Misralar

Bilməz

 

Bilməz

 

Eşqin dolanıb, qurdu bu qəlbimdə bir aləm,

Aləmlər içində ona bir tay ola bilməz.

Versə mənə gər təxti Süleymanını dünya,

Qəlbim nəzərin qəlbinə heç vaxt sala bilməz.

 

Gəl paralanan sinəmizin odunu söndür,

İllərdi susub yatmış o vicdanları dindir.

Nurun itirsən gözlər üçün şamını yandır,

Heç kim bu yanan qəlbimizə yar ola bilməz.

 

Yorğun cümələr bitdi-tükəndi ağa sənsiz,

Mehmanımız ol, qapımıza bir cümə səssiz.

Ətrini ala şiələrin ey gülü - nərgiz,

Ətrinlə gülüstanda sənə tay ola bilməz.

 

Yollar uzanır çatmayır əllər sənə sarı,

Hicrin vüsalın yandır ürəkdə gecə yarı.

Ey sahibi – eşq gəl yuxuma bir gecə barı,

Sənsiz nə ürək, dil də dodaqda gülə bilməz.

 

Ağlar gözümün yaşını sil öz kərəminlə,

Haqqın adını yerlərə yaz öz qələminlə.

Cuşa gəlibən meydana girsən ələminlə,

Qarşında sənin şimri, Yezidlər qala bilməz.

 

Məlahət Rəcəbova

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4913, 

Dostların veb səhifələri

15659664
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8068
7422
55211
15456216
134803
160067
15659664

sizin IP ünvanınız: 3.21.244.34
2024-12-22 23:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!