Müqəddəs Məkanlar

Bibi-heybət məscidi

 

Bibi-heybət məscidi

 

Tarix boyu imamzadələr müsəlmanlar və xüsusilə Əhli-beyt (ə) sevərləri tərəfindən hər zaman ehtiram və məhəbbətlə qarşılanmış, dünyanın bütün nöqtələrindən şövqlə bu müqəddəs məkanları ziyarətə tələsmişlər.

Tarixdən məlum olduğu kimi imam övladları öz zəmanəsinin hakimləri tərəfindən sıxıntıya məruz qalmış və güclü nəzarət altında yaşadıqlarına görə öz canlarının salamatlığı və Peyğəmbər (s) nəslinin hifz olunması üçün uzaq diyarlara hicrət etməyə məcbur olublar. Bu mühacirlərdən Azərbaycana pənah gətirmiş İmam Kazımın (ə) iki əziz qızı Rəhimə və Həkimə xanım olmuşlar. Onlar Xəzər dənizinin qərb sahillərində, Bakı şəhərinin şimal-şərqində yaşamış və Abbasi hökümətinin cəsusları tərəfindən şəhadətə çatdırılmışlar. Bu gün də bu iki xanımın qəbirləri digər imamzadələr kimi Azərbaycan xalqı tərəfindən böyük bir məhəbbətlə ziyarət edilir.

Qeyd etmək lazımdır ki, müxtəlif zamanlarda bu xanımlar üçün onları sevənlər tərəfindən məqbərə inşa edilmişdir. Bu gün də ölkəmizdə onların hər biri üçün misilsiz məqbərə tikilmişdir. Məqsədimiz bu xanım haqqında məlumat verməkdir.

Şeyx Mufidin “İrşad” kitabında qeyd etdiyinə əsasən İmam Museyi-Kazımın (ə) 37 övladı var idi. Onlardan 18-i oğlan idi. Əli ibn Musa Rza (ə) övladlarının ən fəzilətlisi və üstünü olmuşdur. Qızlarından biri Məsumə adıyla məşhur olan Fatimədir ki, qəbri Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir.

Museyi-Kazımın (ə) Fatimə adlı bir neçə qızı vardır. Muhəddislər, tarixçi və nəsəb tanıyanlar o həzrətin qızlarının adlarını qeyd etdikdə bir neçəsini Fatimə adıyla yad etmişdir. VII əsrdə yaşamış məşhur İslam alimi Səbt ibn Cuzi İmam Kazımın (ə) övladlarını sadaladıqda 4 qızın adını belə qeyd edir:

  1. Fatimeyi Kubra;
  2. Fatimeyi Suğra;
  3. Fatimeyi Vusta;
  4. Fatimeyi Uxra.

 

Fatimeyi Kubra – Həzrət Məsumə (ə) adıyla məşhurdur və Qum şəhərində dəfn olunmuşdur. Onun orada çox möhtəşəm bir məqbərəsi var ki, hər gün minlərcə Əhli-beyt (ə) aşiqləri dünyanın müxtəlif ölkələrindən ziyarət üçün bu məkana gəlirlər.

Fatimeyi Suğra – Bibi heybət kimi məşhurdur və ölkəmizin paytaxtı Bakı şəhərinin girəcəyində dəfn olunmuşdur.

Fatimeyi Vusta – Siti Fatimə adıyla məşhurdur və İsfəhanda dəfn olunmuşdur. Orada onun qədim və möhtəşəm məqbərəsi mövcuddur.

Fatimeyi Uxra – İmam bacısı adı ilə məşhurdur və onun səfalı məqbərəsi Rəşt şəhərindədir.

Əllamə Məclisi də ibn Cuziyə istinad edərək “Biharul-ənvar”da dörd Fatiməni qeyd etmişdir.

Bibi Heybət məscidi Bakı şəhəri yaxınlığında Şeyx kəndində yerləşmiş idi. Bir rəvayətə əsasən, bu məscid səkkizinci ilahi rəhbər olan imam Rzanın (ə) bacısının qəbrinin ətrafında bina edilmişdir. Şirvanın və Abşeronun ən məhşur memarlıq nümunələrini bu məsciddə görmək olar. Məscidin gözəl minarələri, günbəzli hərəmsaray, ikinci kiçik məscidi, mərasimlər üçün xüsusi tikililəri, məqbərələri, sərdabələri və s. var idi.

