Müqəddəs Məkanlar

ŞAH ƏBDÜLƏZİM HƏSƏNİ

 

ŞAH ƏBDÜLƏZİM HƏSƏNİ

 

Əbdüləzim Həsəni (عبد العظيم الحسني) adı ilə məşhur olan amma fars dilində “Seyyidul Kərim” və Şah Əbdüləzim deyə xitab olunan Ədüləzim ibn Əbdullah ibin Əli ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talibin (ə.) kunyəsi “Əbul Qasim” və “Əbul Fətih”dir.

Şah Əbdüləzim İmam Həsənin (ə) soyundan gələn Həsəni seyidlərindən olan məşhur və alimlərdəndir. Nəsli dörd vasitə ilə imam Həsənə (ə) çatan hədis ravilərindən biridir. Özü ikinci və üçüncü əsrdə yaşamışdır.

Təqvalı, əmanətdar olması ilə məşhur olmuş, söz vədinə sadiq, dini mövzularda alim, Usuliddinə bağlı və çox sayda hədisə vaqif olan bir şəxsiyyətdir. Şeyx Səduq onun nəql etdiyi hədisləri “Cəmiul Əxbari-Əbdüləzim” adı altında toplamışdır.

Əbdüləzim Həsəni İmam Rzanı (ə) və İmam Cavadı (ə) görmüş, İmam Hadiyə (ə) inancını ərz eləmiş və onun zamanında vəfat eləmişdi. Türbəti Rey (bugünki Tehran) şəhərindədir. Bəzi hədislərə görə qəbrinin ziyarət edilmə savabı imam Hüseyn ibn Əlinin (ə) qəbrinin ziyarət edilmə savabı ilə bərabər olduğu deyilir.

 

DOĞUMU VƏ NƏSLİ

 

Əbdüləzim Həsəni hicrətin 173-cü ilində rəbiul-axır ayının 4-də cümə axşamı günündə Mədinədə (doğum yeri haqqında fikirayrılığı var) Harun Rəşid dövründə dünyaya gəlmişdir. Atası Əbdullah ibn Əli Kafi və anası adı Hayifə olan İsmail ibn İbrahimin qızıdır. Nəsli imam Həsənə (ə) çatır. Rical alimlərindən olan Nəcaşi belə deyir: “Vəfatından sonra qüsl verilərkən paltarında bir yamaq tapılmışdır. O yamaqda nəsli barədə yazılmışdı: mən Əbdullah oğlu Əl oğlu, Həsən oğlu, Zeyd oğlu, Həsən ibn Əli ibn Əbu Talibin oğlu Əbul Qasiməm”.

Mühəqqiq mir Daməd isə onun haqqında belə yazmışdır: “Onun (Əbdüləzim) nəsli və şərafəti hər kəsə açıq-aşkardır”.

 

YOLDAŞI VƏ UŞAQLARI

 

Əbdüləzim Həsənin (ə) yoldaşı künyəsi Əbu Muhəmməd olan əmisi Qasim ibn Həsən Əmirin qızı Xədicədir. Muhəmməd və Ummu Sələmə adlı iki uşağı dünyaya gəlmişdir.

Şeyx Abbas Qummi uşaqlarından biri haqqında belə yazmışdır: “Muhəmməd zöhd və ibadətilə tanınmış dəyərli bir şəxsiyyətdir.”

Bəzi imamlarla və görüşməsi

Ağa Bozorgi Tahrani belə nəql edir: Əbdüləzim Həsəni imam Rzanı (ə) və imam Cavadı (ə) görmüş imam Hadiyə (ə) inancını ərz etmiş və onun zamanında vəfat etmişdir.

Ancaq Ayətullah Xoyi imam Rza (ə) ilə eyni əsirdə yaşadığını qəbul etməmiş və bu görüşü qəbul etməmişdir. Şeyx Tusi öz rical kitabında Şah Əbdüləzimi imam Həsən Əsgərinin (ə) səhabəsi hesab etmişdir.

Əzizullah Atarudiyə görə isə Əbdüləzim Həsənin nəql etdiyi həədislərə baxdıqda onun imam Kazımı (ə) imam Rzanı (ə) imam Cavadı (ə) və imam Hadini (ə) müşahidə etdiyi anlaşılır.

 

YAŞADIĞI DÖVR

 

Əbdüləzim Həsənin yaşadığı dövr Abbasilər tərəfindən şiələrin zülmə uğradıqları dövrə təsadüf edir. Özü və ata-babaları illərlə təqib olunmuşlar.

Mədinə, Bağdad və Samirrada yaşadığı vaxtlarda təqiyyə edərək inanc və məqsədlərini gizlətməyinə baxmayaraq Abbasi xəlifələrindən Mütəvəkkil və Mötəzin qəzəbinə gəlmişdir.

