Munacatlar

Azanın savabları

 
(0 votes)

                Azanın savabları

Azan insanın diqqətini Allaha yönəldən, Onun əzəmət və cəlalını yada salan ilahi bir şüardır. Azan təkrarən Allahın təkliyini xatırladır. Azan xöşbəxtliyin bir amilidir. Azan Allahın şəriksiz olduğuna şəhadət verməyi zehinlərə həkk edir. Azan insanı ibadətə və Allaha pərəstiş etməyə dəvət edən bir çağırışdır. Azan ən böyük və ən cazibədar ilahi bir şüardır. Azan Allahın insanlara olan ən gözəl hədiyyəsidir. Azan və iqamə halı namazqılanın hazırlıq üçün diqqətidir. Azan Allahın böyüklüyü ilə başlayıb böyüklüyü ilə də sona yetən mənəvi və ruhani bir hərəkətdir. Azan Allahdan Allaha olan seyrdir. Azan məsum imamların (ə) döyüşlərdə İslam düşmənlərinə qarşı istinad yeri və diqqət mərkəzi olmuşdur. Azan zəyiflərin zalımların üzərinə olan qəzəb fəryadıdır. Azan tovhidi, nübuvvəti və imaməti bəyan edən bir nidadır. Azan söyləmək müəzzin (azan deyən) üçün böyük iftixardır.

Gəlin, bu ilahi musiqini söyləmək üçün hər birimiz öndə olaq və müəzzin ləqəbini özümüz üçün təyin edək. Çünki Qiyamət günü müəzzinə kifayət ediləcək dərəcədə üstün yerlər və ali məqamlar veriləcəkdir. Azan demək heç də insanın nüfuzunu, vəzifəsini aşağı salmaz, əksinə əgər biz həqiqətə açıq gözlə baxsaq, bu ilahi çağırışın insan dəyəri və etibarının yüksəlməsində necə əhəmiyyət kəsb etdiyinin şahidi olarıq. Biz müsəlmanlar o günə ümüd bəsləyirik ki, bu asimani nidanın əzəmətli sədası bütün cahanı bürüsün!    

Azanın əhəmiyyəti

1) Azan, namazın nidasıdır.

وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لا يَعْقِلُونَ  Maidə58

“Sizə namazın azanını dediyimiz vaxt onu özlərinin istirahəti (tənəffüsü) və yaxud əyləncəsi oyun-oyuncaq (boş yerə) kimi bilənlər yalnız zəkasız insanlardır”.

2) Cümə namazında ilahi azan sədası.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ  Cümə-9

“Ey iman gətirənlər! Cümə günündə namaz üçün azan verilən zaman Allahın zikrinə tələsin və alış-verişi buraxın, əgər bilsəniz, bu sizin üçün necə də yaxşı bir əməldir”.

Ayədəki   نُودىkəlməsinin əsli اند nidadandır və mənası      səsi yüksəltməkdir. Burada əsas məna azana dəlalər edir. Çünki İslam dinində nida dedikdə, namaz üçün azandan qeyrisi nəzərdə tutula bilməz. “Cümə günü” namaz üçün verilən azan sədası ucaldığı vaxt camaat qazanc və işində bir qədər fasilə edib Allahı yad etməyin ən mühüm amili olan ilahi dəvətə tərəf tələsməlidirlər.

3) Allaha tərəf dəvət

وَمَنْ أَحْسَنُ قَوْلا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ  Fussilət-33

“Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və mən təslim olanlardanam”deyən kəsdən gözəl danışandır?!”

Şübhəsiz bu ayədə haqqında deyilənlər müəzzinə işarədir. Çünki, müəzzin əgər “Allahu Əkbər”, “Əşhədu ən lə iləhə illəllah” deyirsə, namazın sözləridir və heç şübhə yoxdur ki, bu, qəlbləri riqqətə gətirən çağırış sədası Allaha tərəf olan bir dəvətdir.

4) Azan ilahi şüarlardan biridir.

Qurani-kərimdə bütövlükdə azana şamil olan ayə budur. “Hər kim Allahın şüarlarlarını böyük saysa və ya ilahi şüarı əziz tutsa, qəlbini nəfsi istəklərdən saxlamış olar”. Azan Allahın şüarlarından biri, müqəddəs İslam dininin əlaməti və müsəlmanlığın açıq nişanəsidir.

5) Azan nurdur.

Allahın rəsulu (s) buyurur: “Ey Əli! Azan nurdur!”

6) Azan Allahın ətasıdır.

Rəsulu Əkrəm (s) buyurur: “Xudavəndi Əzz və Cəlal mənə dörd şeyi əta etmişdir: 1-Həmd surəsi 2-Azan 3-Məsciddə camaat namazı 4-Cümə gününü”.

7) Azanın fəziləti.

Allahın rəsulu (s) bu yurur:(ərəbcə)

"Əgər camaat bilsə ki, azan deməyin və camaat namazının ilk sıralarında iştirak etməyin nə qədər savabı vardır, daim bu iş üçün bir-birlərindən önə keçməyə can atardılar”.

8) Loğmanın nəsihəti.

