Müqəddəs Məkanlar

Bəqi qəbirstanlığının tarixi

 

Bəqi qəbirstanlığının tarixi


Bəqi və ya “Bəqi əl-fərqəd”, yaxud “Cənnət əl-Bəqi”nin tarixi İslamdan öncəki dövrlərə qayıdır. Lakin tarix kitablarında onun tarixi aydın göstərilməyib. Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra Bəqi müsəlmanların yeganə qəbiristanlığına çevrildi.
Mədinə əhalisi müsəlmanların oraya gəlişindən öncə öz ölülərini iki qəbiristanda, “Bəni-Həram” və “Bəni-Salim” qəbiristanlarında, bəzən də öz mənzil və evlərində dəfn edirdilər. Həqiqətdə, Bəqi ilk qəbiristandır ki, Peyğəmbərin (s) göstərişilə ilk müsəlmanlar tərəfindən düzəldildi.
Bəqidə dəfn olmuş imamların hərəmində hicri tarixilə 495 - ci il, yəni 5-ci əsrin sonlarında (miladi 1102-1103) günbəz və ziyarətgah tikildi. Məşhur səyyah İbn Cübeyr 7-ci əsrdə Hicaza səfər etmiş və Bəqini gördükdən sonra oranı belə vəsf etmişdir: “O Bəqinin qapısı yaxınlığında yerləşmiş hündür və səmaya ucalmış bir qübbədir”.
İbn Cübeyrin səfərindən 150 il sonra, hicri tarixilə 8-ci əsrdə İbn Bətulə Mədinəyə səfər etmiş və öz müşahidələrini belə bəyan etmişdir: “İmamların (ə) Bəqidəki məzarı səmaya ucalmış bir qübbədir. Memarlıq baxımından isə müstəsna və heyranedicidir”.


Son dövrlərdə, imamların (ə) hərəminin uçurulmasından 19 il öncə həcc ziyarətinə yollanmış “Mirat əl-hərəməyn” kitabının müəllifi İbrahim Rifqət Paşa oranı belə vəsf edir: “Abbas, Həsən ibn Əli (ə) və digər üç imam bir qübbənin altında yer alıblar. O, Bəqidəki ən böyük qübbədir”.
Bəqi tarix boyu üç dəfə təmir olunmuşdur. İlk dəfə hicri tarixilə 519-cu ildə (miladi 1125) əl-Mustəzər-Billah tərəfindən, 3-cü dəfə 13-cü əsrin sonlarında Sultan Mahmud Qəznəvi tərəfindən təmir edilmişdir. Səyyahların səfər zamanı oradakı oxuduqları kətibələr bunu çatdırır.


Bəqinin xüsusiyyətləri:


Bəqi qəbiristanında iki giriş qapısı olmuşdur. Bunların biri həmişə bağlı olub, digər qapı isə səhərdən gün batana qədər hər gün ziyarətçilərin üzünə açılırmış. Bəqinin hərəmi səkkizguşəli idi. Mirzə Məhəmməd Fərahani səyahətnaməsində belə yazır:


“Əvvəl on iki imamdan dörd nəfərin (Allahın salamı onlara olsun!) qəbridir. Bura böyük günbəzdən ibarətdir və səkkizguşəli formada tikilmişdir. Onun günbəzi və içərisi ağardılmışdır. Başqa xüsusiyyəti isə onda mehrabın və xadimlərin olmasıdır. Bəqidəki imamların hərəmi, başqa hərəmlər kimi, zərih, örtük, çilçıraq, şamdan və xalçalarla bəzədilmişdir”.


İbn Cübeyr yazır:

“Onların qəbri böyük, yer səthindən hündür və müstəsna və çox gözəl nümunə olan taxtadan zərihi var. İncəsənət, rəssamlıq və məharət baxımından onun üzərinə misdən rəsmlər işlənmişdir. Burada ən gözəl üslubda mismarlarla bəzəklər hazırlanıb ki, onun görünüşünü çox gözəl və heyrətamiz edib”.


Hicri tarixilə 1327-ci il (miladi 1909) Mədinəyə səfər etmiş Məhəmməd Ləbib Misri yazır:

“Orada “Qübbətül-bəyn” adlanan məşhur günbəz var ki, onda bir hücrə var. Hücrənin ortasında bir çökəklik var. İddia edirlər ki, Peyğəmbərin (s) dişi bu çökəkliyə düşüb. İmam Həsənin (ə) zərihi metaldan düzəlmiş bir qübbənin içərisindədir. Onun üzərində farsca xətlərlə nəqqaşlıq edilib. Fikrimcə bu, əcəm şiələrin əsərlərindəndir”.



