Məsləhətlər

İslam nəzərində idman 2


İslam nəzərində idman 2


İslam dini idmana xüsusi önəm verir. Təkamülə çatdıracaq hər bir əməli, islam dəyərləndirir. İnsanın yaradılışından məqsəd Allaha çatmağı biliriksə, gərək idmanında bu yolda nə qədər təsirə malik olmasını anlayaq. Təbii ki, cihad və oruc kimi ilahi əmrləri yerinə yetirmək üçün, insanda sağlamlıq, güc və taqət lazımdır. İslam dini kamil bir din olduğu üçün, insanın xeyrinə olan hər bir şey barəsində fikrini bildirib. İslamın idman haqqında fikirlərini bilməkdən ötrü gərək Qurana, peyğəmbərlər və imamların həyatına nəzər salaq.

İdman quranda


Əsl güc, islam əmrlərini yerinə yetirə bilmək üçün sağlam bədənə malik olmaqdan ibarətdir. Quran, islam düşmənlərinin qarşısında dayanıb döyüşməyi istəyir. “ Bacardığınız qədər düşmən qarşısında dayanın ”. (Ənfal surəsi ayə 60) Deməli insan düşmən qarşısında durmaqla, Allah əmrinə əməl edərək Allahı

n sevimlisinə çevrilir. Təbii ki, güclü və qüvvətli olmaq üçün xüsusi bədən hərəkətlərinə ehtiyac vardır. Talut peyğəmbər haqqına Allah Quran belə buyurur: “Allah Talutun elmini və cismini güclü etmişdir ”. (Bəqərə surəsi ayə 247) Allah – taala bu ayədə elmin və bədənin güclülüyünü bir – birinin yanında gətirmişdir. Sanku Quran baxımından hakimlik etmək üçün yüksək elmə və güclü bədənə ehtiyac vatdır. Quranda ən çox adı çəkilən (136 dəfə) Musa peyğəmbər barəsində, Allah – taala belə buyurur: “Musa yetkinlik çağına çatıb kamil olan vaxtı, ona hikmət və elm verdik. Bu yolla yaxşı əməl sahiblərinə mükafat veririk”. (Qəsəs surəsi ayə 14) Qurani – Kərimi açıqlayan təfsir alimlərinin fikirlərinə əsasən, yetkinlik çağından məqsəd, Musanın “güclü” olmasıdır. Kamil sözündən məqsəd isə, “yaradılışın kamil forması və ədalətdir”. Bu ayəyə nəzər saldıqda aydın olur ki, cismani güc - qüvvətlə elm və hikmətə sahib olmaq arasında əlaqə vardır. Tarixə əsasən bəşərin hidayəti üçün Allah, yüz iyirmi dörd min peyğəmbər göndərmişdir. Onların heç biri zəif və qüsurlu olmamışdır. Hətta peyğəmbərlərin canişinlərində də bu qüsur və zəiflik olmayıb. Aydın olur ki, cismin güclü olması və sağlamlıq əsas amillərdən biridir. İmam Əli (ə) Misirdə nümayəndəsi olan Malik Əştərə göndərdiyi əhdnamədə, İslam qoşunu başçılarının xüsusiyyətlərini qeyd edir. O xüsusiyyətlərdən biridə, başçının çətinliklər qarşısında mökəm və güclü olmasını qeyd etmişdir. (İmam Əlinin fərmanları. Səhfə - 201)



İdman hədislərdə.


