Müqəddəs Məkanlar

Müsəlmanların müqəddəs məkanı – Əqsa məscidi

 

Qurani-kərimin nəzərində məscidin əhəmiyyəti

Quranda məscidin əhəmiyyəti barədə bir neçə mətləblərə işarə olunur. Şübhəsiz ki, insanın xəlq olunması bihudə deyil və Qurani-kərim insan xilqətinin hədəfini onun mənəvi təkamülündə bilmişdir. Bu təkamülə çatmağın yolu isə «Bəndəlik» dir. Necə ki, Allah-taala Öz müqəddəs kitabında buyurur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!  (Zariyat surəsi, ayə 56) 

 

Digər tərəfdən də Mütəal Allah Quranda məscidi ibadət üçün mərkəz buyurur.

 

قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ ۖ وَأَقِيمُوا وُجُوهَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ

De: «Rəbbimədalətiəmretdi. Hərsəcdədə (namazvaxtı) üzünüzü (bütlərədeyil, Onatərəfvəyaqibləyə) tutun.(Allaha) diniyalnızOnaməxsusedərəkibadətedin.Sizi (yoxdan) yaratdığıkimi, yenəOnunhüzurunaqayıdacaqsınız! (Əraf surəsi, ayə-29)

Kəbə və bütün məscidlər Allahın evidir. Hər kim Allahın evində Onun adının çəkilməsinə maniəçilik törədsə, şübhəsiz ki, zalımlardandır.

 

وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

«Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!» (Bəqərə surəsi, ayə-114) 

Bu ayəyə əsasən, məscidləri qorumaq hər bir müsəlmanın boynunda haqqdır. Həmçinin, insan şəxsi evini səliqəli saxladığı kimi, vaxt edib məscidin də səliqə-sahmanına fikir verməlidir. Məscidləri abad edən şəxslər yalnız Allaha itaət edənlərdir.

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ

«Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!» (Tövbə surəsi, ayə-18)

Allahın Peyğəmbəri (s) məscidlərin necə abad olması barədə Əbuzərin sualının cavabında buyurmuşdur: «Məscidlərdə səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğun müddətdə boş və əhəmiyyətsiz işlərdən əl çək. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur».

İmam Sadiq (ə) buyurur: «Kim bir məscid tiksə, Allah-taala onun üçün Cənnətdə bir ev tikər».

«Müşriklər küfr etdikləri barədə öz-özlərinəşahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (atəşdəəbədi qalacaqlar!)» (Tövbə surəsi, ayə- 17)

Şərif ayələrdən məlumdur ki, məsciddə abadlıq işlərini Allahdan qorxanlar edə bilər, Ona şərik qoşanlar isə bu işdən uzaqdır (Məkarimul-əxlaq, c.2, səh.374, hədis2661; Əl-Kafi, c.2, səh.368, hədis1).

Quranda qeyd olunan bu iki məscidlə bağlı ayə peyğəmbərə (s) meracda olarkən gəlmişdir.

 

Müsəlmanların müqəddəs məkanı – Əqsa məscidi

Əqsa məscidi İslamda mühüm sayılan müsəlmanların üçüncü müqəddəs məkanıdır. Əqsa məscidinin adı «İsra» surəsinin 1-ci ayəsində gəlmişdir. Ayə Peyğəmbərə (s) meracda olduğu vaxt çatdırılmış və onun Məscidül-həramdan Məscidül-əqsaya seyri mənasındadır.

(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir. (Bəqərə surəsi, ayə-144)

Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri vəəcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri (s) bir gecəMəkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir! (İsra surəsi, ayə-1)

Peyğəmbər (s) Məkkədə düz on üç il üzü Beytül-müqəddəsə doğru namaz qılmışdı.  Bu ayələr Əqsa məscidinə dəlalət edir.

Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidül-əqsaya) birinci dəfə girdikləri kimi girmək vəələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik. (İsra surəsi, ayə-7)

Bu ayə 621-ci ildə, təxminən məscidin tikilməsindən 91 il əvvəl həmin adla Beytül-müqəddəsdə və ya Uraşlimdə nazil olmuşdur. Bu iki ad tarixdə bir-birilə əlaqəlidir. Çünki bu məscid Şərq hissədə müqəddəs şəhərdə (Uraşlimdə) yerləşir, 710-cu ildə isə tikilmişdir.

Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra əvvəlinci hicri ilinə qədər Beytül-müqəddəsə tərəf namaz qılırdılar. Peyğəmbərin (s) Mədinəyə hicrətindən çox keçməmişdi ki, yəhudilərin etiraz sədaları, dedi-qoduları baş qaldırır. Hicrətin 17-ci ayında müsəlmanların qibləsini Kəbə olacağı haqqında vəhy nazilolur.

Həmçinin diqqət etmək lazımdır ki, Quranda məscid kilsə və məbəd mənasında da işlənmişdir. Buna əsasən, bütün dünya müsəlmanları üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Əqsa məscidi fələstinlilərin mərkəzi idarəsi olan «Ramullah»dan təxminən 14 km. aralıqda yerləşir. Yəhudi sakinlərindən bəziləri Beytül-müqəddəsə (Uraşlimə) etiqad bəsləyirlər. Digərləri isə məbədə (heykələ) sitayiş edirlər. Həmin məbəd Allahın əmri ilə Süleyman (ə) peyğəmbərin tikdiyi məsciddir və onun barəsində ətraflı məlumat əldə etmək üçün «Kitabul müqəddəs»in «Qədim əsr» hissəsinə müraciət etmək olar. Yəhudilərin sitayiş etdikləri məbəd Beytül-müqəddəsin altında qərar tutur və onlar Əqsa məscidini dağıdıb yerinə həmin məbədi qoymağa çalışırlar. O cümlədən Maykl Denis Ruhn 21 avqust 1969-cu ildə məscidin cənub-şərq hissəsini yandırmışdı və məscidin tavanının 200 m2-i uçulmuşdur. Məscidin günbəzi isə 5 yerdən yanmışdır. Və bunun nəticəsində məscidin qədim əsərlərindən biri və xüsusi şöhrət qazanmış bir minbər tamamilə aradan getmişdir. Amma yeni axtarışlara uyğun olaraq böyük ehtimalla heykəlin hal-hazırda mövcud yeri məscidin binası ilə müvafiq deyil və fəzanın cənub-şərqində qərar tutmuşdur.

 

Əqsa məscidinin mövqeyi

Camaat güman edir ki, Əqsa məscidi həmin qayadır (Yəni qızıl günbəzli müqəddəs qaya). Həmçinin müsəlmanların çoxu güman edirlər ki, Qurani-kərimdə adı çəkilən Əqsa məscidi hal-hazırda Beytül-müqəddəsdə yerləşir. Çünki tarixin səhifələrində qeyd olunmuşdur ki, hazırkı Əqsa məscidinin Beytül-müqəddəsdəki yeri Quranın nazil olmasından daha öncə mövcuddur. Hazırkı Əqsa məscidinin bünövrəsi ikinci xəlifə Ömər Xəttabın dövründə olub və sonradan Mərvan ibn Həkəm onu təkmilləşdirmişdir. Əhli-şiənin kitablarından ələ gələn rəvayətlərə əsasən, Quranda qeyd olunan Əqsa məscidi nə Beytül-müqəddəs deyil, nə də ki yer üzərində yerləşir. Əksinə, onun əlaməti göy üzündədir (adi insanların dərkindən uzaqdır). Əlbəttə, şiə mənbələrində digər çoxlu rəvayətlərdə mövcuddur və Əqsa məscidinin həmin Beytül-müqəddəs bilmişlər. Çünki Peyğəmbərin (s) meracını Beytül-müqəddəsə nisbət vermişlər. Təbərsi «Məcməul-bəyan»da «İsra» surəsinin əvvəlinci ayəsini belə şərh edir: «Peyğəmbərin (s) israsının (gecə vaxtı seyr) başlanğıcı Məscidül-həram və sonu isə Məscidül-əqsadır, yəni Beytül-müqəddəsdir».

