İtaətin Nurunda

Dəstəmazın sirləri

Dəstəmazın sirləri

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

        Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.  ("Maidə" surəsi, ayə 6)

Peyğəmbəri-Əkrəm buyurmuşdur:  “Hər kəs dəstəmaz alsa və Allahın adını dilinə gətirsə onun bütün bədəni təmiz olar. Dəstəmaz üstündən dəstəmaz almaq iki dəstəmaz arasındakı günahların kəffarəsidir. Hər kəs dəstəmaz halında Allahın adını dilinə gətirməsə onun yalnız dəstəmaz üzvləri təmiz olar”.

 

Allahın yad olunması ilə bütün bədənin pak olmasının sirri Allahın zikri ilə insanın qəlbinin diqqətli (xəbərdar) olması və onu Allahı yad etməkdən uzaqlaşdıran qəflətdən təmizlənməsidir. Bir insanın bədəninin mərkəz hissəsi hesab edilən qəlbi pak olanda, bütün əzaları pak olur.

Şəhid Sani buyurmuşdur ki, təmizlik baxımından insanın zahiri üzvləri başqalarının diqqət mərkəzində və dünyəvi işlərlə təmasda olduğundan gərək onları yuyub təmizləsin. Bu zahiri üzvləri ilə bərabər qəlbi də Allah-təalanın diqqət mərkəzində olduğundan qəlbini də təmizləməsi lazımdır. Çünki Allah-təala bizim zahiri surətimizə diqqət etmir, onun diqqəti bizim qəlbimizədir və qəlb bu əzaların rəhbəridir. Bütün bu qeyd olunanlar açıqca bizi qəlbi paklamağa yönəldir. Bir anlıq da olsa dünya işlərindən uzaqlaşaraq Axirət haqqında düşünsün. Ona görə də bizə üz və əli yuyub, başa və ayağa məsh çəkmək göstərişi verilib.

Üzü yumaq göstərişi ona görə verilib ki, Allaha bu surət vasitəsilə batini surətlə üz tutursan. Dünyaya bağlılığa təhrik edən əksər zahiri hisslər üz sahəsindədir. Onu yumaq göstərişi verilib ki, insan kəsafətdən təmizlənmiş surətlə Allaha üz tutub bu vasitə ilə müəyyən bir mərtəbəyə yüksəlsin və batini surətini də təmizləsin (paklasın). Sonra əlləri yumaq göstərişi verilmişdir. Çünki insan əksər dünya işləri ilə təması əl vasitəsi ilə yerinə yetirir.

Sonra isə başa məsh çəkmək göstərişi verilib. Çünki insanda dünya işlərinə doğru hərəkət məqsədini yaradır. Düşüncə qüvvəsi başda yerləşir və elə həmin məqsədlər insana istiqamət verir, insanı dünyaya tərəf qovur, axirətə diqqətdən xəbərsiz edir.

Sonda ayaqlara məsh çəkmək göstərişi verilib. Çünki insan ayaqlar vasitəsilə öz məqsədlərinə və dünyəvi tələblərinə yetişir. Onların vasitəsilə dünyəvi istəklərinə tərəf hərəkət edir.

Ona görə də səadətə qovuşmaq üçün bu əzaların da ibadətdə iştirak etməsi bəyənilir.

 

“Şəriət çırağı” kitabında İmam Sadiqdən (ə) rəvayət olunmuşdur: “Təharət və dəstəmaz məqsədilə suya doğru elə hərəkət et ki, sanki Allahın rəhmətinə tərəf gedirsən. Çünki Allah suyu öz munacat və yaxınlığının açarı və Onun xidmətinə hazırlığın bələdçisi qərar vermişdir. Onun rəhməti bəndələrin günahını yuduğu kimi sudan başqa heç bir şey zahiri nəcasətləri təmizləmir”.

Daha sonra belə davam edir: Allah-təala Qurani-kərimdə belə buyurur:

وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا 

“Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində) pak və pak edən bir su nazil etdik” (“Furqan” surəsi, ayə 48).

Deməli, uca Yaradan su ilə hər bir neməti vücuda gətirdiyi kimi Öz fəzl və rəhməti ilə qəlblərə itaət və bəndəçilikdə həyat bəxş etmişdir.

Elə isə təmizlik, şəfqət, paklıq və bərəkətdə suya nəzər sal, gör hər şeylə necə qarışdırılmışdır və hər bir şeydə mövcuddur. Onu Allahın göstəriş verdiyi əzalarında işlət, Onun vacib və müstəhəblərini yerinə yetir. Bu işlərin hər birində çoxlu faydalar gizlənmişdir. Əgər onları bəyənilən şəkildə yerinə yetirsən Onun fayda çeşmələri sənə tərəf axacaq. Sonra su bir çox əşyayla rahatlıqla qarışdığı kimi Sən də Allahın xəlq etdikləri ilə ünsiyyət qur, əlaqə yarat. Hər bir şeydə Ona yaraşan tərzdə təmas et.

Gərək bütün ibadətlərdə sənin Allahla olan səmimiyyətin su kimi olsun. Allah suyu səmadan endirəndə onu pakedici adlandırdı.

Fəzl ibn Şazan öz kitabında həzrət Rzadan (ə) nəql edir: “Dəstəmaza göstəriş verilməsinin səbəbi budur ki, bir bəndə Allahla munacat üçün ayağa qalxanda Onun müqabilində pak, təmiz, göstərişlərinə müti, kəsafət və nəcasətdən pak olmuş olur. Bundan əlavə süstlük və yorğunluğu dəf edəndən sonra ürəyi də Allahın müqabilində dayanmaq üçün təmizləyir. Ona görə bu əzaların yuyulması tələb olunur ki, ibadət zamanı Allahın müqabilində dayananda yalnız dəstəmaz üzvlərini işlədir. Üzvlərinin vasitəsilə səcdə və xuzunu, əllərin vasitəsilə istəklər, qorxu, sevgi və dünyadan qopduğunu izhar edir (göstərir), baş vasitəsilə səcdə və rükuda Allaha üz tutur, ayaqlarla isə oturub durur”.

 

Müəllifli Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5167, 

Dostların veb səhifələri

15657948
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6352
7422
53495
15456216
133087
160067
15657948

sizin IP ünvanınız: 18.119.253.198
2024-12-22 18:53

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!