Müqəddəs İslam dinində insanın bədəni təhqir olunmayıb. Güclü olmaq dedikdə, bədənin enli və çəkinin ağır olması demək deyil. Bədən hansı formada olursa olsun sağlam və güclü olmalıdır. İslam, insanın bədənini dəyərsiz hesab etmir. Çünki insanın bədəni, təkamülə çatması üçün bir vasitədir. Hədislərdə bədənin sağlamlığı və güclü olması haqqında çoxlu göstərişlər qeyd olunmuşdur.
İslam peyğəmbəri (s) buyurmuşdur: “Güclü mömin zəif mömindən yaxşı və sevimlidir”. (İslam və tibb. Səhfə 263) Başqa bir hədisdə peyğəmbərimiz (s) buyurmuşdur: “İnsanın xoşbəxtçiliyi ondadır ki, İslam dinini qəbul edib, qazancı ilə öz yaşayışını təmin etsin və güclü bədənə sahib olsun”. (Bəharul ənvar. Cild 72, səhfə 67) İmam Əli (ə) buyurmuşdur: “Güclü və qüvvətli olmaq, ən gözəl nemətlərdər biridir”. (Ğurarul – hikəm. Cild 1, səhfə 263) İmam Hüseyn (ə) buyurmuşdur: “Ömrünüz boyu güclü olmaq üçün çalışın”. (Təhqul – uqul). Bu hədislərə fikir verərkən aydın olur ki, dünyada İslam qədər heç bir din bədən sağlamlığına və güclü olmağa bu qədər önəm vermir.

İdman İslamdan öncə


İslam dinindən öncə, idman haqqında məlumatımızın olması üçün, gərək Qurani – Kərimə və tarixə nəzər salaq. Qurana nəzər saldıqda İslam peyğəmbərindən (s) öncə idmanın olması nəzərə çarpır. Təbii ki, o dövrün insanları çətin şəraitdə yaşadıqları üçün ova və düşmən qarşısına çıxmaq üçün güclü bədənə malik olmalı idilər. Buda ardıcıl olaraq təlimlərlə hasil olurdu. İslam peyğəmbərindən (s) öncə yaşamış Talut, Davud, İsa, Musa və digər peyğəmbərlər, güclü bədənə malik olmalarının sayəsində, din və dövlət vəzifələri baxımından yüksək pillələrə çatmışdılar. Misal üçün, peyğəmbərlərin və canişinlərinin yadigarı kimi tanınmiş güləş idmanını göstərmək olar. Vaiz Kaşifi adlı İslam alimi güləşı, peyğəmbərlərin və canişinlərinin yadigari kimi qeyd edərək belə demişdir: Əgər soruşsalar ki, güləs nə vaxtdan qalmışdır de ki, Yəqub peyğəmbərin övladlarından. Çünki, Yəqub bu elmi bilirdi və övladlarına öyrətmişdir və deyərdi ki, bu elm düşmənlərin zərərindən amanda qalmaq üçündür. Hətta tarixə əsasən Adəm peyğəmbər dörd yüz qırx sənət (peşə) bilirdi ki, onlardan biridə güləş olmuşdur. Güləs, Adəm peyğəmbərdən gələn irsdir. (İslam alimləri baxışından bədən tərbiyəsi. Səhfə 150). Ayə və hədislərə nəzər saldıqda, idmanın İslamdan da qabaq olduğu aydın olur. Çünki, o dövrdə düşmən qarşısında güclü və qüvvətli olmaq, önəmli məsələlərdən biri olub. Peyğəmbərlərin tarixinə nəzər saldıqda onların dağlarla əlaqəsi olduğunu görürük. Təmiz hava qəbul etmələri, dağa çıxarkən güclü olmaları və Allahla tək

ikdə sirləşmələri üçün münasib yer olub. Nuh peyğəmbər Ağrı dağını, İbrahim və Musa peyğəmbər Tur dağını, İsa peyğəmbər Sair dağını, Muhəmməd (s) peyğəmbər də Nur dağında olan Həra mağarasını özləri üçün seçmişlər. (İlk universitet və sonuncu peyğəmbər. Səhfə 14 – 270) Adətən şəhərdən kənarda yerləşən dağları seçirdilər ki, o dağların xüsüsi havası və suyu vardır. Dağların xüsusi hava və suyu olduğu üçün, bədənin sağlamlığına çox böyük müsbət təsiri vardır. Xüsusəndə dağlarda olan ağaclar hər biri hər gün onlara maddələr özlərindən xaric edirlər ki, bu da insan sağlamlığına çox xeyirdir. Dağa çixarkən əzələlər və ayaqlar dahada möhkəm olur.