Bibi Heybət məscidi XIII əsrdə Şirvanşah II Fərruxzad tərəfindən bina olunmuşdur. Onun divarında olan kitabənin üzərində bu sözlər yazılıb: “Bu məscidi əzəmətli hökmdar, böyük sultan, din və dövlətin mühafizəsi möminlərin əmirinin köməkçisi olan Əbdül-Fəth Fərəxzad ibn Axsitan tikmişdir. Allah-təala onun hökumətini başıuca qərar versin”. Bu mətn mehrabda olan yazının eynidir.

Yazılı mənbə və sənədlər bu məscid haqqında dəqiq məlumat verir. Kitabələrin birində məscidin memarının adı “Mahmud ibn Səd” yazılmışdır. Bu memarın adına XII əsrdə inşa edilmiş dini binalara da rast gəlmək olar. Bu bir daha Bibi Heybət məscidinin XIII əsrə təsadüf etməsini təsdiq edir. İndi də bu məqbərədə nümayiş etdirilən daşdan yonulmuş kitabənin üzərində nəsx xətti ilə ərəb dilində yazılmışdı: “Bu şərəfli və pak tikilini Şeyx Abiddin ibn Hacı Şərif 1028-ci ildə (1613/1618) və adı çəkilən şeyxin qəbrini 1946-cı ildə bina etməyə əmr etmişdir. Yazıdan məlum olur ki, Hacı Şeyx Şərif də imamzadədə yaşayıb fəaliyyət göstərib. Vəfatından sonra onu özünün əmri ilə tikilmiş hücrəsində dəfn etmişdilər.

Bu şəxsin nəsli Nişapurdandır. Qeyd etmək lazımdır ki, o zamanlar Nişapur sufi mərkəzlərindən biri olmuşdur və şeyx Şərif Nişapurda təhsilini bitirdikdən sonra sufiliyi təbliğ etmək üçün imamzadəyə gəlmişdir. Məqbərədə olan yazıların bəzisindən aydın olur ki, bu imamzadədə Əlinin (ə) nəvələrindən biri olub. Həmçinin, ora şiə və sufi mərkəzi kimi tanınmışdır.

Yazılar həmçinin, orada edilmiş abadlığın əsasən şah Təhmasib və şah Abbasın zəmanəsində edilməsinə şahidlik edir. Kitabələrdə belə yazılıb: “Bu müqəddəs və şərəfli darvaza şah Abbasın zəmanəsində 1018-ci ildə (1610/1609) tikilmişdir”. Bu misilsiz miras özündə bizim tariximizi, daş yazılarımızı, mühüm tarixi sənəd və faktları qoruyub saxlamışdır. Həmçinin, bu məqbərə rəssamlıq, xəttatlıq, daş üzərində oyma, ornament və şərq incəsənətini özündə əks etdirir.

Təəssüflər olsun ki, bu müqəddəs məkanı əlyazma, kitabxana, bütün sənəd və epiqrafik yazıları ilə birlikdə partladıb dağıtmışlar. Yalnız 1997-ci il iyulun 23-də yenidən məscidin bərpasına başlandı. İndi iki mərtəbəli məscid, iki böyük minarə və üç günbəz bu imamzadəyə zinət verməkdədir. Bu məscidin layihəsini Azərbaycanın Memarlıq və Layihə İnstitutu hazırlamışdı. Məscidin hündürlüyü 5 m, hər bir mərtəbənin ərazisi 1200 m-dir ki (m2), burada birlikdə 3000 nəfər ibadətlə məşğul ola bilər.

İndi 1994-cü ildən bəri axund hacı Hikmət İsmail oğlu bu məsciddə axund vəzifəsində çalışır.

Bugünkü məscidin ətrafında əvvəllər üç məscid var idi: Hökümə xatun məscidi, Şeyx Əli məscidi, Əli Əsğər məscidi. Bu məsciddən 100 metr hündürlükdə bir bina mövcud idi ki, zəlzələlərin nəticəsində dağılmışdı. Bu gün o məscid təmir edilib. Lakin onun ikinci dəfə bərpasının nə zaman olması məlum deyil.

Şərqşünas və möhtərəm alim Ziya Bünyadov yazır: “VII əsrə aid olan qəbirlərin üzərində olan yazılardan – Şeyx Bünyad (Ziya Bünyadovun ulu babası), şeyx Qələmli, şeyx hacı Əjdər Əli, şeyx Muhəmməd Aytum və bir çox şeyxlər dəfn olunduğuna görə bu kəndə şeyxlər kəndi deyirdilər”.

