Məsləhətlər

Dişlərimizin dostu olan 10 qida

 

Dişlərimizin dostu olan 10 qida

 

Diş – insan gözəlliyinin ən önəmli elementlərindən biridir. Dişlərimizə yaxşı və düzgün qulluq etməliyik. Əks halda, yaxşı qulluq edilməyən dişlərdə qısa zamanda kariyes və çürüklər əmələ gəlir ki, bu da onları itirməyimizlə nəticələnir. Təbii qidaları yeməklə həm sağlam dişlərə, həm də gözəl təbəssümə malik olmaq olar. Dişləri təbii yolla qorumaq üçün aşağıdakı qidaları qəbul etmək lazımdır:

  1. Kərəviz

Kərəviz dişlərimizi iki yolla qoruyur. Kərəviz çox çeynəməyi tələb edən bir qidadır. Bu isə daha çox tüpürcək yaranmasına səbəb olur. Yaranan tüpürcək isə dişdə çürüklərə səbəb olan bakteriyaları təsirsiz edir. Bundan əlavə, lifli və ya sərt quruluşda olan təbii qidalar diş və diş ətlərini masaj edir və diş aralarını təmizləyir.

  1. Pendir

Pendir dişləriniz üçün çox faydalıdır. Belə ki ilk olaraq ağzınızın PH balansını nizamlamağa kömək edir və dişi çürüməkdən qoruyur. Yeni çürüklərin yaranmasına səbəb olan şəkərli qidadan sonra bir dilim pendir qəbul edilməlidir. Çünki pendirin qəbul edilməsi şəkərin dişləri çürütmə təsirini aradan qaldırma baxımından son dərəcə əhəmiyyətli və effektlidir.

  1. Yaşıl çay

Yaşıl çaydakı katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına kömək edir və eyni zamanda xərçəngə qarşı effektiv və təsirli bir mübarizə vasitəsidir. Bu çay insanı ağız xərçənginə tutulmaqdan qoruyur. Həmçinin ağızda pis qoxuya səbəb olan bakteriyaları da məhv edir. 

  1. Kivi

İnsan orqanizmində C vitaminin çatışmamazlığı dişləri həssaslaşdırır və bakteriyalara qarşı daha dözümsüz edir. Belə bir halla qarşılaşmamaq üçün kifayət qədər C vitamini qəbul edilməlidir. Bunun üçün isə kivini seçə bilərsiniz. Çünki digər meyvələrlə müqayisədə C vitaminin ən bol mənbəyi kividir. 

  1. Qatıq

Kalsiumla zəngin olan qatığın dişlərə faydası olduqca çoxdur. Kalsium periodontal narahatlığı olan şəxslərdə diş köklərinin iltihablanmasını azaldır. Bundan əlavə, kalsium diş itkisinin qarşısını alan ən önəmli bir maddədir. Əgər diş sağlamlığınızı qorumaq istəyirsinizsə, kalsium anbarı olan qidaları qəbul edin.

  1. Cəfəri

Ağız qoxusuna səbəb olan qidaları qəbul etdikdən sonra cəfəri çeynəmək məsləhətdir. Çünki cəfərini çeynəməklə xoş bir ağız qoxusuna sahib olacaqsınız.

  1. Çiyələk

Çiyələk diş və diş ətlərinə faydalıdır. Həmçinin diş daşlarından qurtulmaq üçün təbii bir vasitədir. Çiyələyin tərkibindəki müxtəlif turşular diş daşlarını təbii yolla əridir və onların yaranmasının qarşısını alır.

  1. Çərəz və quru meyvələr

Çərəz və quru meyvələr dişləri bakteriyalardan qoruyan xüsusi təbəqə yaradan təbii yağlarla zəngindirlər. Bu yağlar diş minasını daha da möhkəmləndirir və çürüməyə qarşı daha dayanıqlı edir.

  1. Alma

Almanı qabığıyla yemək həm dişləri möhkəmləndirir, həm də dişləri təmizləyir. Belə ki alma və yerkökü kimi qidaları dişləyərək yemək məsləhətdir. 

  1. Balıq

Balığın tərkibindəki fosfor sümük və dişin möhkəmliyi üçün vacibdir. Belə ki balığın tərkibində dişləri sərtləşdirən və gücləndirən fosfor maddəsi vardır. Daha sağlam dişlərə sahib olmaq üçün həftədə bir dəfə balıq yeyilməlidir. 

www.tebyan.net-dən istifadə olunmuşdur.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5309, 

Dostların veb səhifələri

15664419
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4547
8276
12823
15493342
139558
160067
15664419

sizin IP ünvanınız: 3.147.52.243
2024-12-23 15:29

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!