Tibb

Asqırmaq və onun mahiyyəti

 

Asqırmaq və onun mahiyyəti

 

Havada olan toz və mikrobları insan nəfəs alma vasitəsi ilə daxilinə çəkir. Onu özümüzdən xaric etmək üçün Allah asqırmağı nemət olaraq bizə verib. 

Amma bəziləri asqırmağı uğursuz əlamət sayıblar: «Bu səbr əlamətidir. Əgər bir yerə getmək, ya bir işi yerinə yetirmək istəyəndə asqırsan, ya dayan, ya da bir neçə an yerindən tərpənmə!» Tək asqırsan işlərim yaxşı, cüt asqırsan işlərim çətin olacaq. Məgər insanın xoşbəxtçiliyi bir asqırığa bağlıdır? Bu əqidə də xurafat və əsassız adətlərdəndir. Onun heç bir əqli və şəri bünövrəsi yoxdur. Təəccüblüdür ki, bu xurafatın başlanğıcı İslamdan öncəyə, yəni cahiliyyət dövrünə aiddir. Cahiliyyət əsrini əhatə edən tarixi mənbələrdə yazılıb: «Ərəblər asqırığı nəhs əlamət olaraq qəbul edib onu mütləq baş verəcək təhlükənin başlanğıcı sayırdılar. Buna görə də, asqırıq səsi eşidən zaman: «onun bəlası itlərimin canına düşsün» deyərdilər. Əgər öncədən şəxsi münasibətləri pozulmuş şəxs asqırsaydı, «mənə yox, öz canına düşsün» deyərdilər.

Yazılanlara görə ərəb padşahlarından birinin nağıl-dastan danışanı var imiş. Bir gecə nağıl danışan şəxs birdən şiddətlə asqırır.Padşah bərk qəzəblənir. Nağılçı padşahın əl-ayağına düşüb: «Mən bu işdə iradə sahibi deyildim və bu soyuqladığım üçün oldu» deyir.

Qəzəb alovunda yanan padşah deyir: «Əgər asqırmağının həmişə bu cür olduğuna sübut gətirməsən, öldürüləcəksən!» Nağılçı da sabahı gün onun asqırığının həmişə şiddətli olduğuna şahidlik etməsi üçün bir nəfərə çoxlu pul verib padşahın yanında gətirir. Şahid təzim-ehtiramdan sonra deyir: «Mən şahidəm ki, o, bir gün şiddətli şəkildə asqırdı. Hətta asqırığının şiddətindən bir dişi də düşdü!» Bu xurafatın əksinə olaraq, pak imamlardan (ə) olan rəvayətlərdə asqırmaq, afiyət və salamatlığın amili adlanmış, onun insan cismi və ruhu üçün bərəkətli olduğu bildirilmişdir:

«Əsnəmək şeytandandır, asqırmaq isə Allah-Taala tərəfindəndir».

Əsnəmək süstlüyə, yuxulu olmağa və bədənin fəaliyyətə hazır olmamasına işarədir. Amma asqırmaq Allahın rəhmət və lütfünün müjdəsi olub, insanı işə, fəaliyyətə şövq edir. İslamın əziz Peyğəmbəri (s) bir hədisdə buyurub: «Xəstənin asqırmağı onun üçün salamatlıq nişanəsi, bədən üçün xeyir və rahatlıqdır».

İmam Sadiqdən (ə) rəvayət olunub: «Asqıran şəxs yeddi gün ölümdən amandadır».

Asqırmağın mənəvi təsiri haqqında İmam Rzadan (ə) nəql olunub: «Allah-Taala bəndəsinə bir nemət versə və o, nemətin şükrünü unudsa, Allah onun bədənində (ağ ciyərdə) bir yel yaradır ki, bu da asqırmaq vasitəsilə onun burnundan xaric olur. O, asqırdıqdan sonra «Əlhəmdulillah» deyir və Allah da onu, bəndənin unutduğu şükrü olaraq qəbul edir".

Bir məsihi asqırdı bir müsəlman isə ona «Hədəkəllah» (yəni «Allah səni hidayət etsin!») dedi. İmam Sadiq (ə) o müsəlmana iradını bildirərək, «Yərhəkumullah» (yəni «Allah sənə rəhm etsin!») deməyi göstəriş verdi. Yaxşıdır ki asqıran şəxs «Əlhəmdulillah» («Yaranacaq xəstəliyin asqırmaq vasitəsi ilə ondan uzaqlaşmasına görə Allaha şükr olsun!») desin. Eşidən, asqıran şəxsə isə «Yərhəkuməllah» deməlidir.

 

Asqırmağın anatomiyası

Asqırdığınız zaman mütləq ağzınızı yaylığınızla və ya əlinizlə tutun. Çünki saniyənin onda birini təşkil edən bir vaxtda gözləriniz və nəfəs yollarınız bağlanaraq saatda 300-350 km sürətlə 85 milyon bakteriyanı mərmi kimi havaya atırsınız.

Tədqiqatçılar asqırmanın necə əmələ gəldiyini öyrənmək üçün sürətli şəkil çəkən aparatlardan istifadə etmiş və yalnız saniyənin 1/100.000-də sahəni əhatə edərək şəkilləri əldə etmişlər.

Şəkildə görünən zərrəciklərin ətrafında olan maneə təbəqəsi buxarlanıb uçur və zərrələr havaya qalxır. Tədqiqatların aydınlaşdırdığına görə bir insan asqırdıqdan yarım saat sonra havada hələ də 4000 zərrəcik uçuşur. Həmin zərrəciklər yalnız su damcıları və cansız maddələr deyil.

Asqıran bir insanın qarşısına bakteriyaların çoxalmasına kömək edən içində qida olan boşqab yerləşdirərək həmin boşqabın üzərindəki bakteriyalar sayıldığı zaman yalnız bir damcının 19000 bakteriya yığını əmələ gətirdiyi məlum olmuşdur. Yalnız bir asqırıq 85 milyon bakteriyanı ətrafa yayır.

Həmin mikrobları ətrafa yaymamaq və qrip kimi xəstəliklərin əmələ gəlməsinə imkan verməmək üçün sol əl ilə ağzı tutmaq, daha sonra isə əli yumaq, əgər bu müddətdə çatdırsanız yaylıq da çıxarıb ağzınızı tutmaq daha yaxşı olacaq. Ən doğrusu isə asqırdığınız zaman üzünüzü yerə tutub asqırmaqdır. Belə halda zərrəciklər havaya qalxmayacağına görə bir çox xəstəliklərin də qarşısı alınmış olur. Fizioloqların fikrinə əsasən, şüurlu şəkildə insanın müdaxiləsi olmadan, qeyri-adi bir proseslə zəruri olan asqırmanın qarşısını almaq mümkün deyil. Nə yaxşı ki, asqırırıq. Əgər orqanizmimizdə belə bir proses olmasaydı, o zaman bir çox zərərli maddələrdən və tozlarda xilas ola bilməzdik.

Bəli, milyonlarla mikrob və zərərli maddələrdən xilas olduğumuza görə, Allah şükrlər olsun!

 

İlahiyyatçı, Muhəmməd Nicat

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5319, 

Dostların veb səhifələri

15663290
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3418
8276
11694
15493342
138429
160067
15663290

sizin IP ünvanınız: 18.222.184.207
2024-12-23 12:07

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!