Məsləhətlər

Sadə yollarla kiçik problemlərin həlli

 

Sadə yollarla kiçik problemlərin həlli

Bağlama lenti (yapışqan)

 

Banderol evdə çox işlənən vasitələrdən biridir. Onun başı çox vaxt öz halqasına yapışır və tapmaq çətin olur. Bunun ən yaxşı yolu hər hansı bir şeyi, məsələn, kiçik bir düyməni onun başına qoymaqdır.

Bəzən də banderolun layları bir-birinə möhkəm yapışır. Onları ayırmaq üçün bir neçə saniyə onu buxara, məsələn, samavar buxarına tutun. O saat alt laydan ayrılacaq.

 

Xörəyiniz şor düşübsə

Kiminsə yeməyi şor düşdükdə “yoldaşın səni çox sevir” deyirlər. Amma o şor yeməyi hətta sizi çox sevən yoldaş belə yeməyə razılaşmaz. Çünki əksər kişilərin qəlbinə gedən yol mədəsindən keçir. Vaxt azlığında yemək şor düşübsə, kartof əlavə edin. Dərhal şorluğu aradan gedəcək. Həmçinin, bir qaşıq sirkə, yaxud bir qaşıq şəkər tozu da xörəyin şorluğuna yaxşı əlac ola bilər.

 

Qızılları parıldatmaq

Necə ki, dişlərinizi diş məcunu və fırça ilə parlaq edirsiniz, eləcə də qızıllarınızı bu vasitələr ilə parlada bilərsiniz. Yoxlayın.

 

Corab almaq

Ola bilsin ki, siz və yaxud ətrafınızdakılar elə şəxslərdir ki, şkaflarında bir yığım müxtəlif növ corablar yığışıb qalıb. Görəsən, nə üçün? Bunun səbəblərindən biri budur ki, corab aldığınız zaman bir cüt alırsınız və onun bir tayı bir yerə ilişərək cırıldıqda o biri tayı təzə olsa belə, istifadəsiz qalır.

Amma siz corab aldığınız zaman iki cüt eyni alsaydınız, uzun müddət onun taylarından bir-birinin yerinə istifadə edə bilərdiniz. Bu həm də iqtisadi cəhətdən ailə üçün sərf edir.

 

Saçların parıldaması

Saçlarınızı şampunla yuduqdan sonra saçlarınızı soyuq və ya sərin su ilə yuyun. Bu zaman saçlarınız parlaq olacaq. Lakin bunu yalnız isti havada etməyinizi tövsiyə edirik. Bundan əlavə, siz bir çay qaşığı sirkə və ya limon suyunu yarım litr suda həll edib saçlarınızı tamamilə yuduqdan sonra bu su ilə yaxalayın.

 

Ayağın iyi

Ayağın iyindən əziyyət çəkənlər 1 qr. limon cövhərini 100 qr. suda həll edin. Ayaqlarınızı həmin suda yuduqdan sonra qurudun. Üstüaçıq ayaqqabılar geyinin və hər gün corablarınızı dəyişin. Qədimdə ayaq iyini aradan aparmaq üçün ayağa xına qoyardılar.

Həmçinin, ayağı sirkə və duzlu su ilə yumağı da çox faydalı biliblər.

Bir qədər sodanı ayaqqabınızın içinə töksəniz, onun pis qoxusunu aradan aparar. Ayaqlarınızı da onun məhlulunda yuya bilərsiniz.

Bunu da bilmək lazımdır ki, tərləmək insan üçün faydalıdır. Tər dərini yumşaldır və onu cavan saxlayır. Tər bədənin zəhərini xaric edir. Həmçinin, tər dəri xəstəliklərinin qəti əlacıdır.

 

Yağ ləkəsi

Bəzən bir damcı yağ dərs kitabı, dəftər və mühüm sənədin üzərinə düşməklə problem yaradır. Belə hallarda dərhal uşaq pudrasını o ləkənin üzərinə tökün və sürtün ki, yağı özünə çəksin. Sonra köhnə bir diş fırçası ilə pudranı təmizləyin. Ləkə rahatlıqla təmizlənəcək.

 

Çatlamış qablar

Əgər fincan və ya hər hansı bir çini qab əlinizdən düşərək çatlayıbsa, onu südlə dolu olan qaba royun və 45 dəqiqə qaynadın. Bu zaman onun çartlağı aradan gedəcək.

 

Soğanın artığı

Əgər soğanı iki hissəyə bölüb bir hissəsini istifadə etdikdən sonra digər bir hissəsinə ehtiyacınız yoxdursa, qalan hissəyə bir yağ çəkin. Belə etsəniz, soğan həm təzə qalacaq, həm də mikrob götürməyəcək.

 

Yağ ləkələrini təmizləmək

Yağ ləkələrini təmizləmək üçün ləkənin üzərinə bir qədər duz və spirt töküb sürtün. Amma yağ ləkələri ipək parçanın üzərinə düşübsə, bir məişət kağızını o ləkənin üzərinə qoyub isti ütünü onun üstünə qoyaraq sıxın.

 

Stəkanlar iç-içə

Qonağınız gəldiyi zaman şkafdakı stəkanlardan istifadə etməli olursunuz. Bəzən isə elə olur ki, iki stəkan bir-birinin içində olmaqla yapışır. Bu zaman narahat olmayın. Altdakı stəkanı isti suya qoyun və üstdəkinin içini soyu su ilə doldurun.

 

Ütüsüz libasların qırışığını necə açmalı?

Səfərdə olduğunuz zaman paltarlarınızı çamadandan çıxartdıqda əgər qırışıbsa, onları hamama aparın. Hamamın milindən asaraq isti suyu duşdan açın və hamamın qapısını bağlayın. Bu halda buxar paltarın içinə nüfuz edəcək və qırışığı açılacaq.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4666, 

Dostların veb səhifələri

15664052
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4180
8276
12456
15493342
139191
160067
15664052

sizin IP ünvanınız: 18.188.114.150
2024-12-23 14:30

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!