Munacatlar

Alimlərdən təcrübə edilmiş dualar

 
(0 votes)

                                                                                                                       Alimlərdən təcrübə edilmiş dualar

Allah-Taalanın adlarının zikri

Uveys həzrətlərindən nəql olunmuşdur: «Hər duadan əvvəl Allah-Təalanın Yaradan adlarından 8 ədədini zikr etmək təcrübə olunmuşdur: «Ya Daimu», «ya Həyyu», «ya Vətru», «ya Fərdu», «ya Əhədu», «ya Qaviyyu», «ya Qadimu», «ya Qadiru».

Kuleyni həzrətlərindən faydalı dua

Mərhum Kuleyni (Allahın rəhməti ona olsun!) deyir: «Səmaət nəql edir: «İmam Rza (ə) mənə buyurdu: «Ey Səmaət, Allah-taaladan hər vaxt bir hacət istəsən de: «Allahummə inni əsəlukə bi həqqi Muhəmmədin və Əliyyin fə innə ləhumə indəkə şənən minəş-şəni və qadran minəl qadri fə bihəqqi zəlikə şəni və bi həqqi zəlikəl qadri ən tusalliyə ələ Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi».

Yasin surəsinin faydası

Mərhum Seyid Əbdülkərim Kəşmiri (r) «Yasin» surəsinin xətmi haqqında deyir: Şəban ayının 15-i gecəsində 3 dəfə «Yasin» surəsi oxunur. Birinci salamatçılıq niyyəti ilə, ikinci ruzi üçün, üçüncüsü isə ömrün uzanması niyyətilə surə xətm olunur.

«Nəsr» surəsinin xətmi

Hurui deyir: Əgər bir şəxs «Nəsr» surəsini hər gün 40 dəfə oxusa, o qeybi elmlərdə zəfər qazanar və yüksəlişə səbəb olar.

Şeyx Bəhaidən dua

Cənab Ruziyi ağa deyir: «Bəzi yazılmış dualardan olan bu duanı Şeyx Bəhaliddinə nisbət vermişlər və qaydası bu cür şərh olunur. Əvvəlcə iki rükət namaz qılınır, ardınca istiğfar zikri deyilir və 70 dəfə deyilir: «La ilahə illəllahu bihəqqi həqqikə. La ilahə illəllahu bi izzətikə və qudratikə. La ilahə illəllahu fərric bi rahmətikə». Sonra hacət tələb olunur.

"Dəstur-amal du hezar" kitabından tərcümə olunmuşdur

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 152, 

Dostların veb səhifələri

15661260
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1388
8276
9664
15493342
136399
160067
15661260

sizin IP ünvanınız: 3.145.88.241
2024-12-23 06:10

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!