İlahi möcüzələr

Yaradanın bənzərsiz qüdrətinin nişanəsi – Dəvə

 

Yaradanın bənzərsiz qüdrətinin nişanəsi – Dəvə

 

أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ 

«Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?» («Ğaşiyə» surəsi, ayə 17)                                                                                               

Dəvə çətin çöl şəraitinə qatlanan və başqa heyvanlara nisbətdə güclüdür. Dəvənin kürəyində bir və ya iki hürgüc olur, bunlar yağ ehtiyatı, yəni enerji bazası sayılır. Belə ki bir hürgücdə saxlanılan yağın miqdarı 36 kq-a çatır. Ehtiyac yaranan zaman bu yağlar su və enerjiyə çevrilə bilir. Beləliklə də, dəvə 161 km-lik məsafəni su içmədən rahat və canlı qalaraq davam etdirməyi bacarır. Eyni şəkildə dəvə gecə və gündüz vaxtlarında bədənindəki istilik dərəcəsini iqlimə görə müəyyənləşdirmə gücünə sahibdir. Bu səbəbdən də dəvənin tərləməsi olduqca nadir və az baş verir.

Bu halda dəvənin bədəninin suyu, istiliyi 49 dərəcəyə çatan yüksək çöl hərarətinə baxmayaraq, onu qoruyur. Bütün bunlar uca Yaradanın sonsuz güc və bənzərsiz qüdrətinin nişanəsidir. Dəvənin bu özəl xüsusiyyətləri bizləri yuxarıda qeyd olunan şərif ayə haqqında düşünməyə dəvət edir.

Alimlər dəvənin burunla nəfəs alması ilə bağlı belə bir fikir irəli sürmüşlər ki,  o, tənəffüs zamanı havadakı suyun buxarlanmasını özündə qoruyub saxlaya bilir. Beləliklə dəvə, həm bədəninin ehtiyac hiss etdiyi vəziyyətdə maye qəbul edə bilir və həm də su itkisinin qarşısını alır. Həmçinin dəvənin böyrək və bağırsaqları da su saxlama funksiyasını yüksək səviyyədə yerinə yetirir.

Dəvənin qalın bir dərisi vardır. Bu dəri isti günəşin hərarətli şüaları altında qızmasına baxmayaraq onu isti, yandırıcı çöl qumlarından mühafizə edir. Dəvənin uzun ayaqları da onun vücudunu isti qumlardan uzaqlaşdırır. Dəvə ehtiyac hiss etdiyi vaxt hədsiz dərəcədə su içməyə qadirdir. Hətta 13 dəqiqə ərzində 135 litr su içə bilir.

Dəvənin sərt, qalın dodaqları və möhkəm bir ağzı vardır. Bunun sayəsində çöldəki tikanlı və quru otları yeyir. Dəvə böyük, sərt və enli ayaqları ilə xüsusi gəzmək bacarığına malikdir. Onun ayaq quruluşuna nəzər yetirdikdə uca Yaradanın daha bir möcüzəsinin şahidi oluruq. Belə ki, pəncəsinin orta hissəsi nazik və yumşaq dəridən ibarətdir. Amma kənarları isə nisbətən qalın və bərkdir. Dəvə yeriyərkən pəncənin orta hissəsi yığılır və bədəninin ağırlığı kənar hissələrə düşür.

Dəvə öz çəkisi və üzərində yüklənən ağırlığa baxmayaraq qumlara batmır. Dəvə sıx qaşlara, hər gözdə olan iki kipriyə, qulaqlarda olan uzun saçlara, mohkəm bağlana bilən buruna sahibdir. Bunların sayəsində dəvə çöl qumlarından gələ biləcək hər cür əziyyətə tab gətirir. Gözdə olan kipriklərdən biri adi vəziyyətdə açılıb-bağlanır, lakin ikinci kiprik sərt qum fırtınasında bağlanaraq gözləri yarana biləcək fəsadlardan qoruyur.

 

İslami rəvayətlərdə dəvə

 

Peyğəmbər (s) buyurub: «Dəvəçilik izzət, şərəf qaynağıdır» («Əl-Cami əs-səğir», c.1, səh.471).

Peyğəmbər (s) buyurub: «Dəvə əti yeyin, onu ancaq mömin olanlar yeyər».

İmam Səccad (ə) öz dəvəsi ilə dəfələrlə həccə getmiş və heç vaxt onu qamçılamamışdır («Əl-Fəqih», c.2, səh.293).

İmam Sadiqin (ə) yanından uzun bir dəvə karvanı keçirdi. Dəvələrdən birinin yükü əyilmişdi və heyvan əziyyət çəkirdi. İmam sarivana buyurdu: «Dəvənin yükünü düzəlt, çünki Allah ədalət və bərabərliyi sevir» («Əl-Fəqih», c.2, səh.293).

Həkəm ibn Harisin dəvəsi yerindən qalxmırdı və o, dəvəni vurdu. Peyğəmbər (s) dəvəni vurmağı ona qadağan etdi («Ust-əl-ğabə», c.1, səh.336).

 

İlahiyyatçı,islamşünas, Lalə Zəhrayi


 4536, 

Dostların veb səhifələri

15665826
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5954
8276
14230
15493342
140965
160067
15665826

sizin IP ünvanınız: 18.222.67.8
2024-12-23 20:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!