Sovet İttifaqı qurulduqdan sonra neft mühəndisinin şərəfinə bu kəndi “şeyxov” və 1939-cu ildə isə Xanlar Səfərəliyevin şərəfinə buranı “xanlar” adlandırdılar.

Arxiv sənədlərindən aydın olur ki, 1935-ci il avqustun 29-u Mərkəzi İcra Hakimiyyəti tərəfindən məscidin fəaliyyətini dayandırdılar. Elə həmin il sentyabrın 25-də ziyarətgahı dağıtmaq əmri verdilər. 1937-ci ildə dinamitlə bu məscidi dağıtdılar. 1947-ci ildə o məscidin qarşısında darvaza şəkilli bir tikinti ucaltdılar. Bakı şəhərinin cənub girişinin arxasında general libasında Stalinin heykəlini ucaltdılar.

1961-ci ildə Stalinin heykəlini oradan götürüb onun yerinə mşhur inqilabçı Xanlar Səfərəliyevin heykəlini qoydular. Nəhayət, 1991-ci ildə dağıdılmış məscid tapdılar. 57 il bu ziyarətgahın başına nə qədər bəlalar gətirildikdən sonra 1980-ci ildə Rəsuli-Əkrəmin (s) mübarək mövludu günü Azərbaycanın ümumi milli lideri və sabiq prezidenti Heydər Əliyev dini ibadətgahların qorunması və İslam dinin inkişafı üçün məscidin bərpası üçün göstəriş verdi.

Qeyd etmək lazımdır ki, şəxsən ulu öndərimiz Heydər Əliyev cənabları, şeyxul-İslam hacı Allahşükür Paşazadə və bir çox nazirlər məscidin bünövrə qoyma mərasimində iştirak etdilər.

İmam Museyi-Kazım (ə) övladlarından həmçinin, Bilgəh kəndində dəfn olunmuş xanım Leyla və onun bacısı xanım Xədicəni də misal çəkmək olar. Azərbaycan xalqı hər tərəfdən bu imam övladlarını ziyarət etmək üçün onun məqbərələrinə təşrif gətirirlər.

İmam Kazımın (ə) qızı necə və nə üçün Azərbaycana daxil olmuşdur?

Bəzi rəvayətlərdə onların dini təbliğ üçün Azərbaycana gəlməsi qeyd edilmişdir. Lakin başqa hədislərdə deyilir ki, Xorasanda Məmunun İmam Rzanı (ə) şəhid etdikdən sonra imam övladlarına Mədinə şəhərinə daxil olmağı qadağa etdilər. Məmun əmr etmişdi ki, yollarda imam övladlarını tutmaq üçün gizli pusqular qursunlar, onları tutaraq əziyyət etsinlər. Həkimə xanım əziz qardaşının şəhadətindən sonra imam Museyi-Kazım (ə) üç nəvəsi ilə Ənzəli şəhərinə yollanırlar. Bu şəhərdən onları baba Sacəddin adlı bir xeyriyyəçi hacı Bədir adlı öz dostlarından birinə tapşırır. Baba Sacəddin Həkimə xanımı Ənzəli limanından Bakı limanına yollayır və hacı Bədir bu şəhərdə onları qarşılayaraq öz evində saxlayır. Hacı Bədir Əhli-beytin (ə) sadiq dostu olduğuna görə və Həkimə xanıma xidmət etdiyi üçün iftixar edərdi. Odur ki, xanıma düşmənlərdən pənah vermək üçün onu “bibi” deyə çağırardı ki, heç kim onun imam Museyi-Kazımın (ə) qızı olduğunu bilməsin. Lakin camaat hacı Bədiri “Heybət” adlandırıldıqları üçün pak xanıma da “Bibi Heybət” – yəni “Heybətin bibisi” dedilər.

Tarixi mənbələrə əsasən, imam Kazımın (ə) övladları çox olduğu üçün o həzrətin (ə) iqtisadi vəziyyəti yaxşı olmamışdır. Həmçinin, yazırlar ki, o həzrətin (ə) qızlarına elçi gəlmək istəyənlər ya imamın iqtisadiyyatına, ya da hakimlərin qorxusundan cürət etmirdilər. Çünki dövlət imam ilə olan bütün rabitələri xüsusi cəsuslarla izləyirdi. Buna görə də imam bəzi qızlarına nikah edə bilməmişdir. Hətta yazırlar ki, onların bir köhnə çadırdan savayı çadırları olmamışdır və həmin çadır ilə növbəylə namaz qılırdılar. Buna görə də fəqət qardaşının övladlarına baxmaq o xanımın öhdəsindəydi və ömrünün sonuna kimi (1257) evlənməmişdi. Odur ki, o iki imamzadənin də qəbri Həkimə xanımın qəbrinin kənarında yerləşir. Təəssüf ki, Sovet hökumətinin törətdiyi partlayış nəticəsində o qəbirlər aradan getmişdir.

