İtaətin Nurunda

Oruc – ilahi eşq, sədaqət və ixlas sınağı

Oruc – ilahi eşq, sədaqət və ixlas sınağı

 

Əziz oxucular, böyük arif və əxlaq ustadı Ayətullah Mirzə Cavad Məliki Təbrizinin “Əl-muraqibat” əsərindən oruc ibadəti ilə bağlı bəzi maraqlı məsələləri xülasə ilə sizin nəzərinizə çatdırırıq: 

     Adi adamlar orucu və həmçinin hər bir ibadəti yalnız bir vəzifə bilir və zəhmətlə yerinə yetirirlər. Halbuki arif insanlar onu ilahi bir lütf bilib vacib olunmasını bəndələr üçün Allah tərəfindən böyük bir nemət kimi qəbul edirlər. Belə ki, onu sevinc və xoşhallıqla qarşılayırlar, vəzifə kimi qəbul etmirlər.

     Bundan daha da üstünü Allahın xitabından ləzzət alıb şad olurlar.  “Ey iman gətirənlər! Oruc sizin üçün yazılmışdır” ayəsi barəsində İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Xitabın ləzzəti əməlin çətinliyini aradan apamışdır”. Allaha və onun haqqına arif olan bəndə belə olmalıdır. Bəndə Allahı tanıdıqda Onu sevir, belə olduqda Allah  da onu sevir. Bu tərtiblə onun Allahla oln bütün müamiləsi məhbubun məhbub ilə olan müamiləsinə çevrilir. Elə bir məhbub tanıyırsan ki, məhbuba xidmət onun üçün çətin olsun?

Xüsusilə, bu xidmət Onun tərəfindən bir lütf olmaqdan əlavə üns və kəramət məclisinə bir dəvət olduğu vaxt məhbub Onun bütün istəklərini yerinə yetirməklə məhəbbətini əldə etməyə çalışır, ondan istənilməsə belə bütün qüvvəsini bu yolda sərf etməyi səadət bilir. Beləcə Allahın razı olduğu işləri yerinə yetirmək onun üçün sevimli işə və istəyə çevrilir. İlahi göstərişləri tam şövqlə və minnətdarlıq hissi ilə yerinə yetirir. Niyyətində Allahın razılığından başqa bir şey olmur və onu heç bir savab, Cənnət və Allah nemətlərini əldə etmək niyyəti ilə qarışdırmır, o ki olsun riya, şöhrət və Allahdan başqasının razılığını qazanmaq niyyəti ilə. 

Ey aqil, tutduğun oruc haqqında düşün. Əgər saf niyyət ilə tutsan oruc tutanların və müxlislərin bütün ali dərəcələrinə nail olar, mələklər xidmətində durarlar. Hətta Allah qeylulə yuxunda sənə su içirib yemək yedirər.  

Lakin riya və şöhrət əldə etmək üçün oruc tutsan xar və zəlil olub şeytana ibadət edənlərdən hesab olunar, dörd adla çağırılarsan: Ey hiyləgər! Ey facir! Ey yalançı! Ey riyakar! Və eləcə atəşə layiq olarsan. Aqibətlərin bu müxtəlifliyi niyyətlərin müxtəlif olması üzündəndir.

Əgər qəlb və niyyət məsələsi bu qədər əhəmiyyətli olmasaydı Allah-təala Quranda “Şəms” surəsində nəfsini təzkiyə etmiş şəxsin bədbəxt olacağına on bir dəfə and içməzdi. Bu cəhətdən insan var-qüvvəsi ilə çalışmalıdır ki, ixlasda sidq dərəcəsinə çatmaq üçün niyyətini saflaşdırsın.

“İqbal” kitabında xalis orucun xüsusiyyətləri və onu riya ilə tutulan orucdan ayırmağın meyarları bəyan olunmuşdur ki, burada onları qısaca olaraq qeyd etmək yerinə düşərdi:

  • Müstəhəb oruc tutmuş bir şəxs bir qrup oruc tutanların yanında orucunu sındırmaqdan utanırsa, onun orucu şübhəlidir. Çünki bu oruc insanların qəlblərinə yaxın olmaq üçündür.
  • Əgər Allahdan başqasının sənin orucundan xəbərdar olmasını istəyirsənsə, məsələn: güman edirsən ki, bir şəxs sənin oruc tutduğunu bilsə sənə dünyəvi xeyiri dəyəcək, sənə olan hörmət, tərif və simpatiyası çoxalacaq. Hətta başqalarının bilməsinə olan meyl oruca olan rəğbətə təsir etməyəcək dərəcədə olsa belə, əgər camaatın sənin oruc tutmağından agah olması xoşuna gəlirsə, orucun naqis, özün isə alçaq bir bəndə olacaqsan.
  • Əgər çoxlu oruc tutanlarla birlikdə oruc tutduqda sevincli, tək oruc tutduqda isə süst olursansa, deməli oruc tutanların çoxluğu sənin niyyətinə və əməlinə təsir edir və bu təsirin ölçüsü qədər ixlas da qaralır və oruc da naqis olur.
  • Orucdan məqsədin savab əldə etmək üçündür və ya Allah istədiyi üçün? Əgər savab üçündürsə bil ki, bu əməlinlə deyirsən ki, Allah Ona itaət etmək üçün oruc tutmağıma və böyüklüyümə görə ibadət olunmağa layiq deyil. Əgər rüşvəti olmasaydı Ona ibadət etməz, yaxşılıqların haqqına riayət etməz, uca məqamların ehtiramını qorumazdım.
  • Əgər iftarın rəngarəng olması, yeməklərin çoxluğu və ləzzəti oruc tutmaqda şövqünü artırsa, deməli şövqün çoxluğu qədər oruc əvvəldən axıradək Allahdan başqası üçün olub.

 

Qeyd olunan afətlərin dərəcələrinə gəlincə onlardan bəzisi orucun batil olmasına, bəzisi isə yalnız orucun ali dərəcəyə çatmasına mane olur.

Bəli, ariflər əməllərinin çoxunu tamah və ya qorxu üzündən deyil, əksinə Pərvərdigarın nuru, əzəməti və böyüklüyünə görə yerinə yetirir, Onun üçün təvazökarlıq edir və Ona ibadət edirlər.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5337, 

Dostların veb səhifələri

15657667
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6071
7422
53214
15456216
132806
160067
15657667

sizin IP ünvanınız: 18.225.56.181
2024-12-22 18:23

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!