İtaətin Nurunda

Camaat namazı

Camaat namazı

 

وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ

“Namaza qalxın və zəkat verin və rüku edənlərlə (birlikdə) rüku edin”. ("Bəqara" surəsi, ayə - 43)

 

Bu ayə zahirdə sadə görünsə də, dərinliyinə varsaq, nə qədər dolğun mənalı olduğunu görərik. “Namaza qalxın” dedikdə, Allahla insanın ünsiyyəti, “rüku edənlərlə rüku edin” dedikdə, cəmiyyətin vəhdət şəklində əl-ələ verib çiyin-çiyinə Allah yolunda çalışmaları nəzərdə tutulmuşdur. Ayədə İslamın təkliyi sevməyən ictimai bir din olduğu da aydınlaşır. Əksər vaxtlarda namazla zəkatın bir yerdə işlənməsi də məhz bundan irəli gəlir. Yəni, bu, yalnız fərdi ibadətə qapılaraq cəmiyyəti unutmamaq mənasındadır. Öz gündəlik namazlarımızı necə düşünürüksə, cəmiyyətin də vəziyyətini düşünüb zəkatımızı əskiltməməliyik. Camaat namazına qoşulub rüku edənlərlə rüku etməliyik.

Bunu da qeyd etməliyik ki, ayədə cinsindən asılı olmayaraq həm kişi, həm də qadın nəzərdə tutulub. Bunu aşağıdakı ayədə də görə bilərik:

 

يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ

“Ey Məryəm! Öz Rəbbinə təvazökarlıq və səcdə et və rükü edənlərlə rüku et”. ("Ali-İmran" surəsi, ayə - 43)    

Bu ayə İslamın vəhdəti sayılan camaat namazında qadınların da əvəzsiz roluna işarədir. Bundan əlavə, zikr olunan ayə kollektiv ibadətlərin nəinki İslamda, hətta ondan əvvəlki İlahi dinlərdə də mövcud olduğunu bildirir.

Beləliklə, ayənin müxtəsər təfsirindən sonra Peyğəmbərimizin (s) buyurduqlarına da nəzər salaq:

“Gündəlik beş namazını camaatla qılan hər bir kəsə Allah-təala beş şeyi iltifat edər:

1.   Yaşayışındakı sıxıntıları aradan qaldırar;

2.   Qəbrinin darlığını aradan aparar;

3.   Qiyamət günü əməl dəftəri sağ əlinə verilər;

4.   Sirat körpüsündən ildırım sürətilə keçər;

5.   Hesabsız behiştə daxil olar”.

 

“Cəbrail məni camaat namazına o qədər təkid etmişdir ki, camaatsız qılınan namazın səhih olmadığını güman etdim”.

“Cəbrail yeddi əməli yerinə yetirmək üçün Adəm övladı olmaq arzusunda idi. Bunlardan biri camaatla birlikdə qılınan namazdır”.

“Camaatla qılınan bir namaz tənhalıqda qılınan iyirmi beş namazdan daha üstündür”.

“Allah-təala üç dəstə insanlardan razıdır:

  1. Gecə namazı qılanlardan;
  2. Camaat namazını təşkil edənlərdən;
  3. Allah yolunda düşmənlə döyüşənlərdən”.

 

Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gələrək dedi:

– Ey Allah Rəsulu! Mənim gözlərim kordur. Məsciddən səslənən azan səsini eşitsəm də, camaat namazına qoşulmaq üçün məni məscidə gətirən yoxdur.

Peyğəmbər (s) buyurdu:

– Öz evindən məscidə qədər bir ip bağla. Bu ipdən tutaraq özünü camaat namazına çatdır.

Camaat namazının fəlsəfəsi

 

Bir gün Şeyx Rəis Əbu Əli Sina Əbu Səidə belə bir məktub yazır: “Allah insana şah damarından daha yaxındır. Onunla rabitə quran hər bir kəs nəticəsini görəcəkdir. Belə olan halda məsciddə camaatın bir yerə toplaşmasına nə ehtiyac vardır?”

Əbu Səid məktubun cavabında yazır: “Təsəvvür et ki, bütün çıraqları bir otaqda və yaxud hərəsini ayrı-ayrı bağlı otaqlarda yandırıblar. Birinci vəziyyətdə əgər çıraqlardan biri sönərsə, otaq qaranlıq olmaz. İkinci vəziyyətdə isə bir çırağın sönməsi ilə otaq zülmətə bürünər”.

İnsanlar da belədir. Bəzi günahkar adamlar tənhalıqda İlahi feyzin dərkinə nail ola bilmirlər. Ancaq cəmiyyətdə olsalar, bəzi saleh bəndələrin bərəkətinə görə Allah Öz lütfünü onlardan əsirgəməz.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4834, 

Dostların veb səhifələri

15657827
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6231
7422
53374
15456216
132966
160067
15657827

sizin IP ünvanınız: 18.119.253.198
2024-12-22 18:38

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!