 

REY ŞƏHƏRİNƏ HİCRƏT

 

Tarixi qaynaqlara görə Əbdüləzim Abbasi xəlifəsi Mötəzin zamanında zülm, əziyyət və ölüm qorxusuna görə imam Hadinin (ə) əmri ilə Abbasilərin önəmli hesab etdikləri Samirra şəhərindən Rey şəhərinə hicrət etmişdir.

Bəzilərinin nəql etdiyinə görə həzrət Əli ibn Musa ər-Rzanın (ə) qəbrini ziyarət etmək məqsədilə Xorasana hicrət etmiş və Rey şəhərində Həmzə ibn Musa ibn Cəfəri (ə) ziyarət etmək üçün qalmış və orada gizli şəkildə qalmışdır.

Nəcaşı belə deyir: Əhməd ibn Muhəmməd ibn Xalid Bərqi hadisəni belə rəvayət edir: Əbduləzim sultandan qaçdığı vaxt Rey şəhərinə gəldi. “Siqqətul Məvali” adlı yerdə şiələrdən birinin evinin zirzəmisində qalaraq o zirzəmidə ibadətlə məşğul olmağa başladı.

Gündüzləri oruc tutmaqla və gecələri də ibadətlə keçirməkdəydi. Gizlin qaldığı yerdən çölə çıxar və bir qəbrin ziyarətinə gedərək belə deyərdi: “Bu qəbr Musa ibn Cəfərin (ə) oğullarından birinin qəbridir”. Davamlı bu zirzəmidə qalırdı. Onun Reyə gəldiyi xəbəri bir-bir Ali Muhəmmədin (ə) şiələrinə çatmağa başladı və sonunda şiələrin çoxu onunla tanınmış oldu.

 

ƏBDÜLƏZİMİN ÖLÜMÜ

 

Deyilənlərə görə Əbdüləzim Həsənin (ə) vəfatı hicrətin 252-ci ili şəvval ayının 15-i imam Hadinin (ə) zamanında baş verdi. Əbdüləzim Həsənin necə vəfat etməsi haqqında iki görüş var:

Bunlardan biri təbii ölüm, o birisi isə şəhid olaraq rəvayət olunmuşdur. Nəcaşi belə nəql edir: Əbdüləzim xəstələnərək dünyadan köçdü. Şeyx Tusi də belə deyir: Əbdüləzim Rey şəhərində öldü və qəbri oradadır.

Bundan başqa Əbdüləzim Həsənin diri-diri torpağa basdırılaraq şəhid olmasına dair bir rəvayət də vardır. Fəxruddin Turəyhi bu cür qeyd edib: “Əbu Talib övladlarından olan və Rey şəhərində diri-diri torpağa basdırılan kişi Əbdüləzim Həsənidir”.

Vaiz (moizə edən) Kucaribu haqda deyir: “Nəsil və rical kitablarında həzrəti Əbdüləzim haqqında araşdırmalar apardım və onun şəhid olduğunu göstərən güvənli bir xəbər tapmadım”.

 

ƏBDÜLƏZİMİN DƏFNİ VƏ ZİYARƏTİNİN SAVABI

 

Mühəddis Nuri şiələrdən birinin nəql etməsinə görə bu şiə həzrəti Rəsuli Əkrəmi (ə) yuxusunda görmüş və həzrət ona buyurmuşdur: Sabah övladlarımdan biri Əbdülcəbbar ibn Əbdülvəhhab Razinin evində alma baxçasında müşayiət olunaraq dəfn olunacaq. Orada dəfn oluna bilmələri üçün özü o baxçanı satın almış Əbdüləzimə və oradakı şiələrə vəqf etmişdir. Ona görə də Əbdüləzim türbəsi “Məscidul-Şəcərə” və ya “Ağaca Yaxın Məzar” adı ilə məhşurlaşmışdır. Şeyx Səduq Əbdüləzim Həsəninin (ə) qəbrini ziyarət etməklə bağlı belə bir rəvayət nəql etmişdir: “Rey şəhərindən biri imam Əliyyən Nəqinin (ə) yanına gedərək belə deyər: Həzrəti Seyyiduş-Şühədanın (ə) ziyarətinə müşərrəf oldum”. İmam belə buyurdu: “Sizin yanınızda olan Əbdüləzimin qəbrini ziyarət etmiş olsaydı Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etmiş kimi olardı”.

