Məhəbbət Ocağı

Ailə

Ailə

الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌعِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌأَمَلا

"Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir" ("Kəhf" surəsi, ayə 46).

İlahi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasında ailə misilsiz rola malikdir. Ailə, insan yetişdirmək kimi müqəddəs bir vəzifəni qarşısına qoyduğundan, bu müəssisəni təşkil edən fərdlərin, yəni ata və ananın öhdəsinə böyük məsuliyyət düşür. Bu peyğəmbəranə işi layiqincə həyata keçirmək üçün ən düzgün yol, Allah kəlamına üz tutub onun təqdim etdiyi mükəmməl proqramdan bəhrələnməkdir. Çünki Quranın da əsas hədəfi gözəl insan yetişdirməkdir. Valideynlər bilməlidirlər ki, öz lütfü ilə onlara övlad bəxş etməklə ailə həyatını zinətləndirən Allah, əslində, ən qiymətli əmanətini onlara etibar etmiş olur. Tələbi isə yer üzünün bu kiçik əşrəfinə, kamala doğru gedən yolda müəyyən bir mərhələyədək bələdçilik etmələridir. Yaxşı bələdçi olmaq üçün isə yolu Quran nuru ilə işiqlandırıb, yalnız onun hidayətindən faydalanmaqla arzu olunan nəticəni əldə etmək olar. 
Əziz valideynlər, İlahi əmanətlərə xəyanət etməməyiniz üçün bu müqəddəs işdə Allah rəhbəriniz, Quran çırağınız, Peyğəmbər (s) örnəyiniz, Əhli-beytin (ə) könül oxşayan öyüdləri dayağınız olsun! 
İman Zeynəlabidin (ə) "Hüquq risaləsi"ndə belə buyurur: "Övladının sənin üzərində olan hüququ budur ki, o dünyanın xeyir və şərrində səninlə şərikdir. Sən övladının istər Allahı tanımaq və ona itaətlə bağlı rəftarı mövzusunda, istərsə də ictimai qanunlara ehtiram etməsi məsələsində məsuliyyət daşıyırsan. Elə isə övladının tərbiyəsi ilə məşğul ol ki, məsuliyyət daşıdığını başa düşsün".
Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətində buyurur: "Səni özümün bir hissəsi bilir və bütün vücudumla hiss edirəm. Belə ki, əgər sənə bir ziyan toxunsa, onu öz üzərimdə hiss edirəm. Və əgər sənin ölümün yetişsə, onu öz ölümüm bilərəm. Sənə olan lütfüm özümə olan iltifatım qədərdir. Buna görə də, bu məktubu sənə yazıram. Əgər sağ qalsam və ya bu dünya ilə vidalaşsam sənə tövsiyəm budur ki, Allahın göstərişlərinə riayət edib qəlbini həmişə Allah zikri ilə işiqlandırasan" (Nəhcül bəlağə, səh.474, Şeyx Muhəmməd Abduhun şərhi).

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 5791, 

Dostların veb səhifələri

15653554
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1958
7422
49101
15456216
128693
160067
15653554

sizin IP ünvanınız: 18.118.30.153
2024-12-22 06:41

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!