Nur Silsiləsi

Tohidin qəhrəmanı İbrahim (ə)

Tohidin qəhrəmanı İbrahim (ə)

 

İbrahim Xəlil (ə) Allah-təalanın Quranda yad etdiyi kitab və şəriət sahibi olan böyük peyğəmbərlərindəndir. İbrahim Xəlil nübuvvət məqamından əlavə imamətə də çatmış ilahi bir elçidir. Onun adı Qurani-kərimin 25 surəsində 69 dəfə çəkilmişdir.

Quran çox az peyğəmbərləri İbrahim kimi ali sifətlərlə mədh etmişdir:

  1. O, əzəldən dərrakəli və Allahpərəst bir insan olmuşdur.

 “Həqiqətən, Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik” (“Ənbiya” surəsi, ayə 51).

  1. O, kamalın elə bir dərəcəsinə çatmışdı ki, qəlb gözü ilə yer və göylərin mələklərini görürdü və sağlam bir imana sahib idi.

 “Beləcə İbrahimə göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik ... inananlardan olması üçün” (“Ənam” surəsi, ayə 75).

  1. O, əməl və danışığında siddiq (doğruçu) bir peyğəmbər idi.

وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا

“Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi”.

  1. O, insanlara xeyir verən, bəsirətli, daim axirəti xatırlayan ixlaslı, əməli saleh seçilmiş bir peyğəmbər idi.

 “Bizim (elmi, cismani və maddi) qüvvətlər və bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal”.

“Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik”.

Əlbəttə, onlar Bizim yanımızda seçilmişlərdən və yaxşılardandır (“Sad” surəsi, ayə 45-47).

  1. Həzrət İbrahim (ə) ulul-əzm peyğəmbərlərdən idi.

“(Ya Peyğəmbər! Yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı)...”

Həzrət İbrahim (ə) Babildə dünyaya gəlmişdi. O zaman Babili başdan-başa bütpərəstlik bürümüşdü. Ona ən yaxın insan olan (əmisi) Azər belə bütpərəst idi. Həzrət İbrahim (ə) əvvəlcə evinin içində olan yaxınlarını islah etməyə başlayır:

 “O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!”

 “Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Bun agörə də mənə tabe ol, səni doğru yola yönəldim” (“Məryəm” surəsi, ayə 42-43)

İbrahimin (ə) güclü məntiqi Azərə təsir etmədi və onu hədələyərək dedi:

“Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!” (“Məryəm” surəsi, ayə 46)

Azərin bu kobudluğu qarşısında İbrahimin (ə) cavabı belə oldu:

“(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır”.

“Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım ümidi ilə öz Rəbbimi çağırıram” (“Məryəm” surəsi, ayə 47-48).

 

İbrahimin (ə) Azərə müjdəsi

Bu cümlələrdən İbrahimin (ə) qarşısındakı ədəbi aydın olur. İbrahim (ə) onun hidayətindən məyus olmur və Azərə bəşarət verir ki, Allah dərgahından onun üçün bağışlanma istəyəcək. Amma Azərin hidayət olunmayacağını gördükdə ondan uzaqlaşır və onun üçün bağışlanma istəmir (“Tövbə” surəsi, ayə 114; “Mumtəhinə” surəsi, ayə 4).

Risalət əsrində müsəlmanlar İbrahimin (ə) öz atası üçün məğfirət istəməsini sübut gətirərək dünyadan getmiş müşrik ata-babaları üçün Allahdan bağışlanmaq diləyirdilər. Amma İbrahim (ə) atasının hidayət olunacağına ümid etdiyi üçün onun əvəzindən istiğfar etdi. Amma Azərin hidayətindən məyus olduqda daha bağışlanma istəmədi. Bir halda ki, siz müsəlmanlar dünyadan müşrik getmiş yaxud hidayət olunacaqlarına azacıq belə ümid olmayan şəxslər üçün bağışlanma istəyirsiniz.

Azər kim idi?

Təfsirçilərin bəzisi bu ayələrdəki “ﺍﺏ” (“Əb”) sözünü “ata” kimi qəbul etmiş və onu İbrahimin (ə) həqiqi atası bilmişlər. Bu halda iki çətinlik yaranır:

  1. Tövratda İbrahimin (ə) atasının adı “تارح” (“Tarih”) kimi gəlmişdir, Azər yox.
  2. Peyğəmbərlərin ata-babaları ən azından müvəhhid olmuşlar, müşrik yox. Bu halda müşrik Azər necə İbrahimin (ə) atası ola bilər?!

Ərəb lüğətində “ﺍﺏ” kəlməsi “والد” (“ata”) kəlməsindən tam fərqlənir. “ﺍﺏ” kəlməsi həqiqi atadan başqası haqda da işlənir.

 “والد” kəlməsi isə yalnız həqiqi ataya aid edilir. Məsələn: Yaqub öz övladlarından soruşdu: “Mənim ölümümdən sonra kimə pərəstiş edəcəksiniz?” Yəni tovhid yolundan azmayacaqsınız ki?!

Cavab verdilər: “...(Halbuki, Yəqub) öz oğlanlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) “sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq” demişdilər” (“Bəqərə” surəsi, ayə 133).

