Nur Silsiləsi

Həzrət Yusif (ə)

Həzrət Yusif (ə)

Məqam, nübuvvət, hökm

 

وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

«Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir». (Ənam surəsi, ayə-83)

 

«Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq» (Ənam surəsi, ayə-84).

«Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi» (Ənam surəsi, ayə-85).

«Biz, həmçinin İsmaili, Yəsə, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq» (Ənam surəsi, ayə-86).

«Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)» (Ənam surəsi, ayə-89).

Həzrət Yusif (ə) ilahi peyğəmbərlərdən biridir və Quranda onun mübarək adı 27 dəfə zikr olunmuşdur. Quranın 12-ci surəsi 111 ayədən ibarətdir və əvvəldən axıra qədər Yusifin sərgüzəştindən danışır. Anasının adı Raheldir. O, Yəqub (ə) peyğəmbərin oğludur, İshaqın (ə) nəvəsi və İbrahimin (ə) nəticəsidir. Nübuvvət nəslindən olan dördüncü peyğəmbərdir. Doğulduğu yer Həran (Həran və ya Fəran) vilayətidir. Qədim Həran İraq və Suriya arasında yerləşən bir vilayət olub. Yusifin on bir qardaşı olub və onlardan təkcə Binyamin Yusiflə  bir ananın övladları olublar. Yusif 110 il ömür sürüb.

Yusifin yuxusu

Yusifin uşaq ikən gördüyü ilahi yuxu onun gələcəkdə böyük bir şəxsiyyət olmasından xəbər verirdi. Şirin yuxuda olduğu bir gecədə qeyri-adi bir röya gördü və səhər açılan kimi öz yuxusunu atasına belə ərz etdi:

Bir zaman Yusif atasına demişdir: «Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördümki, onlarmənəsəcdə (təzim) edirlər» (Yusif surəsi, ayə-4).

Həzrət Yəqub (ə) yuxunun yozumunu çox gözəl bilirdi və Yusifin qardaşlarından onu sirr kimi saxladı və Yusifə dedi:

(AtasıYəqub) dedi: «Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki şeytanin sanların açıq-aşkar düşmənidir.

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!» (Yusif surəsi, ayə 5-6)

Yusifin həmin yuxusu və digər ilahi ilhamlar Yəqubun (ə) Yusifin mübarək çöhrəsində xüsusi bir əzəmət əlamətini müşahidə etməsinə səbəb oldu və anladı ki, Yusif adi bir insan deyil. Allah tərəfindən seçilmiş peyğəmbərdir. Yəqub oğlunu bu səbəbə görə çox qoruyurdu ki, ümmətin gələcək peyğəmbəridir, amma oğlanları Yəqubun Yusifə qarşı olan məhəbbətinə həsəd və kin bəslədilər. Bu səbəbdən də onu dərin quyuya atdılar. Evə qayıdan da isə atalarına yalandan dedilər ki, Yusifi canavar parçalayıb və öldürüb.

Bu hadisə çox rəvayətlərdə qeyd olunub, həmçinin «Yusif» surəsində də zikr olunur. Yəqub uzun illər itmiş oğluna göz yaşı axıtdı və nəticədə gözləri tutuldu. Yusifin həyatında irəliləyiş əsasən Misirdən başlayıb. Belə ki o, yoldan ötən bir ticarət karvanının köməyi ilə quyudan xilas olur və o karvanla birlikdə Misirə daxil olur. Karvan başçısı onu qul bazarında yüksək qiymətə Misirin müşaviri Potivara satır. Bundan sonra o, Potivarın sarayında yaşayır. Yusif öz gözəlliyi, isməti, iffəti və xoş əxlaqı ilə hamının diqqətini özünə cəlb etmişdi.

 

İxlas və bəndəlik

Yusif və Züleyxanın macərası

Potivarın xanımı Züleyxa Yusifi uşaqlıqdan çox bəyəndiyi üçün ona sarayda xüsusi diqqət yetirirdi. Lakin Yusif gənc yaşına çatanda Züleyxa artıq ona aşiq olduvə öz hisslərini heç cür cilovlaya bilməyib Yusifə bildirdi.

«Doğrudan da (qadın) onameylsalmışdı.ƏgərRəbbinindəlilini (xəbərdarlığını) görməsəydi, (Yusifdə) onameyledərdi.Biz pisliyivəbiabırçılığı (zinanı) ondansovuşdurmaqüçünbeləetdik. O, həqiqətən, Bizimsadiqbəndələrimizdəndir!» (Yusif surəsi, ayə-24)

Yusif dedi: «Mən Rəbbimə pənah aparıram ki, məni bu günahdan qorusun. Sizin yoldaşınızın mənim üzərimdə olan haqqı böyükdür. Hər kim yaxşılığı xəyanətlə əvəz etsə, onu ilahi əzab gözləyir».

(Yusif) dedi: «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram» (Yusif surəsi, ayə-33).

 

Həzrət Yusifin (ə) fəaliyyətləri

Yusifin (ə) ilk öncə işi Misirdə ilahi təbliğat olub və oradakı insanları bütpərəstlikdən xilas edərək təkallahlığa dəvət edib. Onun bu işi uğurla nəticələnib. Həmçinin Misirin şahı onun üçün şərait yaradıb ki, məbəd kahinlərini yanlış bir etiqad kimi xalqa tanıtdırsın. Bundan başqa öz ilahi elm və uzaqgörənliyi ilə Misir əhalisini yeddi il qıtlıqdan xilas edib.

