Məhəbbət Ocağı

Valideynlər övladlarının ilk və ən mühüm yetişdiricisidir

 

Valideynlər övladlarının ilk və ən mühüm yetişdiricisidir

 

Bir uşağın təlim-tərbiyəsində ən yaxşı məktəblərin təsiri olsa belə ailə ilə müqayisə olunmaz.

Uşaqların ən yaxşı müəllimləri onu oxumağa həvəsləndirən və onu dəstəkləyən valideynləridir. Elmə meyil, rəğbət uşaqların öyrənə biləcəyi ən əhəmiyyətli dərsdir. Valideynin rolu isə bir açar kimidir. Valideyn bu işi gerçəkləşdirir, məktəb isə onu yalnız təsdiq edib inkişaf etdirə bilər. Övladlarınıza yardım edin ki, elmə meyillənib onu daha yaxşı qavrasınlar. Daha çox öyrənməyə çalışaraq məktəb və onun xaricində uğurlar qazansınlar. Övladlarınıza cismi, ictimai, əqli və mənəvi cəhətdən inkişaf etməyə kömək edin. Övladlarınızı yaxşı başlanğıca hazırlamaq üçün bu işləri görə bilərsiniz:

  1. Övladınızla kitab oxumaq, söhbət etmək yolu ilə onu nitqdən istifadəyə və onun inkişafına sövq edin;
  2. Övladlarınızın dinləmək qabiliyyətini onunla söhbət etmək yolu ilə inkişaf etdirin;
  3. Övladınız üçün elə şərait yaradın ki, müxtəlif yaşlı insanlarla ünsiyyət qura bilsin;
  4. Övladınızın fəaliyyət və istedadlarına nəzarət etməklə, cismi inkişafına kömək edin.
  5. Övladınızda əhəmiyyətli məşğuliyyətlərdən zövqalma hissini formalaşdırın.

 

Körpələrin xahişi

 

Mənim əllərim balacadır. Lütfən yeri yığarkən, şəkil çəkərkən, yaxud top atarkən məndən qüsursuz bir iş tələb etməyin. Mənim ayaqlarım qısadır, xahiş edirəm yavaş yol gedin ki, sizinlə bərabər addımlaya bilim;

 

Mənim gözlərim dünyanı sizin kimi görmür. Lütfən, mənə izn verin əmin-amanlıq mühitində yaşayım. Zərurət olmadan mənə qadağalar qoymayın;

 

Ev işi həmişə var. Mən yalnız az bir müddətdə balaca olacam. Lütfən, bu gözəl dünya haqda hər şeyi mənə izah etmək üçün mənə vaxt ayırın və bu işi sevə-sevə görün.

 

Mənim duyğularım çox incədir. Lütfən, mənim ehtiyaclarıma qarşı həssas olun. Bütün günü məndə eyib axtarmayın. Çünki siz də istəməzsiniz ki, hər şeylə maraqlandığınıza görə sizdən irad tutsunlar. Özünüzlə necə rəftar olunmasını istəyirsinizsə, mənimlə də o cür rəftar edin;

 

Mən aləmlərin Pərvərdigarı tərəfindən xüsusi bir hədiyyəyəm. Lütfən, məni Allahın istədiyi kimi qoruyun. Məni əməllərimə qarşı məsuliyyətli yetişdirin. Yaşamaq üçün mənə yol göstərin. Məhəbbətlə mənə nizam-intizam öyrədin;

 

Mən inkişaf etmək üçün sizin təşviqinizə möhtacam. Lütfən mənim səhvlərimi tez bağışlayın. Məni tənqid etmədən də gördüyüm işlərin nöqsanını deyə bilərsiniz;

 

Lütfən, məni özümə aid işlərdə qərar çıxarmaqda azad buraxın. Qoyun məğlubiyyətə düçar olum. Mən bu yolla səhvlərimdən ibrət ala bilərəm və zaman keçdikçə həyatın məndən tələb etdiyi qərarları verməyə hazır olaram;

 

Lütfən, mənim əvəzimə iş görməyin. Yoxsa mən elə başa düşərəm ki, bütün əziyyətlərim hədərdir və sizin gözlədiyinizin əksinədir. Bilirəm çətindir, amma xahiş edirəm məni bacı və ya qardaşımla müqasiyə etməyin;

 

Məni dostlarımın, bacı-qardaşlarımın yanında danlamayın. Unutmayın ki, kiçik olsam  belə mənim də şəxsiyyətim var.

 

Həftənin axırı, bir tətil günü bizi tək qoymaqdan qorxmayın. Axı uşaqların da valideynlərindən ayrı qalmağa, tətil etməyə ehtiyacları var.

 

Lütfən, məni dini cəhətdən istiqamətləndirin. Dini mərasimləri mənə ya evdə öyrədin, ya da onun məktəbinə aparın. İlahi göstərişlərə əməl etmək üçün mənə yaxşı bir ülgü seçin.

 

Oyuncaq seçərkən

 

Əziz valideyinlər! Övladlarınız üçün oyuncaq seçərkən çalışın bu xüsusiyyətlərə malik olsun:

Oyuncaq hərəkətli və daşınan olsun;

Uşaq üçün yeni bir şey olsun;

Uşağın hisslərinin, idrakının təkamülünə, səsləri və rəngləri tanımasına yardım etsin;

Oyuncaq alarkən öz seçiminiz və oyuncağın gözəlliyindən əlavə övladınızın istəklərini nəzərə alın;

Plastilin, müxtəlif tikintilər qurmağa imkan yaradan rəngli kubiklər və ... uşağın yaradıcılıq qabiliyyətini artırır;

Kiçik maşınlar, tok qatarlar və bu kimi oyuncaqlar uşaqlarda böyüklərə oxşama ruhiyyəsini oyadır və onların quruculuq qüvvələrini artırır;

Topla oynamaq gələcəkdə işləri bölmək qabiliyyəti yaradır və uşağa eyni zamanda alıb-vermək imkanı verir. Başqaları ilə işləməyi öyrədir;

Gəlincik və ya heyvan oyuncaqları uşağın ən yaxın dostu hesab olunur və bu da onun anadan müvəqqəti ayrı qalmağına imkan yaradır;

Silahabənzər bəzi oyuncaqlar uşaqda özünə və başqalarına zərər vermək meyilini yaradır. Uşaqlara bu cür oyuncaqları vermək çox xətərlidir;

Oğlan və qız uşaqları üçün oyuncaq seçərkən diqqətli olmaq lazımdır, əks halda oğlanlar daha kobud, qızlar isə daha şıltaq ola bilərlər.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5631, 

Dostların veb səhifələri

15657552
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5956
7422
53099
15456216
132691
160067
15657552

sizin IP ünvanınız: 18.219.44.171
2024-12-22 18:16

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!