Müqəddəs Məkanlar

Nardaran ziyarətgahı

 

Nardaran ziyarətgahı

 

Nardaran məscidi Şirvanşahlar saray kompleksi binalarının səviyyəsində duran yüksək keyfiyyətdə tikilmişdir.

Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də vardır. Məscidin əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür. Məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan sonra ibadət salonuna daxil olurlar.

Nardaran camaatının verdiyi məlumata görə bu ziyarətgahın tarixi miladın səkkizinci ilinə təsadüf edir.

Bu ziyarətgah Nardaran kəndinin şimalında yerləşir. Bu müqəddəs məkanda İmam Rzanın ögey bacısı Rəhimə xanımın məzarı yerləşir. Bu möhtərəm xanım da Harun Ər-rəşidin və Məmunun höküməti zamanında Azərbaycana pənah aparan kəslərdən idi. Kənd sakini Hacı Ədalət Əlizadənin sözlərinə əsasən o xanım bu kəndin yerli sakini olan seyid Yusifin qonağı olmuşdur. Rəhimə xanım o vaxtlar öz ailəsi ilə bu kəndə pənah gətirmiş, burada yaşamış və dünyasını dəyişmişdir.

Onu bu kənddə dəfn etmişlər. Sonralar təbii fəlakətlərə görə onun məzarı itmışdir. Miladın XIII-XIV-cü əsrlərində Xəzərin suları öz yerinə çəkildi. Bu təbii hadisə nəticəsində kəndin şimal torpaqları boşaldı və şimal küləyinin gətirdiyi qumlar o xanımın qəbrini örtdü.

20-ci əsrin əvvəllərində Şeyx Yunisin rəhbərliyi ilə bu məkanda abadlıq işləri icra olundu və xanımın qəbri bərpa oldu. Azərbaycanın istiqlaliyyətindən sonra kənd sakini Hacı Hafizin rəhbərliyi ilə bu məkanda təmir işləri başlandı. Ümumilikdə bu məqbərə kənd camaatıın ixtiyarında qoyulmuşdur.

Bu təmir işlərinə 1994-cü il Peyğəmbərin (s) miladı günü başlanmışdır. Bu məqbərənin təmirini kəndin yerli ustaları öz öhtələrinə almışdılar. Bu məscid iki mərtəbəlidir. Onun birinci mərtəbəsi ziyarət üçün nəzərdə tutulmuşdur. Məscidin daxili ərazisi 17-30 metr, hündürlüyü 26 metrdir. Məscidin 4 minarəsinin hər birinin hündürlüyü 41 metrdir. Günbəzin diametri 17 metr, hündürlüyü 16 metrdir. Məscidin ibadət üçün nəzərdə tutulmuş salonunun iki günbəzi vardır. Hüseyniyyə üşün nəzərdə tutulmuş binası var ki, burada 1500 nəfər mömin camaat namazı qıla bilər, həmçinin, ziyarətə gəlmiş qonaqları yerlə təmin edilə bilər.

 

Hazırladı: Almaz Ağamoğlanqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4466, 

Dostların veb səhifələri

15657499
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5903
7422
53046
15456216
132638
160067
15657499

sizin IP ünvanınız: 18.221.161.43
2024-12-22 18:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!