Həzrət Yusifin (ə) sərgüzəştində təqvanın nəticəsi

«Yusif» surəsinin sonuncu ayəsi ilahi peyğəmbərin gördükləri bir çox çətinliklərin müqabilində səbr etməsinə işarə olunur.

Yusif Misirin əzizi idi. Qardaşları qıtlıq səbəbindən Misirə gəldikdə Yusif onları tanıdı və etdikləri əzaba baxmayaraq, onları əliboş qaytarmadı.

(Yəqubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: «Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!»

(Yusif) onlardan: «Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?» – deyə soruşdu.

Onlar: «Yoxsa sən Yusifin özüsən?!» – dedilər. O da: «Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!» – deyə cavab verdi.

Onlar: «Allaha and olsunki, Allah sənibizdənüstünetmişdir. Biz isə (səninbarəndə), sözsüzki, günahetmişik!» – dedilər (Yusif surəsi, ayə 88-91)

 

Həzrət Yusifin (ə) isməti barəsinə əsassız şübhələr

Bəzi şəxslər Həzrət Yusifin (ə) ismətinə şübhə ilə yanaşmışlar və şübhə bundan ibarətdir: Yusif qardaşlarının buğda payını ayırıb onlara verdi və sonra qardaşlarının buğda üçün verdikləri pulu isə xəbərsiz buğda kisələrinin arasına qoymağı öz qulamına buyurdu. Əsasən bu şübhəni irəli sürüb demişlər ki, Həzrət Yusif (ə) beytül-maldan əvəzsiz pay verdiyi üçün səhv edib və bu hərəkət onun ismətinə uyğun deyil.

 

Şübhənin məntiqi ünsürləri və cavabları

Şübhəsiz ki, Həzrət Yusifin (ə) məsumluğuna bütün müsəlmanların etiqadı var.

(Yusif) xidmətçilərinə dedi: «Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!» (Yusif surəsi, 62) – bu şübhəyə cavab verir.

Bundan başqa Yusif bu yola onların yenidən Misirə qayıdacaqlarına ümid edirdi. Beytül-mala gəlincə isə Misirdə beytül-mal məzlumların, imkansızların və həddən artıq yoxsulların haqqı kimi qanuni qüvvədə idi. Bu qanun müəyyən səbəblərə görə digər ölkələrə də şamil olurdu. Yusif ailəsinin qıtlıq üzündən Misirə üz tutmasını və ondan kömək istəməsini rədd edə bilməzdi. Həm doğmalarını düşünür, həm də ilahi qanunlara riayət edirdi.

 

Yusifin ömrünün son anları və dəfn olunduğu məkan

Yusifin neçə il ömür sürməsi haqqında tarixçilər arasında ixtilaflar meydana gəlmişdir. Bəziləri bu sayı 110 il, digərləri isə 120 il demişlər. Həzrət Yusif (ə) cəmiyyət arasında o qədər izzət, məhəbbət qazanmışdı ki, ölümündən sonra bir çox tayfalar onun cənazəsini öz məkanlarına yaxın bir yerdə dəfn etmək istədilər ki, bu mübarək vücudun məskunlaşdığı torpaqdan bəhrələnə bilsinlər. Amma sonda bu fikrin tayfalar arasında ixtilaf yaratmaması üçün hamı bir rəy əsasında toplaşdı və qərara gəldilər ki, onun mübarək cənazəsini hamının istifadə etdiyi Nil çayında dəfn etsinlər. Səbəb də bu idi ki, qəbrin üstündən axan Nilin suyundan hamı istifadə edə bilərdi və bu suyun bərəkətindən feyz alacaqdılar. Nəhayət, onu Nilin ortasında dəfn etdilər və Bəni-İsrail Misirdən xaric olana qədər məzar burada qaldı. Amma Həzrət Musanın (ə) zamanında Musa (ə) cənazəni qəbirdən çıxarıb Fələstinə apardı və Yusifin (ə) vəsiyyətinə uyğun dəfn etdi.

Təbərsi bu barədə belə deyir: «Yusif vəfat etdikdən sonra onu mərmər daşından olan tabuta qoydular və Nilin ortasında dəfn etdilər. Musa (ə) cənazəni Fələstinə aparıb Yusifin atalarının yanında dəf etdi, hazırkı altı guşəli Beytül-Müqəddəs Qüdsi Xəlil adı ilə tanınmış məkanda Yusifin məzarı mövcuddur»(«Məcməul-bəyan», c.5, səh.262-266; «Təfsiri-Safi», səh.253)

Yusifin risaləti

And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(möcüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: «Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!» – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar! (Ğafir, 34)

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!» (Yusif, 6)

 

Yusifin elmi

(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq! (Yusif, 22)

İlahiyyatçı, Sara Zahidqızı          

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5992, 

Dostların veb səhifələri

15657016
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5420
7422
52563
15456216
132155
160067
15657016

sizin IP ünvanınız: 18.219.255.63
2024-12-22 17:14

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!