 

FƏZİLƏT VƏ MƏQAMLARI

 

Əllamə Hilli Əbdüləzimin tərcümeyi-halında onu təqvalı bir alim kimi tanıtdırmışdır. Mühəddis Nuri də həmçinin onun fəzilətləri barədə Sahib ibn İbad risaləsindən nəql etmişdir. Belə ki, onun təqvalı, günahlardan çəklinən, əmanətə riayət edən, sözündə sadiq, dində alim, tovhid və ədalətə inanan və çoxlu sayda hədisə vaqif olduğunu bildirmişdir. Təqva və doğruluğuna görə imamların (ə) yanında daha da ucalmışdır.

 

MƏSUM İMAMLARIN AÇIQLAMALARINDA

 

İmam Hadi (ə) Əbdüləzimin Samirraya səfərində onu təsdiq edərək dəstəkləmişdir. İmam Hadi (ə) Əbdüləzim Həsəniyə belə xitab etmişdir: “Ey Əbul Qasim! Həqiqətən sən haqq olaraq bizim vəlimizsən ... Sən Allahın bəyəndiyi dini bizdən öyrəndin... Allah səni sabit sözlə dünya və axirətdə sabit qədəm eləsin”. İmam Hadi (ə) ilə Şah Əbdüləzimin (ə) arasında keçən bu dialoq “Hədisi Ərzi Din” adı ilə məşhurdur.

 

ELMİ MƏQAMI

 

Əbu Turab Ruyanı belə deyir: Əbu Həmmad Razidən buyrulur: Samirrada imam Hadinin (ə) yanına gedərək halal-haramla bağlı bəzi suallar verdim. Vidalaşmaq qəsdilə qalxdıqda imam buyurdu: “Halal-haramla bağlı mövzularda və din işlərində çətinlik çəkdiyin bir mövzu olarsa Əbdüləzim ibn Əbdullah Həsənidən soruşarsan və mənim salamımı ona çatdırarsan ”.

 

ƏBDÜLƏZİMİN RƏVAYƏTLƏRİ

 

Hədis kitablarında və rivayi mətnlərdə Əbdüləzim Həsənidən 100-dən çox hədis nəql olunur. Bu da onun nə qədər çox hədis nəql etdiyini göstərir. Sahib ibn İbad belə deyir: “O, çoxlu sayda rəvayət və hədisə sahibdir. İmam Cavad (ə) və imam Hadidən (ə) hədis nəql edir. Özünə aid “Hutəbu Əmiril-muminin” və “Yəum və Ləylə” adlı kitabları vardır.” Göründüyü kimi mutəhhər və pak imamlardan (ə) nəql olunan hədislər zikr şəklində rəvayət olunmuşdur. Hər mükəlləf şəxs gündüz və gecə müstəhəbat və vacibatlardan edə bilər. Onun “Əbdüləzim Həsənin rəvayətləri” adlı kitabları da vardır. Bir qrup dahilər də Əbdüləzim Həsənidən hədislər nəql etmişlər. Şeyx Səduq ondan “Cəmiul Əxbər Əbdüləzim” adlı bir hədis məcmuəsini də ərsəyə gətirmişdir.

Əbdüləzim Həsəninin imamlardan (ə) vasitəsiz nəql etdiyi hədislər bu cürdür: imam Rzadan (ə) 2 hədis, imam Cavaddan(ə) 26 hədis və imam Hadidən (ə) 9 hədis. Vasitə ilə nəql etdiyi hədislərin sayı isə 65-dir.

 

HAQQINDA YAZILAN ƏSƏRLƏR

 

Hicri - şəmsi ili ilə 1392-ci (2013) ildə Əbdüləzim Həsəninin türbəsindəki Şeyx Səduq toplantı salonunda Əbdüləzim Həsəni anmaq və şəxsiyyətini tanımaq məqsədilə bir konqres keçirilmişdir. Konqresdə deyilən əsərlər 29 cilddə yayımlanmışdır. O əsərlərdən bəzilərini qeyd edirik

“Cənnətun nəim vəl İyşus-Səlim fi əhvalis Səyyidil Kərim vəl Muhəddisil əlim Əbdüləzim əl Həsəni” müəllifi Baqir Kocuri Mazandarani

“Risalətun fi Fadli Səyyidina Əbdüləzim Həsəni əl Mədfun bir Rəy” müəllifi Sahib ibn İmad

“Əxbari Əbdüləzim ibn Əbdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talib (ə)” müəllifi Şeyx Səduq, Əz-Zaria kitabında isə “Hayatu Əbdüləzim Həsəni” adı ilə zikr olunmuşdur və digərləri.

 

Hazırladı: Lalə Zəhrayi

 

MÜƏLLİFLİ HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR


 4655, 

Dostların veb səhifələri

15657484
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5888
7422
53031
15456216
132623
160067
15657484

sizin IP ünvanınız: 13.59.36.4
2024-12-22 18:10

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!