Quran Coğrafiyası

Müqəddəs Tuva vadisi

 
(0 votes)

                                                                     Müqəddəs Tuva vadisi

Tuva vadisi Sina dağının ətəyində yerləşir. Qurani-kərimdə və tarixdə bu vadi müqəddəs məkan kimi tanınmışdır. Tuva vadisi həmin yerdir ki, Musa (ə) ailəsi ilə oranı sığınacaq seçmişdi və məhz bu məkanda övladı dünyaya gəlmişdi.

«Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).

(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: «Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!»

 

(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: «Ya Musa!

Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!

Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!

Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!»   Taha 9-12

Musanın (ə) çətinliyə düşdüyü yer Beytul-müqəddəsin cənubunda yerləşən Tur vadisi idi.

Allah-taala Fironun leşkərini suda qərq edənə qədər Musa (ə) çətin bir şəraitlə uzləşir. İrəli gedə bilmirdi, çünki yəhudilər onu qəbul etmirdilər. Əgər Musa (ə) qayıtsaydı Firon onu məhv edəcəkdi. Elə bu səbəbdən Sinada sərgərdan qalır. Musanın Sinada sərgərdan qaldığı müddət 40 il çəkir. Həmçinin Musa həmin məkanda dünyasını dəyişmişdir. Onun dəfn olunduğu yerin adı «Muab» dır. Amma bu tam dəqiq məlumat deyil. Bu məlumat bir rəvayətə görə nəql olunub, çünki Həzrəti Yəqubun (ə) zamanından Musaya (ə) qədər təqribən 350 il fasilə var.

Bəni-İsrailin sərgərdan qaldığı “Tih” səhrası

Bəni-İsrail Fironun zülmündən xilas olduqdan sonra Musa onları müqəddəs torpaqlara, Şam və Beytul-Müqəddəsə aparmaq əmrini aldı. Onların Sina səhrasında neçə müddətə yol getməsi barədə dəqiq məlumat əldə olunmayıb. Qurani-Kərimdə onların ilk yetişdiyi şəhərin müqəddəs torpaqlardan olduğu deyilir. Bəni-İsrailin Musaya (ə) qarşı itaətsizlik edən tayfası həmin müqəddəsə torpaqlara ayaq qoya bilmədilər. Çünki, Allah onların şəhərə girişini qadağan etdi.

Qadağan olunmuş şəhər

Təfsirçilər ümumən onların yetişdikləri ilk şəhərin adının Əreyha olduğunu qeyd ediblər. Bəni-İsrail oranı fəth etmək üçün yerli əhali ilə müharibə etməyə məcbur idi. Həmin şəhərdə çox güclü və hündürboy adamlar yaşayırdı. Deyilənlərə görə onlar Nuh peyğəmbərin nəslindən idilər. Musa Bəni-İsrailin on iki tayfasının hər birindən bir nəfər seçib özlərindən öncə şəhərə göndərərək vəziyyəti bilmək istədi. Həmin on iki nəfər Əreyha şəhərinin yaxınlığına gəlib güclü, hündürboy insanları görməklə yanaşı çoxlu təəccüblü şeylər müşahidə etdilər. Musanın yanına qayıdıb gördüklərini ona xəbər verincə Musa cavabında dedi: “Orada gördüklərinizi kimsəyə deməyin!”

İki nəfərdən başqa qalan on həfər gördüklərini Bəni-İsrailə xəbər verdi və xəbər yayılaraq onların canına qorxu saldı. Misirə qayıtmaq fikrinə düşdülər. Amma iki nəfər (Benyaminin tayfasından olan Yuşə ibni Nun Yəhud və Kalib ibni Yufənna)[1] nə qədər çalışdılarsa camaatı fikrindən döndərə bilmədilər. Allah-Təala o iki nəfərin dilindən hekayət edərək buyurur:

“Ey camaat! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz”[2].

“Onlar dedilər: "Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca bir ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.[3]

Hətta bunun ardından camaat həyasızlığını və imansızlığını bildirən sözlər dedilər.

(İsrail oğulları) dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq".[4]

Məqsədləri bu idi ki, sən öz Allahının köməyi ilə get onlarla döyüş, elə ki, qüdrətləri məhv edib qılınclarını əllərindən aldın, onları və şəhəri fəth etdin və orada heç bir mane qalmadıqda bizə xəbər ver, biz də rahatlıqla şəhərə daxil olub orada olan nemətlərdən bəhrələnək. Bütün bu sözlər Musanın pak qəlbinə ox yarası vururdu. Halbuki, bu xalq Fironun qarşısında zəlil, xar idi və heç nəyi deməyə hüquqları yox idi. O qədər əzab-əziyyətdən sonra ilahi möcüzə və nişanələri ilə Fironu məhv edib onları xilas etmiş bu böyük peyğəmbərə yad bir adam kimi xəcalət çəkmədən deyirdilər: “Sən Allahınla gedib müharibə et və biz burada oturmuşuq”. Odur ki, Musa ümidi həmişə olduğu kimi Allahına üz tutdu və bu məsələni həll etmək üçün Ondan kömək istədi:

(Musa) dedi: "Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!"[5]

Allah-Təala Musanın duasını qəbul etdi. Etdikləri ədəbsizliyə görə şəhərə daxil olmağı onlara haram etdi və Musaya xitab edib buyurdu:

“(Allah Musaya) buyurdu: "Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!"[6]

Beləliklə o qorxaq tayfa Əriha şəhərinə daxil ola bilmədi. O gündən sonra Allahın buyurduğu kimi düz qırx il biyabanda sərgərdan oldular.[7] Hər gün səhər yuxudan ayıldıqdan axşama qədər yol gedir, amma sabahı günü özlərini yenə də həmin yerdə görürdülər. Bu müddət ərzində onların hamısı öldülər. Məşhur nəzəriyyəyə görə, Musa və Harun da dünyadan köçdülər. Qırx il keçəndən sonra Musadan sonra peyğəmbərliyə yetişən Yuşə ibni Nun onların övladlarını özüylə götürüb Əriha şəhərinə yollandı.

 

[1] Yəhud böyüklərindən idilər və Musaya ürəkdən iman gətirmişdilər, haqqa itaət edirdilər.

[2] Maidə-21

[3] Maidə-22

[4] Maidə-24

[5] Maidə-25

[6] Maidə-26

[7] Bəzi mənbələrdə həmin məkan Tih, Teyyə vadisi kimi tanıtdırılıb

Quranda coğrafi məkanlar, 1-ci cild, Sara Əmirzadə


 144, 

Dostların veb səhifələri

15657454
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5858
7422
53001
15456216
132593
160067
15657454

sizin IP ünvanınız: 52.15.109.209
2024-12-22 18:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!