Təbib Loğman öz övladına buyurur: “Oğlum, məbada sübh vaxtı, dan yeri sökülməzdən öncə xoruz səndən əvvəl oyansın və namazın vaxtına səndən daha çox riayət etsin. Məgər görmürsənmi, o hər namazın vaxtının daxil olmasını elan edir (azan deyir) və hər sübh, sən yataqda ikən o isə yüksək avazla səsləyir?!”

9) Azan eşitmək və səma əhli.

Allahın rəsulundan (s) belə bir hədis var.(ərəbcə)

“Həqiqətən səma əhli yer əhlindən azandan başqa bir şey eşitməz”.

10) Azan eşitməyin ədəbi .

Möhtərəm şəxslərdən biri, ayətullah Berucerdinin azana olan əlaqəsini belə nəql edir: Hər namaz vaxtı müəzzin azan versəydi ayətullah Berucerdi onu eşidən kimi qiblə ilə üz-üzə oturar və diqqətlə qulaq asardı.

11) Azanın vasitəsilə ruhiyyəni gücləndirmək.

Döyüş cəngavərlərindən biri deyir: “Biz namaz vaxtı hamılıqla birlikdə azan deməyə adət etmişik. Bir gün düşmənlərimizi mühasirəyə almışdıq və onların qaçmasına imkan vermirdik. Amma onların hücum atəşləri o qədər şiddətli idi ki, biz heç cür irəli gedə bilmirdik. Elə bu zaman döyüşcülərimiz düşmənin atəşinin çox, amma ruhiyyələrinin zəif olduğunu hiss etdilər. Hamı birlikdə torpağın üzərinə diz çökdülər və uca səslə azan deməyə başladılar. Təsəvvür edin ki, üç yüz nəfər güclü döyüşçü hamı birlikdə azan deyə, necə olar? Düşmənin ruhiyyəsinin zəifliyi səbəbindən İraqlılar öz səngərinə pənah apardılar (döndülər) və digərlərinin də heç atəşdən belə xəbərləri olmadı”.

12) Meracda azan.

Həzrət Muhəmməd Baqir (ə) buyurur:

“Rasulullah (s) meracda, yüksək təbəqəyə seyr edərək “Beytul-məmur”a çatdı. Namazın vaxtı çatanda Cəbrayıl (ə) azan və iqaməni dedi. Peyğəmbər (s) qabaqda durdu, mələklər və peyğəmbərlər isə o həzrətin arxasında sıraya düzüldülər”.

13) Hər kəs azan deyən olmur.

Əmirəl-möminin Əli (ə) buyurur: “Rəsulallaha (s) ərz etdim: ”Ağa! Siz bizi azan deməyə elə həvəsləndirdiniz ki, qorxuruq azan demək üçün sizin ümməniz bir-birlərinə qılıncla hücum etsinlər”. Allahın Rəsulu (s) buyurdu: “Amma hər kəs azan deməyəcək”.

14) Müəzzin filosof.

Həkim filosof hacı molla Hadi Səbzivari bütün tədris müddətində hansı vaxt azan verilsəydi müəzzinin səsini eşidən kimi öz bəyanatını bitirib dərsini saxlayar və azan deyərdi.

15) İmam Əli (ə) və İmam Hüseynin(ə) azan deməsi.

İmam Əmirəl-möminin Əlinin (ə) rəsmi azançı adı “İbni Nəbah” olmuşdur. Seyidlər ağası həzrəti imam Hüseyn (ə) xüsusi azan deyən olduğu üçün ona “Həccac bin Məsruq” adı verilmişdir.

O həmin şərəfətli və ləyaqətli kişidir ki, Hürr imam Hüseynlə (ə) görüşə gələndə və zöhr vaxtı yetişəndə həzrət (ə) ona azan deməsi üçün əmr verdi. Sonra iqamənin göstərişini verəndə orada birlikdə namaz qıldılar. Başda imam olmaqla, öz qoşunu və Hürrün qoşunu da şövqlə həzrətə (ə) iqtida etdilər.

Səh17,18

16) İmam Əlinin (ə) sonuncu azanı.

Möminlərin əmiri həzrət imam Əlinin (ə) şəhadəti barəsində qeyd olunan bəzi xəbərləri tarixi səhifələrdə oxuyuruq: “Həzrət (ə) sakitcə məscidə daxil oldu, həmin an məscidin çıraqları sönmüşdü. O, (ə) namaz qıldı və bir saat dua və zikrlə məşğul oldu. Sonra qalxıb yenidən iki rukət namaz qıldı. Namazı bitirəndən sonra azan verilən məkana qalxdı və iki mübarək şəhadət barmağını qulaqlarına apardı. Bir qədər udqunub, yüksək, gözəl avazla azan deməyə başladı. Həzrət (ə) azan deyən vaxt o qədər uca və əzəmətli səslənirdi ki, Kufə şəhərində onun sədasını eşitməyən bir kəs qalmırdı.

17) Azan vaxtı dərin düşüncə

Əmirəl-möminin Əli (ə) Siffeyn müharibəsində dağın yaxınlığında idi. Məğrib namazının çatdığı vaxtda bir qədər dərin fikrə getdi və sonra azan dedi.

Abbas Əzizi

 

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 135, 

Dostların veb səhifələri

15661415
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1543
8276
9819
15493342
136554
160067
15661415

sizin IP ünvanınız: 18.118.28.31
2024-12-23 07:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!