İslamın ilk çağlarında idman növləri


Quran və hədislərə əsasən müsəlmanın sağlam bədənə və güclü olmağa ehtiyacı vardır. İnsan fitrətində pisliyə nifrət, yaxşılıq etməyə meyl, ata – anaya qarşı mehriban olmağa çalışdğı kimi, sağlam bədənə və güclü olmağada meyillidir. Elə bir insan tapılmaz ki, sağlam olmaq və güclü olmaq istəməsin.İslamın ilk çağlarına nəzər salsaq, bir neçə növ idman növləri və o haqdda hədislər görəcəyik.


1) Ox atmaq

 İslam peyğəmbəri (s) buyurmuşdur: “Övladlarınıza ox atmağı öyrədin. Çünki ox atmaq düşmənin məhvinə səbəb olar”. (Kənzul – ummal. Cild -16, səhfə 443)


2) At sürmək

 İslam peyğəmbəri (s) buyurmuşdur: “Allah dərgahında ən yaxşı idman və oyun, ox atmaq və at sürməkdir ”. (Kənzul – ummal. Cild – 4, səhfə 344)


3 )Üzgüçülük

 İslam dininin xüsusi əhəmiyyət verdiyi və öyrönmək üçün təkid etdiyi idman növlərindən biridir. İslam peyğəmbəri (s) buyurmuşdur: “Ox atmağı və üzgüçülüyü övladlarınıza öyrədin ”. (Furue kafi. Cild – 6, səhfə 47). Yenə başqa bir hədisdə İslam peyğəmbəri buyurmuşdur: “Bədəni isitmək üçün ən yaxşı iş, üzgüçülükdür” (Mizanul – hikmət. Hədis – 18069)


4) Piyada gəzmək

 İslam piyada gəzməyi qida yemək kimi mühüm sayır. Qidaya olan ehtiyacımız kimi, piyada gəzməyədə ehtiyaclıyıq. İnsanın sağ qalması üçün qidaya ehtiyacı olduğu kimi, piyada gəzməklədə sağlam olaraq öz ömrünü uzada bilər. Piyada gəzməyin nə qədər insan həyatına xeyirli olduğunu hamımız bilirik. Xüsusəndə tənəffüs orqanlarına olan xeyri daha çoxdur. İslam dinində sağlamlıq üçün ən gözəl yol, piyada gəzməkdir. Düzdür piyada gəzmək xüsusi idman növü olmasada, yaşayışın önəmli məsələlərindən biri kimi hesab etmək olar. Kəbə evinin yeddi dəfə dövr etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə get – gəliş etmək buna əyani sübutdur. İslam peyğəmbəri (s) buyurmuşdur: “Allah adı çəkilməyən işdə xeyir yoxdur. Məgər bu dörd işdə: Ər – arvadın zarafataşması, atın tərbiyə olunması, üzgüçülüyü öyrənmək və piyada gəzmək”. (Kənzul – ummal. Cild – 2, səhfə 211) Yəni Allah adı ilə başlanmayan iş yarımçiq qalar yaxud sonu xeyirlə biməz hədisinə əsasən, bu dörd işdə Allah adı çəkilməsə belə, ziyanı yoxdur.


