Quran Coğrafiyası

Quranda qədim Babilin mövqeyi

Quranda qədim Babilin mövqeyi

 

Qədim Babil şəhəri Bağdadda Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında  Hillə şəhərinin 88 kilometrliyində yerləşir. Babil (Akkad dilindəki «Allahın qapısı» mənasını verən «Bab-İllu» sözlərindəndir) E.ə.II minilliyin əvvəllərində Mesopotomiyada mövcud olmuş  dünyanın ən qədim və böyük şəhərlərindən biridir. Babilin tarixi üç dövrə bölünür: 

(e.ə. XIX-XVI); 

(e.ə. XVI-XII);

(e.ə. VII-VI).

Fəratın yanında Babilin viranələri indiki Xəlic çayının kənarında qərar tutur. Bu məntəqə əvvəllər həmişə Şumer və Akkadların münaqişə meydanı olmuşdur. Sonralar tarixi hadisələr nəticəsində oranın əhalisi həm farslardan ibarət olmuş, həm də irq və mənsəbinə görə qarışıq bir millət təşkil etmişdir. Nəticədə, buranın əhalisi Aşurilər və Babillilər tayfalarındanibarət olmuşdur. Akkadlar və Şumerlər Babilin başlanğıcından xəbər verir. Əlbəttə, Akkadların qələbəsindən sonra buranın daimi sakinləri haqqında dəqiq məlumat əldə olunmayıb. Bəzi mənbələrdə qeyd olunduğu kimi, buranın əhalisi ya Şumerlər, ya da Akkadlardır. Hər iki tayfa bir-birinə yaxındır.

 

Hammurabi qanunu

 

Qədim Babilin güclü dövlətə çevrilməsi prosesi kral Hammurabinin (e.ə. 1792-1750-ci illər) hakimiyyəti zamanı baş vermişdir.

Hammurabi Şumer və Akkadları fəth edərək Babil imperatorluğunun ilk kralı olmuşdur. Babil padşahları silsiləsindən Hammurabi ilk dəfə qanun təsis edən məşhur və iqtidar bir şah olmuşdur.

Bəxti Nəsir şahlığı

Bəxti Nəsir Babilin dördüncü silsiləsindən olan şahdır. Bu şah Uraşlimə həmlə edib öz əsarətinə salmışdır. Bəxti Nəsir Babilin məşhur şahlarındandır. Onun şöhrəti haqqında yəhudilərin müqəddəs kitablarında geniş məlumatlar qeyd olunur.

 

Dövrün əzəmətli şəhəri

 

Babil şəhəri öz dövründə elmi inkişafla yanaşı, hündür aşırımlar, geniş ibadət yerləri, gözəl sallanmış yaşıllıqlarla dolu bağlar, nizamlı yollar, böyük, hündür və hər tərəfdən şəhəri əhatə edən divarlar, hərəkətli körpülər, iri suvarma kanalları ilə seçilən və tanınmış əzəmətli bir şəhər olub. Qədim tarixçilər öz yazılarında bu şəhəri öz dövrünün böyük paytaxtı kimi vurğulamışlar.Babildə təbabət və kimya elmləri də olmuşdur, ancaq onlar cadugərlik və maqiya ilə bağlı idilər. Çunki Babildə kahinlər bu elmə yiyələnib ona dini don geydirmişdilər. Tibb ilə bağlı isə digər məmləkətlərdən fərqli olaraq Babildə artıq anotomoya elmi geniş inkişaf etmişdi. Habelə, orada insan bədəninin orqanları üzərində araşdırma aparılmış və vahid sistem şəklində tanıtdırılmışdır. Buna görə də Babil təbibləri uğurla nəticələnən cərrahiyyə əməliyyatları apara bilirdilər.

