Munacatlar

Məsum imamların (ə) çətinliklərlə üzləşdiyi vaxt oxuduğu dua

 
(4 votes)

 

Məsum imamların (ə) çətinliklərlə üzləşdiyi vaxt oxuduğu dua

 

 

            Ey çətinliklərin düyününü açan ! Ey çıxılmaz hallarda yol açan! Ey sıxıntıdan asayişə çıxmaq üçün çağrılan (Allah)! Çətin işlər Sənin qüdrətinlə asanlaşır , səbəblər vəvasitələr Sənin lütfünlə yaranır ,qəza –qədər  (hadisələr) Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir. Bəs, yalnız Sənsən ki,bir işi qadağan etmədən və təkcə iradə etməyinlə hər bir şey  işdən üşür.

 

            Bütün çətinliklər də Səni köməyə çağırırlar və bütün giriftarçılıqlarda sənə pənah gətirirlər . Sən bəlanı uzaqlaşdırmasan heç bir bəla bizdən uzaqlaşmaz  və Sən, çətinlikləri həll etməsən heç bir çətinlik aradan qalxmaz.

 

            Ey Rəbbim olan Allah , mənə bir bəla üz veribdir ki, onun ağırlığı məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, onlara dözmək üçün ağırdır. Düçar olduğum bu bəla Sənin qüdrətin , qarşılaşdığım bu çətinlik Sənin təqdirin sayəsindədir.

 

            İlahi , Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra bilməz  və  Sənin nazil etdiyin bəlanı heşkim geri qaytara bilməz !  Düyünə saldığın bir işi heç kim aça bilməz və sənin açdığın düyünü  heç kim bağlaya bilməz!

 

Muhəmməd və Onun Əhli-Beytinə salavat göndər  və ey  Rəbbim , rəhmətinlə asayiş qapısını üzümə aç , qüdrətinlə həyatımdakı qəm-kədər sultanını sındır, lütfünlə məni gileyləndiklərimə nail et və dilədiklərimə icabət şirinliyi dadızdır. Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluşu mənə nəsib et və tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver. Məni vaciblərə riayət etmək müstəhəbləri yerinə yetirməkdən uzaqlaşdıran qəm-qüssə ilə məşğul etmə. Ey Rəbbim , çünki mən başıma  gələn bu bəlaya görə taqətdən düşmüşəm və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəmlə dolub. Bu giriftarçılığımı aradan aparmağa və və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa yalnız Sən qadirsən! Bəs, bu qüdrətini mənim üçün də göstər hərçənd ki, buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi! 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 5497, 

Dostların veb səhifələri

15664502
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4630
8276
12906
15493342
139641
160067
15664502

sizin IP ünvanınız: 3.141.27.70
2024-12-23 15:43

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!