İmamlarının (ə) qəbirlərinin uçurulması


İlk uçurulma


Hicri tarixilə 1221 - ci ildə (miladi 1805) vəhhabi qüvvələri Əbdüləziz ibn Səudun sərkərdəliyi ilə, Mədinəni uzun müddət mühasirə etdikdən sonra, şəhər sakinlərini sıxıntıda qoydular və günahsız əhalini kütləvi surətdə qətlə yetirdilər. Sonra Peyğəmbər (s) hərəminin xadimlərini bir yerə toplayıb, hədiyyələrin toplandığı və saxlandığı yeri bildirmək üçün onları döyməyə, incitməyə başladılar.
Peyğəmbərin (s) hərəmini qarət etdikdən sonra Bəqinin yanından keçib vəhhabilərin qərargahı olan Nəcdə qayıdarkən Əbdüləziz Bəqidəki bütün məqbərələrin uçurulması əmrini verdi. Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli padşaha əmr verdi ki, Hicazı vəhhabiləri hakimiyyətindən azad etsin və Hicaza nəzarəti ələ alsın.
Hicri tarixilə 1227-ci ildə (miladi 1810-1811) baş vermiş qanlı döyüşdə vəhhabilər ağır məğlubiyyətə uğradılar. Bundan sonra, əhali mübarək məkanları yenidən bərpa etməyə başladılar.

İkinci uçurma


Hicri tarixilə 1334-cü il şəvval ayının 8-i (7 avqust 1916) İbn Səud yenidən hakimiyyətə gəldi. Onlar Mədinəni ramazan ayında ələ keçirdilər. Həmin il Şeyx Abdullah özünün baş qazisini Məkkədən Mədinəyə göndərdi ki, Mədinədə olan məqbərələrin uçurulması məsələsini bu şəhərin alim və başçıları ilə müzakirə etsin. Nəticədə onların hətta zahirdə olsa belə, razılığını alsın. Bu məqsədlə bir iclas təşkil edildi.
Şeyx Abdullah məclisdə olanlardan soruşdu: “Bu günbəz və məqbərələrin uçurulması barədə nə deyirsiniz?” Onların bir çoxu canlarının qorxusundan cavab vermədilər. Bəziləri də razılıqlarını bildirdilər. Vəhhabilər də silah gücünə camaatı topladılar və Bəqiyə doğru istiqamətləndirdilər. Mədinə şəhərində və şəhərdən kənarda olan günbəz və zərihləri, cümlədən, imamların (ə) günbəz və məqbərələrini də uçurdular.
Peyğəmbərin (s) valideynləri Abdullah və Aminənin günbəzləri, Peyğəmbərin (s) qızları və yoldaşlarının qəbri, Peyğəmbərin (s) övladı İbrahimin hərəmi, Malik ibn Ənəs və Osmanın günbəzləri də məhv edildi. Vəhhabilər öz işlərinin nəticəsindən qorxaraq, Peyğəmbərin (s) hərəmini dağıtmaqdan çəkindilər.


Bəqinin uçurulmasına göstərilən reaksiya


Bəqinin xüsusilə də o qəbiristanda dəfn edilmiş imamların (ə) məqbərələrinin uçurulması xəbəri İranda xalqın hisslərinə bərk toxundu. Bu məsələ ölkə rəhbərliyində, o cümlədən baş nazirdə ciddi reaksiya doğurdu.
Bu münasibətlə mərhum ayətullah Müdərris hicri tarixilə 1344-cü il səfər ayının 10-u İslami (miladi 8 avqust 1925) Şura Məclisində (parlamentdə) çıxış etdi. Bundan sonra məsələyə nəzarət etmək üçün xüsusi komissiyanın təşkil olunmasını ciddi şəkildə izlədi. Mərcəi-təqlidlər, alimlər və dini hövzələr məktub və teleqraf vasitəsilə mübarək məkanlardakı qəbirlərin uçurulmasında rolu olmuş şəxslərin ciddi cəzalandırılmasını tələb etdilər. O zamandan indiyədək imamların qəbirlərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün çoxlu səylər göstərilmişdir ki, hamısı nəticəsiz qalmışdır.

 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 5203, 

Dostların veb səhifələri

15657885
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6289
7422
53432
15456216
133024
160067
15657885

sizin IP ünvanınız: 18.191.120.103
2024-12-22 18:47

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!