Davud (ə) peyğəmbər

Rate this item
(1 Vote)
                                                                                              Həzrəti Davud (ə) Həzrəti Davud (ə) nübuvvət məqamında böyük peyğəmbərlərdəndir. Bəni-İsrail padşahı olmuş Həzrəti Davud (ə) Qurani-Kərimdə 16 dəfə zikr olunub. Onun adı Bəqərə, Nisa, Maidə, Ənam, İsra, Ənbiya, Nəml, Səba, Sad surələrində gəlmişdir. Onunla bağlı olan hadisələr ən çox Bəqərə və Sad surələrində öz əksini tapır. Həzrəti Davudun (ə) Allaha bəndəlik və ibadətdə…
[...]

Read more 0

YƏQUB PEYĞƏMBƏR.(ə)

Rate this item
(1 Vote)
                                     YƏQUB PEYĞƏMBƏR (ə) Həzrəti İbrahimin (ə) bəzi mənbəələrə əsasən bir neçə övladı olub. İshaq və İsmail peyğəmbərlər də  İbrahim peyğəmbərin oğlulları olublar . Atası İshaq peyğəmbər, anası isə Rufqə olub.  O, Adəm peyğəmbərin yer aləminə enişindən (Hibti Adəm tarixi) 3483 ildən sonra, qədim Kənan,  indiki  Fələstində dünyaya gəlib. Yəqubun  əkiz  doğulduğu qardaşının  adı, İys olub. Qardaşından sonra dünyaya gəldiyi üçün, adını Yəqub (yəni sonradan gələn) qoydular. Ləqəbi  İsra və ya İsrail olub. Bu ləqəblərin bir neçə  səbəbi və mənası vardır: Mənası, Allah bəndəsi…
[...]

Read more 0

ASSURiYALI PEYĞƏMBƏR SAHiBiNi GƏZDiRƏN QƏBR

Rate this item
(1 Vote)
  ASSURiYALI PEYĞƏMBƏR SAHiBiNi GƏZDiRƏN QƏBR İndiki İrak və Türkiyənin ərazisində yerləşən qədim Assuriya ölkəsi. İndi bu ölkə rəsmi olaraq yoxdur. Qurani – Kərimdə 4 yerdə adına rast gəlmək olur. Quranın 10 – cu surəsinə onun adı verilmişdir. Qədim Asur dövlətinin paytaxtı Nineva şəhərindəndir və oranın camaatına peyğəmbərlik etmişdir. 33 il peyğəmbərlik edib. Mürsəl peyğəmbərlərdəndir. Süleyman peyğəmbərdən sonra, İsa peyğəmbərdən öncə yaşayıb. Yüz min nəfərdən bir az çox əhalisi olan məntəqəyə təbliğat edib. (Saffat sur. ayə-129,147). 40 il yaşayıb. Bəzi tarixə əsasən 30 və ya 33 yaşında peyğəmbər oldu və 33 il peyğəmbərlik etdi. Yəni 40, 63 və ya 66…
[...]

Read more 0

Həzrət Yusif (ə)

Rate this item
(1 Vote)
Həzrət Yusif (ə) Məqam, nübuvvət, hökm   وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ «Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir». (Ənam surəsi, ayə-83)   «Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq» (Ənam surəsi, ayə-84). «Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi» (Ənam surəsi, ayə-85).…
[...]

Read more 0

Həzrət Yəqub (ə)

Rate this item
(1 Vote)
Həzrət Yəqub (ə) Həzrət Yəqub (ə) Həzrət İshaqın (ə) oğludur və İbrahim peyğəmbərin nəvəsidir. İbrahim peyğəmbərin bir neçə övladı olub, o cümlədən İsmail də İshaqın qardaşıdır. Həzrət Yəqub (ə) Adəm peyğəmbərin dövründən təxminən 3483 ildən sonra qədim Kənan, indiki  Fələstində dünyaya göz açmışdır. Bu nəslin silsiləsini Bəni-İsrail adlandırmışlar. Onun adı Qurani-Kərimdə 16 dəfə qeyd olunmuşdur (Yəqub adı ilə«Bəqərə», «Ali-İmran», «Nisa», «Ənam», «Hud», «Yusif», «Ali-İmran» və «Məryəm» surələrində 2 dəfə İsrail adı ilə yazılmışdır). Bu ayələrə əsasən, onun adlarından biri İsraildir. Tövratda həm İshaq peyğəmbər (ə), həm də onun arvadının hamilə olması barədə belə qeyd olunur: İshaq  peyğəmbər (ə) Bituilin qızı…
[...]

Read more 0

Həzrət Lut (ə)

Rate this item
(1 Vote)
  Həzrət Lut (ə)   Həzrət Lut (ə) İbrahim peyğəmbərə (ə) iman gətirmiş və onunla Babilə hicrət etmiş bir peğəmbər idi. O da başqa peyğəmbərlər kimi elm, hikmət sahibi və Allahın saleh bəndələrindən olmuşdur. Qurani-Kərimdə buyurulur: «Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər. Və onu Öz mərhəmətimizə daxil etdik. Çünki o, ləyaqətlilərdən idi» («Ənbiya» surəsi, ayə 74-75). Onun Həzrət İbrahimlə (ə) qohumluğu barəsində müxtəlif fikirlər mövcuddur. Bəziləri onun İbrahimin…
[...]

