Tibb

Şadlıq və sevinc

 

Şadlıq və sevinc

Rahatlıq bəşərin ən mühüm və dəyərli itkilərindəndir. Onu əldə etmək üçün hər qapını döyür. Qorxu və nigarançılıq dünyaya bağlılığın nişanəsidir. İnsan əsassız bir şeyə söykəndikdə daim narahatlıq hissi keçirər.

Dünya məhəbbətində qərq olan şəxslər təlaş içində çapalayaraq hər an təhlükə hiss edər,  onun-bunun qabağına qaçaraq minnət götürməyə məcbur olarlar. Onlar zahiri bər-bəzəyə güvənməklə iztirablardan xilas olmağa çalışsalar da nəhayətdə bunu bacarmazlar. Qurani-kərim Cəhənnəm atəşinə düçar olanlar haqda buyurur:

 

إرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ

أُولَئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ

“Dünya həyatına şad olaraq ona ürək bağlayanlar”

“Onların qalacaqları yer qazandıqlarının cəzası olaraq oddur” (“Yunis” surəsi, ayə 7-8).

 

وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلا مَتَاعُ الْغُرُورِ

“Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir” (“Hədid” surəsi, ayə 20).

 

ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

“Buna səbəb odur ki, yalnız Allah haqqdır və (müşriklərin) Onun yerinə çağırdıqları batildir”  (“Həcc” surəsi, ayə 62).

 

İnsan iki yolla zərərə düşə bilər: ya keçmişdə malik olduğu şeyləri əldən verməklə, ya da gələcəkdə sahib olacağı şeyləri itirməklə. İman hissi hər iki halda insana rahatlıq bəxş edib onu narahatçılıqdan qoruyar. Çünki mömin insanı nə keçmişin, nə də gələcəyin qorxusu qəmləndirər. Necə ki Quranda bu barədə deyilir:

 

إِنَّ الَّذِينَ آمَنُوا ... وَعَمِلَ صَالِحًا فَلا خَوْفٌ عَلَيْهِمْ وَلا هُمْ يَحْزَنُونَ

“Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün  bir qorxu yoxdur və onlar qəmgin olmazlar” (“Maidə” surəsi, ayə 69).

 

Mərhum Şəhid Mütəhhəri buyurub: “Sevinc – xoş və ləzzət bağışlayan bir haldır. O arzu və məqsədə çatdıqdan sonra baş verir. Qəm-qüssə isə xoşagəlməz və əzablı bir haldır ki, arzu və məqsədlər puç olduqda yaranır. İslam dini insan fitrətinə uyğun bir dindir. Odur ki, insanın təbii ehtiyacları ilə tam uyğun gəlir. İslam dini öz ardıcıllarını faydalı sevincə, qurucu və şərəfləndirici işlərə dəvət edir. Belə ki, əyləncələrdən münasib vaxtda həddi aşmamaqla istifadə etmək insana ruh yüksəkliyi bəxş edir və həyatı yekahənglikdən çıxarır”.

 

Əli (ə) buyurub: “Qəlblər də bədənlər kimi yorulur, taqətdən düşür və istirahətə ehtiyacı olur. Bu halda onlar üçün gözəl və şadlıq yaradan işlər tapın” .

 

Başqa bir rəvayətdə isə belə buyurub: “Mömin öz gecə-gündüzünü üç hissəyə bölməlidir. Bir hissəsini Allahla razi-niyaza, bir hissəsini dolanışığını təmin etməyə, bir hissəsini isə halal və xoş ləzzətlərdən faydalanmağa ayırmalıdır”.

 

Rahatlıq insan ruhunda qəm-qüssəni azaldan və insanın batini sevincini aşkara çıxarıb, onu bir anlıq bütün qəm-qüssədən azad edə bilən bir haldır. Rahatlıq xoş bir hissdir ki, razılıq və qələbədən yaranır. Təlatümlü qəlblərin aramlığı yalnız Allaha imandadır.

 

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər” (“Ənfal” surəsi, ayə 2).