5) Güləş

 Elə bir idman növüdür ki, gözəl insani keyfiyyətləri, təvazökarlığı, fədakarlığı, qarşı tərəfə hörmət etməyi ve s.... xüsusiyyətləri özündə toplamışdır. Bildiyimiz kimi İslam peyğəmbərinin (s) rəftarı, sözü yaxud kiminsə hər hansı bir əməlini gördükdə susması, onun razılığını bildirir. Eləcədə tarixdə qeyd olunur ki, İslam peyğəmbəri (s) bir – biri ilə güləşən iki nəfəri görür və onları danlamır. (İlk universitet və sonuncu peyğəmbər. Səhfə 14, 207,237) Peyğəmbərin susması və onları danlamamsı, onun razılığını bildirir. Bir gün İslam peyğəmbəri (s) nəvələri İmam Həsən (ə) və İmam Hüseynlə (ə) qızı Xanım Fatimənin (ə) evinə daxil olur. Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseynə (ə) buyurur: “Qalxın və bir – birinizlə güləşin”. İmam Həsən (ə) və İmam Hüseyn(ə) güləşməyə başlayır. Xanım Fatimə (ə) evdə yox idi. Evə daxil olarkən övladlarının güləşdiyinə şahid olur və eşidir ki, atası (peyğəmbər) İmam Həsəni(ə) qələbəyə həvəsləndirərək buyurur: “Həsən tut, möhkəm saxla, onu yerə vur .... ”. Xanım Fatimə (ə) təəccüblə soruşdu: “Ya rəsuləllah, məgər qələbə üçün böyüyü dəstəkləyirsən? Böyük kiçiyə qələbə çalsın?” İslam peyğəmbəri (s) buyurdu: “Mən Həsəni (ə) qələbəyə dəstəkləyirəm, qardaşım Cəbrail mələk isə Hüseyni (ə) dəstəkləyir ” . (Qırx hədis. Səhfə 76)


6) Qılınc oynatma

İslam peyğəmbəri (s) buyurmuşdur: “Cənnət, qılıncların kölgəsi altındadır ”. (Mehdinin qiyamı. Səhfə - 93) İmam Cəfər Sadiq (ə) Ənfal surəsinin 60 – ci ayəsində işlədinlən “qüvvət” sözündən məqsəd, qılınc və qalxanı qeyd etmişdir. (“Onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın”)
7)Pəhləvanlıq. İslam peyğəmbəri (s) yol gedərkən bir qrup insanlarla rastlaşır. Camaatın arasında bir pəhləvanı görür ki, çəkisi ağır olan daşları qaldırır. Onun bu gücü camaatı çox təəccübləndirmişdir. İslam peyğəmbəri (s) buyurdu: “ Burada nə baş verir? ”Camaat dedi: Bu insan pəvləvandır. Çox ağır daşları qaldırır. Çox güclüdür. İslam peyğəmbəri (s) buyurdu: “Əsl pəhləvan camaatın böhtanlarının və acıdilliklərinin qarşısında, əsəblərini cilovlayan və səbr edəndir”. Təbii ki, peyğəmbər (s) güc baxımdan bu idman növünü pisləmir. Əxlaqi baxımından daxildəki əsl gücün necə olmasını qısa cümlə ilə izah edir. Səbrdən məqsəd, susmağın ifrat dərəcəsi nəzərdə tutulmur. Sadəcə insan özünü böhtan atan şəxsin səviyyəsinə qoymamasını bildirir. (Məaniyul - əxbar. Səhfə 348)
8)Dəvə və fil sürmək. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Hər hansı bir yarışlarda mərc etmək, qumaq olduğu üçün doğru deyildir. Məgər üç halda mərc etmək olar: 1)Ox atma və qılınc oynatma yarışlarında. 2)Yüyənli heyvanların yarışında. (at və dəvə kimi) 3)Ayaqları enli olan heyvanların yarışında. (fil və dəvə kimi) (Vəsailuş – şiə. Cild – 13, səhfə 348). Həmçinin bir çox hədis və tarixi mənbələrə əsasən, İslam peyğəmbəri (s) şəxsən özü dəvə yarışlarında iştirak edirdi. Bəzən qələbə çalardı, bəzəndə məğlub olardı.
9)Daş və nizə atmaq. Çobanlar öz işlərinə uyğun olaraq həmişə sapand atmaqla məşğul olarmışlar. Sürülərini, hücum edən heyvandan qorumaq üçün sapanda daş qoyaraq atıb vurardılar. Müdəqqəs Qurani – KərimdəTalut peyğəmbərin dövündə yaşayan zalım padşah Calutun, Davud peyğəmbərin vasitəsi ilə öldürülməsindən söz açaraq, belə buyurulur: “Allahın izni ilə onlar düşməni məğlub etdilər. Talutun qoşununda olan güclü və cavan Davud, Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi”.(Bəqərə surəsi ayə 251). Peyğəmbərlərin bir çoxunun peyğəmbərlikdən öncə çoban olmaların nəzərə alsaq, Davud peyğəmbərdə həmçinin peyğəmbərlikdən öncə çobanlıqla məşğul olmuşdur və bu məharət çobanlıq dövründən qalan bir bacarıq olmuşdur.