Read more 0

Tohidin qəhrəmanı İbrahim (ə)

Rate this item
(1 Vote)
Tohidin qəhrəmanı İbrahim (ə)   İbrahim Xəlil (ə) Allah-təalanın Quranda yad etdiyi kitab və şəriət sahibi olan böyük peyğəmbərlərindəndir. İbrahim Xəlil nübuvvət məqamından əlavə imamətə də çatmış ilahi bir elçidir. Onun adı Qurani-kərimin 25 surəsində 69 dəfə çəkilmişdir. Quran çox az peyğəmbərləri İbrahim kimi ali sifətlərlə mədh etmişdir: O, əzəldən dərrakəli və Allahpərəst bir insan olmuşdur.  “Həqiqətən, Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik” (“Ənbiya” surəsi, ayə 51). O, kamalın…
[...]

Read more 0

Saleh peyğəmbər (ə)

Rate this item
(1 Vote)
Saleh peyğəmbər (ə) Salehin (ə) qövmü Ad qövmündən sonra yaşamışdır. Bu qövm o qədər inkişaf etmişdi ki, aran yerlərdə qəsrlər ucaldır, dağlarda isə evlər tikirdilər. Yayda qəsrlərdə, qışda dağlarda yaşayırdılar. Belə ki, Qurani-kərim buyurur: وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الأرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا فَاذْكُرُوا آلاءَ اللَّهِ وَلا تَعْثَوْا فِي الأرْضِ مُفْسِدِينَ “Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın”…
[...]

Read more 0

Nuh peyğəmbər (ə)

Rate this item
(1 Vote)
Nuh peyğəmbər (ə)   Adəmdən (ə) sonra bəşəriyyətin ikinci atası Nuh (ə) hesab olunur. O, ilk müstəqil ilahi din, kitab sahibi olmuş və doqquz yüz əlli il ümməti arasında təbliğ etmişdir. Bu uzunmüddətli təbliğə baxmayaraq, ümmətindən yalnız səksən nəfər onun dinini qəbul etmiş, qalanları isə töhmət, iftira, etirazlar etməkdən belə çəkinməmişdilər. Müqəddəs Qurani-kərimdə iyirmi səkkiz surənin qırx üç ayəsində Nuh peyğəmbərin əhvalatı nəql olunmuşdur. Qövmünün etdiyi zülümlər, ona verilən narəvə nisbətlər və s. öz əksini belə tapmışdır:   كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ “...Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq “cin vurmuş bir dəlidir” – demişdilər” (“Qəmər” surəsi, ayə…
[...]

Read more 0

Hud (ə)

Rate this item
(1 Vote)
Hud (ə)   İlahi hikmət və iradənin hökmü ilə Adəm oğullarının səmavi xilafəti yer üzündə davam etməli idi. Ona görə də Nuh (ə) qövmünün həlak edilməsindən sonra yeni bir nəsil meydana gəldi. Belə ki, Quranda buyurulur:   فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ “Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq” (“Ənam” surəsi, ayə 6).   Allah yeni nəsillərin hidayəti üçün peyğəmbərlər göndərdi. “Yunus” surəsinin 74-cü ayəsində deyilir:   ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِ رُسُلا إِلَى قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ ... “Sonra (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Onlar öz…
[...]

Read more 0

İdris peyğəmbər

Rate this item
(1 Vote)
İdris peyğəmbər   آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ   “Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): “Onun elçilərinin heç biri arasında fərq qoymuruq” (“Bəqərə” surəsi, ayə 285).      Quran Adəm (ə) və Nuh (ə) arasında olan zaman fasiləsində açıq şəkildə hər hansı bir peyğəmbərin adını çəkmir. Lakin tarixi mənbələrə görə bu dövrdə Adəm övladlarından bir çox peyğəmbərlər gəlib getmişdir ki, onlardan biri də Quranda adı iki dəfə çəkilən İdris (ə)…
[...]

Read more 0

Həzrət Adəm (ə)

Rate this item
(1 Vote)
Həzrət Adəm (ə) Qurani-Kərim İlahi bir möcüzə olaraq, bəşəriyyəti hidayət etmək və onu mənəvi kamala çatdırmaq hədəfini daşıyır. İnsan isə hərtərəfli bir varlıq olduğu üçün Quran da müxtəlif hidayət yollarından və üsullarından istifadə edir. Quran insan və cəmiyyətlə bağlı çoxsaylı məsələləri özündə əks etdirərək müxtəlif əxlaqi və həyati dəyərləri ən gözəl tərzdə bəyan edir. Onun ən təsirli və gözəl üsullarından biri də hekayə və rəvayət vasitəsilə istənilən həqiqəti və dəyərləri təbliğ etməsidir. Bu hekayələr və rəvayətlər həqiqətə əsaslandığı üçün Quran ən etibarlı tarixi bir mənbə hesab olunur.  Quranın ən maraqlı hekayələrindən biri də bəşərin atası sayılan ilk peyğəmbər həzrət Adəmin…
[...]

Read more 0

Dostların veb səhifələri

15655555
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3959
7422
51102
15456216
130694
160067
15655555

sizin IP ünvanınız: 18.191.218.234
2024-12-22 12:12

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!