Hacı Bədir ömrünün sonlarında vəsiyyət etmişdir ki, onu xanım Həkimənin ayaq tərəfində dəfn etsinlər. Hacı Bədir o çətin zamanda göstərdiyi xidmətlə bir daha sübut etdi ki, Əhli-beytə (ə) və İslam dininə nə qədər məhəbbəti vardır.

Qeyd etmək lazımdır ki, Əhli-beyt (ə) övladları istər həyatda, istərsə də dünyadan köçmüş olsalar günəş kimi parlaqdırlar və insanlar üçün əmin-amanlıq pənahgahıdırlar. Çünki müsəlmanlar bu imamzadələrdən kəramət və xariqul-adə hadisələr görüblər. Biz tarix boyu müxtəlif zamanlarda o vaxtın zalımları tərəfindən Əhli-beyt (ə) və övladlarına qarşı edilmiş sitəmlərə şahid oluruq. Lakin bütün bunlara baxmayaraq, onların aşiqləri müxtəlif yollar ilə öz həyatları bahasına belə, imam (ə) və onların övladları ilə əlaqə saxlayırdılar. İslam tarixinə bu cür nümunələrə çox rast gəlmək olar. Hətta bəzən böyüklərdən belə bu imamzadələrin qarşısında təzim etmişlər və onların kəramətlərindən bəhrələnmişlər.

Biz burada Bibi Heybət məscidi ilə əlaqədar olan bir hadisəni sizə təqdim edirik: XIX əsrdə yaşamış Azərbaycanın məşhur şairi, Qarabağ xanımının qızı Xurşudbanu Natəvan ailə həyatı qurduqdan bir müddət keçmiş olmasına baxmayaraq, övladı olmurdu. O Allahdan istəyir ki, əgər övlada sahib olsa, bu məqbərəyə yol çəkəcək. Elə ki, övladı olur öz oğlunu ağuşuna alaraq bu ziyarətgah üçün çəkdiyi yol ilə bu əziz xanımın ziyarətinə gedir. Bu hadisədən sonra Xurşudbanunun çəkdirdiyi yol yaxın ölkə tacirlərinin gediş-gəlişi üçün əlverişli olduğu üçün bu yoldan istifadə etdilər.

Azərbaycanın məşhur xanlarından olan Fətəli xan da xanımın zəvvarlarından olmuşdur. O Quba xanı olmuş və hər zaman xanımı ziyarət etdiyinə görə iftixar edərdi. Odur ki, ömrünün son ziyarətində vəsiyyət etmişdir ki, onu bu məqbərənin həyətində dəfn etsinlər.

1937-ci ildə böyük alimləri uzaq diyarlara sürgün etdikdə Fətəli xanın da qəbri bu məqbərə ilə birlikdə partlayır. Sonra onun qəbrinin baş daşını götürüb tarix muzeyinə təhvil verirlər.

1911-ci ildə bu məscidin simal-cənub divarına bir məscid də əlavə edirlər. Bu onu göstərir ki, məsciddə ziyarətçilərin çoxluğundan yer az olub və yerin genişlənməsinə ehtiyac duyulub. Odur ki, başqa bir məscid tikərək ona əlavə etmişlər.

Deyildiyinə görə bu ziyarətgah 70 il Sovet hakimiyyəti illərində bu ziyarətgahın üzərindən şəhərin girişinin əsas yolu çəkilməsinə baxmayaraq heç bir zaman Azərbaycanın dindar xalqının zehnindən silinməmişdir. Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə başlamış bu müqəddəs tikili möhtərəm prezidentimiz İlham Əliyevin göstərişləri ilə müvəffəqiyyətlə başa çatmışdır. Bu gün də camaat öz ziyarətləri ilə Əhli-beytə (ə) olan sonsuz məhəbbətlərini yenidən isbat edirlər.

 

 Hazırladı: Almaz Ağamoğlanqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 5068, 

Dostların veb səhifələri

15657885
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6289
7422
53432
15456216
133024
160067
15657885

sizin IP ünvanınız: 18.218.250.241
2024-12-22 18:47

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!