İdmanın zəkatı


Allah insana hər hansı bir nemət verirsə, onun qarşısında müəyyən vəzifələr təyin edir. Əgər birinin elmi və savadı vardırsa, gərək elminə əməl etsin, təvazökar olsun və xalqa xidmət etsin. İslam maarifi üç hissədən ibarətdir. 1)Usuliddin(yəni dinin kökü, əqidə və ideologiya) 2) Furuiddin (yəni dinin budağı, əməllər) 3)Əxlaq. Əməl bölməsi on hissədən ibarətdir. Onlardan biridə zəkatdır. Müəyyən mallar təyin olunmuş miqdarda olarsa, müəyyən hissəsini imkansız olanlara verilir. (Zəkat haqqında ətraflı məlumat əldə etmək istəyənlər, şəriət kitablarına müraciət edə bilərlər) İslam peyğəmbəri (s) buyurmusdur: “Hər bir şeyin zəkatı vardır ”.
Bədənin zəkatı oruc tutmaqdan, şücaətin zəkatı Allah yolunda döyüşməkdən, sağlamlığın zəkatı Allaha itaətdə çalışmaqdan, qələbənin zəkatı yaxşılıq və güzəşt etməkdən, qüdrətin zəkatı isə insaf və ədalətlə davranmaqdan ibarətdir. (Əlhəyat. Səh – 273)

İdmançının zəkatı və vəzifələri


Qeyd olunan beş xüsusiyyətə malik olduğu üçün, zəkatın hər birini ödəməlidir. Yəni idmançı gərək yüksək insani keyfiyyətlərə malik olsun. İdmançı gərək cəmiyyətə nümunə olsun. Necəki, peyğəmbərlərimiz və imamlarımız hər bir cəhətdən cəmiyyətə əxlaq nümunəsi olublar. “Peyğəmbərdə sizlər üçün bir nümunə vardır” (Əhzab surəsi ayə 21) “İbrahimdə sizlər üçün bir nümunə vardır” (Mumtəhinə surəsi ayə 4) “Allah siz əhli – beyti hər bir qüsurdan təmiz etdi” (Əhzab surəsi ayə 33)
İdmançı gərək təqvalı, (Allah halallarını halal, haramlarını haram sayan) , gözəl əməl sahibi, savadlı, güzəşt edən, zəifi qoruyan, təvazökar və nəfsi istəklərinə qələbə çalan olsun.
İdmandan hədəf nədir? Bu suala cavab vermək üçün İmam Əlinin (ə) məşhur Kumeyl duasından İmamın özü buyurduğu kimi cavabandıraq. “ İlahi sənə itaət və xidmət etmək üçün mənim üzvlərimi və bədənimi güclü et. Mənim fikir və düşüncələrimi daha da möhkəm et” .

İlahi dinimizə, millətimizə və ölkəmizə xidmət etmək üçün, bədənimizi sağlam, düşüncələrimizi möhkəm, gözümüzə nur, qolumuza qüvvət ver. Amin!

 

 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 5493, 

Dostların veb səhifələri

15662551
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2679
8276
10955
15493342
137690
160067
15662551

sizin IP ünvanınız: 18.218.5.216
2024-12-23 10:19

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!