İlahi möcüzələr

Dağlar Yer kürəsinin dirəyidir

                                                                                                           Dağlar Yer kürəsinin dirəyidir

  20-ci əsrin alimləri və geoloqları “Yer təbəqəsinin quruluşu” adlı kitabda yer kürəsi ilə bağlı bir çox nəzərlər qeyd edib demişlər ki, bizim planetimizin üst səthi daima dəyişikliyə məruz qalır və bu dəyişiklik yer qatını cürbəcür formaya salır. Ilk dəfə bu fikri praktiki nəzər olaraq 1915-ci ildə təsdiqləmişlər. Alman geoloqu Albert Vaqenar özünün “Materiklərin və okeanların mənşəyi” adlı kitabında möhkəm dəlillər əsasında qitələrin və okeanların halının dəyişkənliyini izah etmişdir. O, demişdir ki, qitələrin hissələrə bölünməsinin səbəbi elə həmin yerin dəyişilməsindədir. Vaqenar bu hadisənin əslini okean sularının dövraşırı çəkilməsində bilmiş və nəticədə uzun müddətdən sonra qitələrin bu səbəbdən hissələrə bölünməsini vurğulamışdır.

 Quranda dağlara işarə

Dağlarla bağlı elmi məlumatların əsası Qurani-kərimdən qaynaqlanır. Beləki bəzi ayələrdə onların yer kürəsindəki əhəmiyyəti öz təsdiqini tapır.

Bütün dağlar kökündən bir-birinə bağlıdırlar. Həmçinin yer kürəsini zərih formasında əhatə etmişlər və bu da yeri güclü titrəyiş zamanı yerin dərinliklərindən çıxan qazdan saxlayır. Dağların yer kürəsində əsas rolu belə hadisələrdə yerin dağılmasının qarşısını almasındadır. Bundan başqa Ayın cazibəsinin Yerə təsirini azaldır. Güclü külək, tufan və qasırğa zamanı nisbətən təhlükənin qarşısını alır, çünki dağlar olmasa bütün bu təbii hadisələr əsl fəlakətə çevrilər və yer üzündə nə varsa hamısını dağıdar. Əsasən dağlıq olan yerlərdə zəlzələnin ehtimalı çox azdır. Çünki zəlzələ zamanı yerin layları titrəyir və dərinliklərdə olan qaz və s. maddələr təzyiqlə çölə sıçrayır ki, bu da çox təhlükəlidir. Amma dağlar yerin dərinliklərində kök saldığı üçün həm layları bir-birinə sıxlaşdırır və həm də qazın təzyiqini azaldır.

   Qurani- Kərimdə bu hadisə öz əksini tapır.

وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ

        “(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı”.  Nəhl-15

وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ

“Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik”. Ənbiya-31

خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ

Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik. Loğman-10

                وَالْجِبَالَ أَوْتَادًا

Dağları da dirək?! Nəbə-7                                                                                   

   Ayələrdə açiq-aşkar buyrulur ki, dağlar yer səthində mismar kimidirlər.

 Dağların hərəkəti

ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا

Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq). Əbəsə-26

   Allah-taala 1400 il bundan əvvəl Quranda dağların hərəkətini bildirmişdir.

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوا يُفْسِدُونَ

Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq! Nəml-88                                                                                

   Bütün bunlar Yaradanın kamil bənzərsiz elminin nişanəsidir.

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُوا يُفْسِدُونَ

Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq! Hicr-19

    Nəbə surəsinin 7-ci ayəsi Nəhl surəsinin 15-ci ayəsində təkrarən buyurulur:  “Məgər biz dağları da dirək etmədikmi?”                                                                                “Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar yaratdı”.

   Bəzi yazıçılar bu ayələrə əsaslanaraq Quranın Yer öz oxu ətrafında fırlanmasından xəbər verdiyini qeyd etmişdilər. İlk ayə haqqında yazırlar: “Bildiyimiz kimi mismar bir şeyin hərəkəti zamanı dağılmasından, uçmasından ehtiyat edilən zaman vurulur”.

   Onlar C. Qamovun “Dağların əsas hissəsi Yer səthinin altındadır” fikrini qeyd edərək yazırlar: “Maraqlıdır Quran on dörd əsr öncə bu böyük sirrin üstünü açmışdır. Allahın dağları Yerin mismarı olaraq yaratmasının səbəbi budur ki, Yer hərəkəti zamanı müvazinətini itirməsin, parçalanmasın”.

   İkinci ayə haqqında isə yazırlar :” Ehtimal olunur ki, yuxarıdakı ayə (Nəhl-15) Yerin öz oxu ətrafında fırlanması ilə bağlıdır”. Şəhristani yazır: “Quranda dağların Yerin mismarı adlandırması Yer sükunətdə olmasına işarə deyil. Keçmiş alimlərin nəzəriyyəsinin əksinə olaraq Yerin hərəkər etdiyini bildirir”. Yerin hərəkətlərindən biri materik hərəkəti və ya Yer kürəsinin bərk xarici qatı (Yer qabığı) ilə bağlıdır. Hansı ki, bu hərəkət bəzən zəlzələ və seysmik dağların meydana gəlməsi ilə nəticələnir. Məlum ayə Yerin dağların köməyi ilə müvazinətini qorumasına işarədir. Burada Yer qabığının hərəkətinə də işarə ola bilər. Lakin yuxarıdakı ayələr Yerin öz oxu ətrafında və ya orbit boyu hərəkətinə aid ola bilməz. Çünki Qurana görə dağlar özü də hərəkət edir. Deməli, alimlərin ayəni Yerin öz oxu ətrafında fırlanması ilə əlaqələndirmələrinin doğru olduğu nəzərə çarpmır.

 Şəhristani. “İslam və astronomiya” səh.61-64 Nəml-88

   İlahiyyatçı, Sara Zahidqızı.

 

                                                                                   MÜƏLLİFLİ HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 4728, 

Dostların veb səhifələri

15663076
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3204
8276
11480
15493342
138215
160067
15663076

sizin IP ünvanınız: 18.226.187.232
2024-12-23 11:36

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!