Məsləhətlər

Sağlamlığın yolu

 

Sağlamlığın yolu

 

Peyğəmbər (s): Hər bir şeyin yolu var. Dünyada sağlam olmağın dörd yolu var: az danışmaq, az yatmaq, az yerimək (yoruluncaya qədər yeriməmək), az yemək.

Peyğəmbər (s): Oruc tutun ki, sağlam olasınız.

Peyğəmbər (s): Səfərə çıxın ki, sağlam olasınız.

İmam Əli (ə): Gecənin (bir hissəsini) oyaqlığı bədənin sağlamlığıdır.

İmam Səccad (ə): Həcc və Ümrə yerinə yetirin ki, bədəniniz sağlam olsun, ruziniz çoxalsın və ailənizin ehtiyacları ödənsin.

 

Rahatlığın səbəbləri

Peyğəmbər (s): Bədən üç şeylə rahatlaşır və inkişaf edir: ətir, yumşaq paltar və bal yemək.

İmam Əli (ə): Xoş iy, bal, heyvana minmək və yaşıllığa tamaşa etmək qəm-qüssəni aradan qaldırıb sevinc gətirər.

İmam Sadiq (ə): Hər kəs sarı ayaqqabı geyinsə, onu cırana qədər sevinc içində olacaq.

İmam Sadiq (ə): Xoş əhval-ruhiyyə on şeydədir: yol getməkdə, heyvan minməkdə, suya baş vurmaqda, yaşıllığa baxmaqda, yemək və içməkdə, gözəl qadına baxmaqda (öz halalına), cinsi əlaqədə, dişləri təmizləməkdə, hamam və ya başqa yerdə “xətmi” (“gül suyu”) ilə baş yumaqda və adamlarla söhbət etməkdə.

İmam Rzanın (ə) fiqhi: Rəvayət edirəm ki, bədəni inkişaf etdirəcək və rahatladacaq bir şey varsa, o, bədəni ovuşdurmaq, yumşaq paltar geymək, ətirlənmək və hamama getməkdir. Əgər meyit ovuşdurulsa və o, yaşasa, mən bunu danmaram.

 

Uzunömürlülüyün səbəbləri

Peyğəmbər (s): Dörd şey ömrü uzadır: bakirə qızla evlənmək, isti su ilə çimmək, sağ tərəf üstə yatmaq və səhərlər alma yemək.

Peyğəmbər (s): İsti təbiətli insanları uzunömürlülüklə müjdələyin.

İmam Əli (ə): Hər kəs (dünyada) əbədi həyat olmaya-olmaya onu yaşamaq istəyirsə, səhər yeməyini tez yesin, axşam yeməyini gecikdirsin, az cinsi əlaqədə olsun və paltarını yüngülləşdirsin.

İmam Əli (ə): Əlləri yeməkdən qabaq və sonra yumaq ömrü uzadır.

 

Tez qocaldan şeylər

Peyğəmbər (s): Bir quru xurma ilə olsa belə şam yeməyini tərk etməyin. Qorxuram ki, ümmətim şam yeməyini yeməməsindən tez qocalsınlar. Çünki şam yeməyi qoca və cavanın qüvvəsidir.

İmam Sadiq (ə): Dörd şey qocalıq zamanı çatmamış insanı qocaldar: günəş altında qurudulmuş duzlu ət yemək, rütubətli yerdə əyləşmək, pilləkənlərlə qalxmaq və qocalarla cinsi əlaqədə olmaq.

 

Bədəni əldən salan şeylər

İmam Sadiq (ə): Üç şey bədəni əldən salır, bəzən də insanı öldürür: tox qarına hamama getmək, tox qarına cinsi əlaqədə olmaq və qocalarla evlənmək.

 

Qəm çəkmək və xəstəlik

Quran: “Yaqub oğlanlarından üz döndərdi və: “Heyf sənə yazıq Yusif” – dedi. Dərd-qəmdən Yaqubun gözlərinə ağ gəldi. O, bütün dərdini içində çəkirdi...” (“Yusif” surəsi, ayə 84)

Peyğəmbər (s): Hər kəsin qəmi çox olarsa bədəni xəstələnər.

Peyğəmbər (s): Qəm qocalığın yarısıdır.

İmam Əli (ə): Qəm iki qocalıqdan biridir.

İmam Əli (ə): Qəm bədəni zəiflədir.

İmam Əli (ə): Qəm bədəni arıqladır

İmam Əli (ə): Hüzn bədəni əldən salır.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5186, 

Dostların veb səhifələri

15662632
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2760
8276
11036
15493342
137771
160067
15662632

sizin IP ünvanınız: 18.118.28.160
2024-12-23 10:32

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!