Məsləhətlər

Təbəssümün faydaları

 
(0 votes)

Təbəssümün faydaları

Məsum İmamlar (ə) bizə gülərüzlü olmağı, təbəssüm etməyi tövsiyə ediblər. O cümlədən həzrət Fatimə (s) buyurub: "Möminlə üzləşərkən təbəssüm edən şəxsə cənnət vacib olar".

Elm və din baxımından gülüşün sağlamlıqda rolu

Psixoloqlar gülüşlə bədən sağlamlığı arasında yaxın əlaqə olduğunu bildirərək onun, sağlamlığın ən üstün dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər.

Onlardan bəziləri öz müalicələrini gülüşlə yerinə yetirərək sağlamlığı ruhun təravətində axtarırlar. Elmi tədqiqatlar da gülüşün insanın cismində, ruhunda, emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir.

Almaniyanın xəbər agentliyinin bildirdiyinə görə: "Almaniya tədqiqatçılarının apardıqları axtarışlar qəti surətdə sübut edir ki, gülüş, bütün bədənin istirahətinə (həyəcan zamanı çırpınan) ürəyin sakitləşməsinə və qan təzyiqinin düşməsinə kömək edir. Gülüş eləcə də mədə şirəsinin ifrazını təhrik edir və stressin səviyyəsində təsirli rolu olaraq bədənin təhlükəsizlik sistemini qüvvətləndirir". Bu tədqiqatçılar əlavə edirdlər ki: "Bir az gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına və fərdin iş qabiliyyətinə kömək edə bilər".

Korman Kazniz "Bir xəstəliyin izahı" kitabında qeyd edir ki, sağlam və təbii həyatı yenidən başlamaq üçün iflic xəstəliyilə necə mübarizə edib. O, inanır ki, onun əsas dərmanı gülüş olub.

"Mənfi kitab" əsərinin müəllifi Con Racer deyir: "Ağrının şiddətindən gözlərinə yuxu getməyən Kuzins adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə dəqiqəlik gülüşlə ağrılarını bir neçə saat sakitləşdirərək rahat yata bilər. O, bu yolla öz sağlamlığını geri qaytara bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. İnsan gülərkən bütün əzələləri və əsəbləri genişlənərək sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu üçün bir növ idmandır. Gülüş ağciyərin açılmasına və nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər inanırlar ki, gülüş ömrü uzadır. Şadlıq və gülüş dözülməz xəstəliklərin qarşısını almaqdan əlavə, böyüməkdə olan xərçəng xəstəliyinin də qarşısını alır.

Din xadimlərinin mövzular üzrə ensiklopediyası, səh. 164


 134, 

Dostların veb səhifələri

15660520
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
648
8276
8924
15493342
135659
160067
15660520

sizin IP ünvanınız: 18.118.120.13
2024-12-23 03:00

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!