəratlar öz bədənini idarə etmək üçün bir sistemdə nə hərəkət,nə də yapışmamaq şərti ilə dayanırlar. Kombric Universitetinin alimləri həşəratların yapışma səbəbinin sirrini kəşf edə bilmişlər. Kombric Universitetinin Zoologiya fakültəsinin magistratura kursunun rəhbəri Devid Labundun dediyinə əsasən, yapışan həşəratlar öz bədənlərinin müvazinətini əldə saxlamaq, təmiz yapışmamaq və boş olmamaq şərti ilə bir yerdə qalırlar. Bu alimin və alim yoldaşlarının kəşfinə əsasən, yapışan həşəratların hər iki tüklü ayağında ayrıca yapışqanlıq var. Həşəratın dabanında isə yarpaqda yerimək üçün xüsusi yapışqanlıq var. İstədiyi yerə çatmaq üçün yapışqanlığından sürünərək istifadə edir. Az-çox təzyiq göstərməyi ilə sürünərək irəli gedir və yaxud yuxarıya qalxır.

Alimlər ümidvardırlar ki, bu kəşf dünyada elmin inkişafında yeni bir oyanış olacaq. Bunun vasitəsi ilə daha da bir neçə elmi kəşflərə nail olunacaq.  Həqiqətəndə Allahın sirrlərlə dolu olan yaratdığı heyvanlar və həşəratlar vardır. Elm hər gün onların sirrini açıqlamağa çalışır. İndiyə qədər bir çox nailiyyətlər əldə etsələr də, yenə də kəşf olunmayan bir çox sirrlər vardır. Belə bir sonsuz varlığa şükürlər olsun!

İlahiyyatçı, islamşünas:  Muhəmməd Nicat

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4406, 

Dostların veb səhifələri

15665810
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5938
8276
14214
15493342
140949
160067
15665810

sizin IP ünvanınız: 3.145.179.30
2024-12-23 20:02

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!