Kitabşünaslıq

«Mən lə yəhdurul-fəqih»

«Mən lə yəhdurul-fəqih»

 

Şeyx Səduq bu kitabda səhih hesab etdiyi Əhli-beytdən (ə) olan fiqhi rəvayətləri toplamışdır. Bu əsər şiələrin ən mötəbər dörd hədis mənbəsi olan «Kutubu-ərbəə»dən biridir. Yazıldığı gündən alimlərin diqqət mərkəzində olan bu əsərə kiçik və böyük hədis məcmuələri istinad etmiş və ondan rəvayət nəql etmişlər.

«Kutubu-ərbəə»dən biri olması baxımından hər bir müctəhidin şəri hökmlərin istinbatı üçün ona müraciət etməsi labüddür.

Şeyx Səduq bu kitabı Bəlx diyarından olan möhtərəm bir seyyidin istəyi ilə yazmışdır. Belə ki, həmin seyyid ondan istəmişdir ki, Muhəmməd ibn Zəkəriyya Razinin «Mən lə yəhdurut-tabib» kitabına bənzər fiqhlə bağlı bir kitab yazsın.

Şeyx bu istəyi qəbul etmiş və qeyd etmişdir ki, bu kitabda səhih və mötəbər rəvayətlər toplanacaq.

Şeyx Səduq bu kitabda yalnız İmamlardan (ə) rəvayət edən ilk ravinin adını qeyd edir. Rəvayətlərin sənədini isə kitabın sonunda verir ki, bu da kitaba müraciət edənin işini asanlaşdırır.

İlk əsərlərdə şiə fəqihləri, İmamların (ə) rəvayət və hədislərini nəql etməklə kifayətlənir, məsum İmamların (ə) sözlərinin kənarında şəxsi fikir və görüşləri qeyd etməyi özlərinə icazə vermirdilər. Belə ki, İmamın (ə) sözlərinin vəhy və Peyğəmbərin (s) təlimi ilə sadir olduğuna inanırdılar. Hətta hədislə bağlı olmayan bir kitab yazmaq istədikdə belə çalışırdılar ki, hədislərdə işlənən sözlərdən istifadə etsinlər. Şeyx Səduq da bu mərhələnin sonuncu alimlərindən hesab olunur. Onun bütün əsərləri ya hədis kitablarıdır, ya da hədislərin sözlərindən iqtibaslardır. Belə ki, hətta bəzi şiə alimləri deyirlər ki, bir məsələ barəsində rəvayətə rast gəlmədikdə Şeyx Səduqun sözlərinə istinad edə bilərik. Çünki rəvayətlərin sözlərindən istifadə etməkdə çox dəqiq olub buna daim riayət edir.

 

İlahiyyatçı, Ülviyyə Ağayeva

İstifadə olunan mənbə: www.tahoor.com

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5156, 

Dostların veb səhifələri

15657459
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5863
7422
53006
15456216
132598
160067
15657459

sizin IP ünvanınız: 3.139.93.168
2024-12-22 18:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!