 

Həqiqi iman gətirənlər o kəslərdir ki, Allahı zikr etdikdə qəlblərini qorxu bürüyər, Onun ayələri oxunduqda, əzəmətli nemətləri, ehsan və mükafatları xatırlandıqda Allah haqqında hüsni-zənn etməklə qəlbləri aram olur və imanları artır.   Allaha təvəkkül etməklə həyatın eniş-yoxuşlarında Ona güvənir, işlərini Onun öhdəsinə qoyurlar. Həmçinin mükafat üçün Allaha ümid bəsləyirlər.

“Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiklərimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər".

Ayədə olan namaz, zəkat və onlara riayət etməyi xatırlama Allaha və Onun məxluqunun hüquqlarına ehtiram üçündür. Ayə hamını bu hüquqlara diqqətlə yanaşmağa çağırır.

 

أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

“Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır” (“Ənfal” surəsi, ayə 4).

Onların gözəl və təravətli behiştdə ali məqamları vardır. Mərhəmətli Tanrı Öz geniş və əbədi nemətini onlara əta edəcək. Ayədən belə aydın olur ki, həqiqi iman sahibləri deyilən fəzilətli xüsusiyyətlərə malik olanlardır.

Allahı yad etməklə qəlbinə xovf düşməyən, ayələri eşitməklə imanı artmayan, namazı onun qayda-qanunlarını layiqincə yerinə yetirməyən, malının zəkatını verməyən, yeganə Allaha təvəkkül və güvəni olmayan və s. belə bir şəxs iman nemətindən bəhrələnə bilməz.

Ayədə deyilən xüsusiyyətlər seçilmiş iman gətirənlərə aiddir, hər iman gətirənlərə yox.  İmanlı insanlar iman və etiqad cəhətdən fərqli ola bilərlər. İman və əməl cəhətdən onlardan aşağı səviyyədə olanlar da iman əhli hesab olunur. İbn Abbas deyir: “Bu ayələrdən aydın olur ki, küfr əhlinin varlığın Yaradıcısından heç bir qorxusu olmaz və onlar bu xüsusiyyətə malik deyillər”.

 

Həqiqi rahatlıq, iman və təqva işığında

 

أَلا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لا خَوْفٌ عَلَيْهِمْ وَلا هُمْ يَحْزَنُونَ

“Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün nə bir qorxu var və nə də onlar qəmgin olarlar” (“Yunis” surəsi, ayə 62).

 

Ayə bu dünya və axirətin rahatlığının yalnız xalis, mərifətli imanın və təqvanın girovunda olduğunu göstərir. Elə buna görədir ki, Allah, Onun əmrlərinə boyun əyib yaşamını Onun göstərişləri əsasında quran saleh əməl sahiblərini sevir. Onların Qiyamət günündə nə cəzadan qorxuları olacaq, nə də qəmgin olacaqlar.

Dördüncü imam həzrət Zeynəl-Abidin (ə) Allah dostlarının sifətlərini belə açıqlayır: Allahın haram buyurduqlarından çəkinib Onun qanunlarına hörmət edər, Peyğəmbərinin göstərişlərinə əməl edər. Bu müvəqqəti sarayda təqvanı özünə şüar edərək Allahın əzəmətli mükafatına müştaq olan, halal və pak ruzi axtarıb onun haqqını ödəyən şəxslərdir. Bunlar o kəslərdir ki, Mütəal Allah qazandıqlarını onlar üçün mübarək və davamlı edər, axirət azuqələrinə görə mükafatlarını verər.

 

الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ* لَهُمُ الْبُشْرَى فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الآخِرَةِ لا تَبْدِيلَ لِكَلِمَاتِ اللَّهِ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“O kəslər ki, iman gətirib, həmişə (günahlardan) çəkinirdilər”. “Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır Allahın kəlamlarında heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!” (“Yunis” surəsi, ayə ayə 63-64)

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5733, 

Dostların veb səhifələri

15663223
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3351
8276
11627
15493342
138362
160067
15663223

sizin IP ünvanınız: 3.21.244.34
2024-12-23 11:56

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!