Quran Ziyafəti

Tövbə etməyin səbəbləri

 
(0 votes)

Tövbə etməyin səbəbləri

Quran hansı əməlləri bağışlanmanın səbəbləri kimi tanıtdırır?

Qurani-Kərimdə bir sıra əməllər qeyd olunmuşdur ki, insanın günahlarının bağışlanmasına səbəb olur.  O cümlədən Tövbə İman və saleh əməl, təqva, hicrət, cihad və şəhadət, gizlində sədəqə vermək və bəxşiş vermək, borc vermək və kiçik günahların bağışlanmasına səbəb olan böyük günahlardan çəkinmək.

 Bütün günahların tövbə və saleh əməllə bağışlanması

Allah-Taalanın bütün günahları bağışlamasının səbəbi nədir?

Quran ayələri göstərir ki, bir neçə şərtlə Allahın rəhmət və bəxşiş qapıları bütün bəndələrin üzünə istisnasız olaraq açılmışdır. O şərtlərdən biri bəndənin günah etdikdən sonra özünə gələrək tutduğu yolu dəyişməsi, üzünü Allah dərgahına çevirməsi, Onun əmrləri müqabilində təslim olması və tövbə etdikdən sonra tövbəsinə sadiq qaldığını öz əməli ilə göstərməsidir. Nəticədə, nə şirk, nə də başqa bir günah istisna edilməmişdir. Həmçinin, bu ümumi əfv və rəhmətin geniş olmasının şərtlərə malik olması inkar olunmazdır.

Tövbənin davamlılığı

Tövbəmizin davamlı olması üçün nə etməliyik?

Tövbəkarın günaha dönməməsi üçün tövbə daimi olmalıdır. Aşağıda qeyd olunan məqamlara da diqqət etmək lazımdır:
1. Günah mühitindən uzaqlaşmaq, günah məclislərində iştirak etməmək;
2. Dostlarını, ətrafındakıları bir daha gözdən keçirmək;
3. Günah vəsvəsəsi, günah marağı onda özünü göstərdiyi zaman Allahı xatırlamaq;
4. Tərk etdiyi günahın zərərli təsirləri barədə daima düşünmək;
5. Gecə-gündüz vaxtını düzgün proqramlarla doldurmaq və s.

Dilin günahlardan qorunması – ayə və hədislərdə

Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?

Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.

Xalis tövbə

Xalis tövbə nədir və onun hansı faydaları vardır?

Tövbəni beş mərhələdə xülasələşdirə bilərik: Günahı tərk etmək, peşmançılıq, gələcəkdə günahdan çəkinmək qərarı, keçmişdə etdiklərinin əvəzini qaytarmaq, bağışlanmaq diləmək. Peyğəmbərdən nəql olunmuş hədisə görə “xalis tövbə” tövbə edən şəxsin süd döşə qayıtmadığı kimi, tövbə etdikdən sonra heç zaman günaha qayıtmamasıdır.”

Pisliklərin yaxşılıqlara şevrilməsində məqsəd

Tövbə edənlər barədə pisliklərin yaxşılıqlara çevrilməsində məqsəd nədir?

Pisliklərin yaxşılıqlara çevilməsi bir neçə formada izah edilir. İzahlardan biri belədir ki, Allah-taala öz lütf, kərəm, fəzilət və mükafatına görə tövbədən sonra insanın pis əməllərini aradan qaldırır və onların yerini yaxşı əməllərlə doldurur.

Nəfsi saflaşdırmada özünü tanıma ehtiyacı

Özünütanıma nəfsi saflaşdırmaya necə səbəb ola bilər?

Nəfsin saflaşdırılmasında, əxlaqın düzəldilməsində və insani səciyyələrin kamala çatdırılmasında ilk atılan addımlardan biri özünütanımadır. Çünki, özünütanıma nəfsin əzəmət və dəyərini bilməyə, nəfsi istəklərin təhlükəli olduğunu və insan səadəti ilə ziddiyyət təşkil etdiyini anlamağa, onunla mübarizəyə hazır olmağa səbəb olur. Habelə, insanın təkamülündən ötrü Allah tərəfindən vücudunda qərarlaşdırılmış müxtəlif istedadlardan agah olmağa, çirkin xüsusiyyətlərin kökünü tanımağa gətirib çıxarır, eyni zamanda da Allahı tanımağın ən yaxşı yoludur.

Nəsuh tövbəsi nə deməkdir?

Nəsuh tövbədən məqsəd nədir?

 “Nəsuh tövbə” dedikdə, tövbəkar şəxsin günahları kökündən kəsməsi, bir daha onlara dönməməsi başa düşülür. Bəziləri onu xalis tövbə, bəziləri də “nəsahət” maddəsindən olduğunu deyərək, “tikmək” mənasında bilirlər. Yəni, günah din və iman pərdələrini dəldiyi üçün tövbə növbəti dəfə onları bərpa edərək tikir.

Görəsən, ağıl da günahkarın tövbəsini qəbul etməyə sifariş edirmi?

Əqli baxımdan tövbənin qəbulu

Tövbənin qəbulunun vacibliyi aqillərin üslubuna uyğundur. Yəni, ağıl tövbə və üzrxahlığın qəbulunu vacib bilməsəydi belə, dünya aqillərinin üslubuna əsasən, yanlış iş gördükdən sonra üzr istəyən, işinin mənfi təsirlərini aradan qaldıran şəxsin tövbə və üzrü məqbuldur. Əks təqdirdə, üzrü qəbul etməyən şəxs kin-küdurətli, davranışı isə insanlığa və əxlaqa zidd sayılır.
Şübhəsiz, sonsuz qüdrət sahibi olan Allah-taala hər kəsdən və hər şeydən ehtiyacsızdır. Odur ki, qeyd edilən şərtlərlə tövbəkarların tövbəsini, üzrünü qəbul etməyə, həmçinin cəzalarından keçməyə daha layiqdir.

Tövbəkarların dərəcələri

Tövbəkarları neçə qismə bölmək olar?

Tövbə edənləri dörd qismə bölmək olar:
1. Günahdan tövbə edib, bir müddət sonra tövbəsini pozanlar;
2. Günahdan tövbə edib, bəzi günahlarda şəhvətin üstələməsi nəticəsində tövbəsini pozanlar;
3. Günahdan tövbə edib, böyük günahlardan çəkindiyi halda, tövbəni pozmaq qəsdi olmadan bəzi günahları yerinə yetirənlər;
4. Günahdan tövbə edib, möhkəm iradə ilə tövbəsindən dönməyənlər.

AEENE-RAHMAT - Mərhəmət dini-İslam maarifi saytı,  Aliməqamlı mərceyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazi

 

 

 

 145, 

Dostların veb səhifələri

15657027
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5431
7422
52574
15456216
132166
160067
15657027

sizin IP ünvanınız: 3.21.105.46
2024-12-22 17:15

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!