İtaətin Nurunda

Ramazan süfrəsində ailə ilə birlikdə olaq

 

Ramazan süfrəsində ailə ilə birlikdə olaq

 

Ramazan ayına diqqət etsək, həcc əməli kimi müsəlmanların bərabərliyini təzahür edir. Həcc əməli daha çox imkanlı müsəlmanların bərabərliyini göstərirsə, Ramazan ayı isə bütün müsəlmanların maddi vəziyyətindən, yaşından, cinsindən və s.dən asılı olmayaraq, hər kəsi əhatə edən ibadət növüdür.

Bu ayda Allah-taala yaratdığı ən ali məxluqa daha böyük fürsətlər verir və ağıllı insan da Allahın rəhmətindən bolluca istifadə edə bilər. Beləliklə, birlikdə tutulan oruc həm rahat, həm də daha çox savab qazandırır. Allahın rəhmətinin ən çox cilvələndiyi məqamlardan biri də ailə münasibətlərində olan səmimiyyətdir. Oruc tutmaq ibadətində ailənin cəm olduğu iki vaxt daha çox gözə çarpır. Bu da imsak və iftar zamanıdır ki, bütün ailə birləşir. Yəni ailə üzvlərinin həm oruc tutmalarına görə, həm də bir süfrə arxasında yığışmaqlarına görə rəhmət üzərinə rəhmət yağır. Bu mövzu ilə bağlı məsumlarımızın da nəzərləri və kəlamları diqqəti cəlb edir.

İmam Sadiq (ə) «Nəhl» surəsinin 71-ci ayəsinin təfsirində buyurur: «İnsanın bir yeməyi özünə ayırması və onu ailəsi ilə bölüşməməsi yaxşı deyil» («Təfsiri əl-Qummi», c.1, səh.387).

Peyğəmbər (s)  bu haqda buyurur:

«Sizə beş şey deyim, onlar kimdə varsa, təşəxxüslü (təkəbbürlü) deyil. Çobanlıq və qoyun saxlamaq,

yun paltar geyinmək,

yoxsullarla ünsiyyətdə olmaq,

ulağa minmək,  

ailə ilə birlikdə yemək yemək» («Müstədrək əl-Vəsail», c.3, səh.254-255).

 

«Ailəsinə qayğı göstərməyən Allahın rəhmətindən uzaqdır».

«Allahın dərgahında ən sevimli xörək odur ki, ona uzanan əllər çox olsun. Birgə yemək yeyin, dağılışmayın. Çünki xeyir-bərəkət birlikdədir» («Tibb ən-Nəbi», c.19, səh.21).

«Sizin ən pisləriniz tək yemək yeyənlərdir» («Əl-Kafi», c.2, səh.292).

Ümumiyyətlə birlik İslam dininin əsas prinsiplərindən biridir və hər bir özünə müsəlman deyən şəxsin bu prinsiplərə inanib, əməl etmək borcudur. İslam dini xeyirxah və hər kəsi düşünən dindir ona görə də bu dində insanların qəlbi aramlıq tapır. 

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

Müəllifli Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 


 4765, 

Dostların veb səhifələri

15657915
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6319
7422
53462
15456216
133054
160067
15657915

sizin IP ünvanınız: 3.12.163.120
2024-12-22 18:51

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!