Əllamə Təbatəbai də «Təfsiri-mizan»da yazır: «İsra və peyğəmbərin meracı Məscidül-həramdan Məscidül-əqsaya tərəf olmuşdur və o həmin Beytul-müqəddəsdir (Beytül-müqəddəsdə yerləşir).Həmçinin, Süleyman peyğəmbərin (ə) abidəsidir ki, Allah onu Bəni-İsrail üçün müqəddəs qərargah təyin etmişdi». Və rəvayət olunur ki, Məscidül-əqsa dedikdə məqsəd elə həmin Beytül-müqəddəsdir.

 

Əqsa məscidinin müqəddəsliyi

Adətən deyilir, Əqsa məscidi müsəlmanlar üçün İslamda müqəddəs hesab olunan məkanlardandır. Bəzi əhli-sünnə rəvayətlərini buna misal kimi vurğulamaq olar. Onlar deyirlər ki, bu məscidMəkkə və Mədinədəki şərif hərəmlər, Məscidül-həram və Məscidün-nəbidən (Peyğəmbər məscidi) sonra üçüncü əzəmətli məsciddir. Həmçinin nəql olunur ki, Əqsa məscidiniAdəm (ə) tikmiş və inşasından qırx il sonra onun binasının altında Allahın göstərişi ilə «Beytullah» hərəminin bünövrəsini qoymuşdur.

Amma əhli-şiənin bəzi hədislərində Əqsa məscidi Kufə məscidindən sonra fəzilətli hesab olunur.Beləki «Vəsaiul-şiə»(Müstədrək) kitabının«Kufə məscidi və orada namaz qılmağın, Məscidül-əqsanı ziyarət etməyə olan nisbəti» adlı bölməsində bu mətləbin incəliyini görmək olar. İmam Cəfər Sadiqdən (ə) bir şəxsməscidlərin fəziləti barədə soruşduqda həzrət belə cavab verir: «Məscidül-həram və Məscidür-rasul». Həmin şəxs yenə sual etdi:«Canım sizə fəda olsun, bəs Məscidül-əqsa?»Həzrət (ə) yenidən buyurur: «O səmadadır və Allahın Rəsulu (s) ona tərəf seyr etmişdir. Kufə məscidi ondan daha fəzilətlidir».

Əlbəttə, məscidin fəziləti barədə digər əhli-şiə rəvayətləri də mövcuddur. Hətta bəziləri bu məscidi Peyğəmbər məscidindən üstün bilmişlər.İslam Peyğəmbəri (s) buyurur: «Mənim məscidimdə (Məscidün-nəbi) bir namaz qılmaq başqa məscidlərdə min namaz qılmaqdan daha yaxşıdır. Amma Məscidül-həram və Məscidül-əqsadan başqa».

İmam Muhəmməd Baqirdən (ə) bir hədis var ki, onu Əbu Həmzəyə xitab edərkən buyurmuşdur:«Üstün dəyər və fəzilətə sahib olan məscidlər deyildikdə dörd məscid nəzərdə tutulur:Məscidül-həram, Məscidün-nəbi, Beytül-müqəddəs və Kufə məscidi. Ey Əbu Həmzə, vacib namazları o məscidlərdə qılmaq həccə  və nafilə namazlarını qılmaq isə ümrəyə bərabərdir».

Əli İbn Əbutalib (ə) də bu dörd məscidi dünyanın behişt saraylarıkimi tanıtdırmışdır.

Tarixi sənədlərə əsasən Beytül-müqəddəs müsəlmanların ilk qibləsi olub, yəni həmin yerdir ki,Rəsullahın (ə) risalətinin ilkin mərhələsində üzü bu məscidə tərəf namaz qılınırdı.

İstifadə olunmuş mənbələr:

Təfsiri Şeyx Qummi c.2, s.244

Mustədrakul-vəsail c.3, s.409

Əl-mizan c.13, s.6

Mən la yəhzurul fəqih c.1, s.229

Əmali Tusi s.369

İlahiyyatçı, islamşünas: Sara Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 5958, 

Dostların veb səhifələri

15659858
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8262
7422
55405
15456216
134997
160067
15659858

sizin IP ünvanınız: 3.149.29.209
2024-12-22 23:57

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!