Ayədən aydın olur ki, Yəqubun övladları İsmaili də öz atalarından biri hesab edir. Əslində isə İsmail onların əmisi idi. Amma “والد” kəlməsi yalnız həqiqi ata üçün işlənir. Quran isə Azər haqda yalnız “ﺍﺏ” kəlməsini işlədir, “والد”  yox. Buna görə də “ﺍﺏ” kəlməsinin burada yalnız dayı və ya əmi kimi bir başçı mənasında olmasına bir işarədir.

İbrahim (ə) gənclik illərində Babildə keçirir. Sonra Azərlə Fələstinə hicrət edir və daha Azər üçün bağışlanma istəmir. Amma başqa bir ayədə İbrahimin (ə) qoca vaxtı öz atası üçün istiğfar etdiyini görürük:

“Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!” (“İbrahim” surəsi, ayə 41).

Nəzərə almaq lazımdır ki,  o, Allahdan öz atası üçün o zaman bağışlanma istədi ki, əvvəlcə İsmail və anasını Allah evinin kənarında yerləşdirmişdi (“İbrahim” surəsi, ayə 39). Həmçinin, İbrhim (ə) Azərdən gənc yaşında elə Babildə ayrıldı və dah onun üçün istiğfar etmədi. Deməli buradan belə nəticəyə gəlmək olar ki, qoca vaxtı öz ata-ansı üçün etdiyi dua bütpərəst Azər üçün deyildi.

 

Ulduzpərəstlərlə mübahisə

Babilin ziyalıları ay, ulduz, günəşə, digər təbəqəsi isə yonulmuş bütlərə pərəstiş edirdi. İbrahim (ə) öz mübhisələrində bu səma cisimlərinin, yer və oradakı insanların idarəçisi olmasının qeyri-mümkünlüyünü sübut etməyə çalışırdı. İbrahimin (ə) qövmü elə bilirdi ki, bu səma cisimləri həmin Yaradandır.

İbrahim (ə) onları başa salmaq üçün ulduzu gördükdə dedi: “Bu mənim Allahımdır”.

Amma o batdıqda edi: “Mən batanları sevmirəm”.

Sonra parlayan ayı gördükdə dedi: “mənim Allahım budur”.

Amma ay batdıqda dedi: “Əgər Pərvərdigarım məni hidayət etməsə, yolumu azacam”.

Günəşi gördükdə isə “Mənim Rəbbim budur, çünki bu onların ikisindən də böyükdür” – dedi.

Günəş qürub etdikdə dedi: “Mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam”.

Bununla İbrahim demək istəyir ki, bu cisimlərin batması onların dünya və insanlar üzərində heç bir hökmranlığının olmamasına sübutdur və onların dünyanın Xaliqinə heç bir bənzərliyi yoxdur.

İnsan öz yaşam və inkişafında, hər an öz Xaliqinə ehtiyaclıdır və hər an ondan faydalanır. Əks halda insanın və yerin həyat çırağı sönər. Belə bir uzun müddətli ehtiyacın təmin olunması Xaliqin daimi varlığı fasiləsiz əlaqəsi ilə mümkündür.

Görürük ki, ulduz, ay və günəş işıq saçdıqda və insanla əlaqələri olur, batdıqda isə bu əlaqə tam kəsilir. Bu halda onlar daim öz Rəbbinə ehtiyacı olan insan üçün necə Rəbb ola bilərlər.

 “Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlı və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir” (“Hədid” surəsi, ayə 4).

İbrahim (ə) insanları başa salmaq üçün əvvəlcə ulduz, günəş və ayın Rəbb olması fərziyyəsini irəli sürür, sonra isə onların batmasını dəlil gətirərək Rəbb olmalarını rədd edir:

 “(Onlar) Dedilər: “Biz bütlərə ibadət edirik və daima onlarla birgəyik, onların dərgahlarına başımızı qoyuruq”

(İbrahim) dedi: “(Onları) Çağırdığınız zaman səsinizi eşidirlərmi (və istəyinizi yerinə yetirirlərmi?)”

“Yaxud sizə xeyir və zərər verirlərmi?”

 “Dedilər: “(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük” (“Şuəra” surəsi, ayə 70-74).

İbrahim (ə) müşriklərin məbudundan uzaqlaşdı. Bu iş onlara ağır gəldi və onunla mücadilə etməyə başladılar.

O isə onlara belə cavab verdi: 

“Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: “Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?” (“Ənam” surəsi, ayə 80)

Başqa bir ayədə deyir:

“Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!” (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər) (“Ənam” surəsi, ayə 81).

Bu iki ayədən anlaşılır ki, İbrahimin (ə) qövmü, onu öz Allahlarının qəzəbi ilə hədələdi. İbrahim (ə) isə onlara belə cavab verdi: “Siz qorxmalısınız, mən yox. Çünki sizin sitayiş etdikləriniz Allahın cansız, ruhsuz məxluqlarıdır. Onlardan mənə heç zaman bəla gəlməz. Amma siz qorxun, çünki qüdrətinə heç bir dəlil olmayan məxluqu Allaha şərik qoşursunuz və ona ibadət edirsiniz”.

Quran ayələrinin sonunda İbrahimin (ə) elm və biliyini, onun başqalarından üstünlüyü hesab edir:

“O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcəucaldırıq (“Ənam” surəsi, ayə 83).

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5761, 

Dostların veb səhifələri

15657068
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5472
7422
52615
15456216
132207
160067
15657068

sizin IP ünvanınız: 3.139.234.68
2024-12-22 17:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!