Qədim babillilərin coğrafiya elmi haqqında anlayışları olmuşdur. Babilin və ümumiyyətlə bütün Mesopotamiyanın elmi və texniki nailiyyətləri bütün dünyada elmin inkişafına təkan vermişdir. Bura elm almaq üçün başqa ölkələrin istedadlı insanları gəlirdilər.Öz vətənlərinə dönəndən sonra onlar orada öyrəndiyi elmi inkişaf etdirirdilər. Beləliklə, biliklər bütün dünyaya yayılmağa başlamışdır. İlk yunan mütəfəkkirləri də elmi öyrənmək üçün Babilə gəlirdilər.

Babilin fəthi

 

Babil qəməri təqviminin 539-cu ilində Həxamənişinin (miladdan əvvəl III-IV əsrlərdə İranda hakim sülalə) əli ilə fəth olundu və yəhudilər əsarət altına düşdülər. Sonralar isə onlar Uraşlimi qaytarmaq üçün azadlığa buraxıldılar.

Həmçinin Makidoniyalı İskəndər Həxamənişinin ordusunu məğlub etdikdən sonra öz ordusu ilə birlikdə Babilə daxil oldu. Babil hakimləri şəhərin darvazalarını qaliblərin üzünə açdılar. Babil kahinləri İskəndəri Babilistan padşahı elan etdilər. İskəndər Babili öz paytaxtına çevirmək qərarına gəldi. Makidoniyalı İskəndər orada müstəmləkəçi hakimiyyəti qurdu və şəhərin mərkəzini öz öhdəçiliyinə götürdü. Lakin onun qəfil ölümü imperatorluğun narahatçılığına səbəb oldu və Babil tədricən öz hakimiyyətini əldən verdi.

 

Babil Quran və təfsirdə

 

Babil Bəyni-nəhreyndə (iki çayın ortasında) yerləşən İbrahimin (ə) oda atıldığı məkandır. Babil Quranda«Babil» kəlməsi ilə(«Bəqərə» surəsi, ayə 102)  bir dəfə Harut və Marutun camaata sehr öyrətdiyi məkan ünvanında gəlmişdir. Bəzi rəvayətlərdə nəql olunur ki, İbrahim (ə) camaatla və Nəmrudla burada münazirələr etmişdir. Həmçinin bütləri sındırmasını da Babilin yaxınlığına nisbət vermişlər.

Müfəssirlərin çoxu yazır: «İbrahim (ə) bu şəhəri şirkdən təmizləməyə çalışmışdır. Şəhərin sakinlərini hidayət etmək üçün çoxlu çalışdıqdan sonra yalnız Lut (ə) ona iman gətirmiş və onlar birlikdə bu şəhərdən hicrət etmişlər.»

Allah-taala «Bəqərə» surəsinin 102-ci ayəsində yəhudilərin hər şeyə irad tutmaları, gətirdikləri bəhanələri və onların şeytani əməllərdən olan sehr-caduyla məşğul olmalarını puç bir iş kimivurğulayır. Həmçinin Babildə olan iki mələyi, Harut və Marutu onlar üçün gələn imtahan kimi tanıtdırır.

 

وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَانَ ۖ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَٰكِنَّ الشَّيَاطِينَ كَفَرُوايُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ .........

 

(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): «Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!» – deməmiş heç kəsə sehr öyrətmirdilər... (Bəqərə surəsi, ayə 102)

 

Tarixi hadisələr

 

Həmçinin Babilin tarixi ilə bağlı qeyd olunur ki, Habil və Qabil bu şəhərdə məskunlaşmışlar. Babil Nuhun (ə) tufanından sonra ilk tikilən şəhərdir. Tarixi sənədlərə əsasən, Babil yəhudilərin sürgün olunduğu yer kimi də tanınmışdır və onlara etdikləri fitnə-fəsada görə ayələrdə təkidlə işarə olunmuşdur.

 

وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا

Biz İsrail oğullarına kitabda (Tövratda): «Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!» – deyə bildirdik («İsra» surəsi, ayə 4).

 

İlahiyyatçı, islamşünas: Sara Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 7021, 

Dostların veb səhifələri

15657504
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5908
7422
53051
15456216
132643
160067
15657504

sizin IP ünvanınız: 3.144.248.150
2024-12-22 18:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!